Nusabe Memmedli - Wikipedia
Bu məqalə 1953-cü il təvəllüdlü yazıçı Nüşabə Məmmədli haqqındadır. 1946-cı il təvəllüdlü yazıçı Nüşabə Məmmədli üçün Nüşabə Əsəd Məmmədli səhifəsinə baxın. |
Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) (6 yanvar 1953, Ağdam) — yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, "Yazıçı qadınlar" jurnalının təsisçisi və baş redaktoru.[1]
Nüşabə Məmmədli | |
---|---|
Doğum adı | Nüşabə Məmmədova |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan |
Fəaliyyəti | yazıçı, publisist |
Üzvlüyü | Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi |
Həyatı və yaradıcılığı
redaktəNüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) 6 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna daxil olmuş və oranı ingilis dili müəllimi ixtisası üzrə uğurla bitirərək əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlamışdır.[2]
N. Məmmədli "Ədalət", "İnterfaks", "Reportar", "Karvan" qəzetlərində müxbir, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışmışdır. N. Məmmədli bədii yaradıcılığa hələ erkən yaşlarında başlamışdır (1967). N. Məmmədli çoxlu sayda esse, mənsur şeirlərin, şeirlərin, lətifələrin, satirik hekayələrin, hekayə, oçerk, pritça, rəvayət və əfsanələrin, habelə alleqorik povestlərin və irihəcmli romanların müəllifidir. Onun çoxlu sayda əsərləri Qarabağa, şəhidlərə, qaçqınlara və əsr düşmüş qadınlara həsr olunub. Nüşabə Məmmədlinin Qarabağın əsir düşmüş qadınlarından bəhs edən "Zəngulə" romanı bir sıra mükafatlara layiq görülmüşdür. Bu əsər 2005-ci ildə "İlin kitabı" elan olunmuşdur. Nüşabə Məmmədlinin "Göylərdə keçən ömür" sənədli povesti, "Bu bir oyundur" hekayələr kitabı, "Zəngulə", "Vicdan dustağı", "Sevgi xiyabanı" romanları oxucular tərəfindən maraqla qarşılanmışdır.[2]
Yazıçı "Рулады, или глас вопиющего в пустыне" ("Zəngulə") əsərinə görə Rusiya Federasiyasının Yazıçılar İttifaqı tərəfindən "Q. R. Derjavin adına orden" ilə təltif olunmuşdur. N. Məmmədli 1000-ə yaxın publisistik məqalənin müəllifidir. Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərində yaşayan zaman Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırmaq məqsədilə məqalələri "Комсомольская правда", "Аргументы и факты", "Усть-Илимская правда" qəzetlərində dərc olunmuşdur. N. Məmmədli Türkiyədə baş verən dağıdıcı zəlzələdən bəhs edən 10-dan çox hekayə yazıb. Avrasiya Kitabxanaçılar Birliyi Dərnəyi tərəfindən I Uluslararası Avrasiya Türk Dünyası Uşaq Ədəbiyyatı Nəşri Simpoziumunda iştirak etdiyinə görə sertifikat almışdır (2014).[3]
Nüşabə Məmmədlinin əsərləri rus, türk, ingilis, özbək və Ukrayna dillərinə tərcümə olunub. Kitabları İngiltərə, Rusiya Federasiyası, Türkiyə, Çexiya, Almaniya, Serbiya, Sloveniya, Ukrayna, Özbəkistan, Türkmənistan kitabxanaların fondlarında yer almışdır.[3]
Ailəlidir. Bir oğlu var.
İrihəcmli əsərləri
redaktə- "80 budağın hərəsindən bir yarpaq" (2001)
- "Zəngulə" (2003)
- "Çadralı qadın" (2004)
- "Bayraq, papaq və həqiqət" (2005)
- "Qarasel qarı" (2006)
- "Həyat çiçəyi" (2007)
- "Bu bir oyundur" (2008)
- "Göylərdə keçən ömür" (2008)
- "Рулады, или глас вопиющего в пустыне" (2009)
- "Vicdan dustağı" (2010)
- "Sevgi xiyabanı" (2011)
- "Son addım" (2013)
- "Qondarma qız" (2015)
- "Təsəlli" (2017)
- "Türk koymadı yüreğimi söksünler" (2018)
- "Əsərlər" I cild (2019)
- "Əsərlər" II cild (2021)
- "Əsərlər" III cild (2022)
- "Əsərlər" IV cild (2022)
- "Zəfər zənguləsi" (2024)
Əsas təltifləri
redaktə- "1978-ci ilin sosialist yarışmasının qalibi" (1979)
- "Yaddaş" milli mükafatı (2005)
- "Xan qızı Natəvan" media mükafatı (2005)
- "Sərvət və Səxavət" mükafatı (2007)
- "Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafat (2007)
- "Billur qələm" mükafatı (2007)
- Q. R. Derjavin adına orden (Rusiya Federasiyası, 2010)
- "Səməd Vurğun" mükafatı (2011)
- "İlin ən çox oxunan və sevilən yazıçısı" diplomu (2011)
İstinadlar
redaktə- ↑ 2018-ci il üçün əlamətdar və tarixi günlər təqvimi Arxivləşdirilib 2023-06-19 at the Wayback Machine. Bakı: 2018. səh.14.
- ↑ 1 2 Əhmədov Teymur: XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı, 2004, səh.691.
- ↑ 1 2 Əhmədov Teymur: Azərbaycan yazıçıları (XX–XXI yüzilliklərdə). Ensiklopedik məlumat kitabı. Bakı, 2011, səh.730.