Myus Haband - Wikipedia
Myus-Haband — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Myus-Haband | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı |
Xocalı rayonu Şuşa rayonu Xocavənd rayonu Cəbrayıl rayonu |
Xəritədə yeri | |
Q. Qeybullayev Arsak və Sünik vilayətlərində qeyd edilən Haband toponimini, tarixi mənbələrdə Qafqaz Albaniyası[3] və Atropatena[4] ərazisində yaşadıqları qeyd olunana anariaklarla əlaqələndirir.[5]
Coğrafiyası
redaktəArsak vilayətinin cənubunda yerləşən Myus-Haband havarı, qərbdə Sünik vilayətinin Haband havarı, şimal-qərbdə Sünik vilayətinin Aqaxeçk havarı və Arsak vilayətinin Harçlank havarı, şimal-şərqdə Arsak vilayətinin Muxank havarı, şərqdə Arsak vilayətinin Paçkank havarı, cənubda isə Arsak vilayətinin Sisakan-i-Kotak havarı ilə sərhədlənirdi.
Myus-Haband havarının ərazisindən İşxanaget çayı (müasir adı Quruçay) axırdı.[2] Sisakan-i-Kotak, Haband və Myus-Haband havarlarının ərazilərinin kəsişdiyi yerdə Dizapayt dağı (müasir adı Ziyarət dağı) və Katarovəng monastırı yerləşirdi.[2]
Myus-Haband ərazisində yerləşən Amaras monastırı Qafqaz Albaniyasında xristianlığın əsas mərkəzlərindən biri olmaqla, Müqəddəs Qriqorisin məzarı üzərində inşa edilmişdir.[6] V əsrdə, ehtimal ki, Sasanilərə qarşı Vardan Mamikonyanın rəhbərliyi ilə aparılan üsyan (449-451) zamanı Amaras monastırı dağıdılmışdır.[7] V əsrin sonlarında Amaras monastırı Qafqaz Albaniyası hökmdarı III Mömin Vaçaqanın sifarişi ilə bərpa edilmişdir.[7]
Mesrop Maştots Qafqaz Albaniyasında olarkən maarifləndirmə işinə Myus-Haband ərazisindəki Amaras monastırından başlamışdır. Maştotsun Qafqaz Albaniyasında maarifçi fəaliyyətini erməni tarixçisi Leo belə təsvir edir:
Bu marşrutun Şərq ölkəsindən keçən hissəsində biz Aluankın məşhur ziyarətgahı Amarası – Maarifçi Qriqorun nəvəsi şəhid Qriqoris burada dəfn edilmişdir – görürük. Buradan marşrut Dizapayt dağındakı ziyarətgaha gətirdi... Bura cənub son məntəqəsi idi. Dizapaytdan şəfaverən Pantalion ziyarətgahı vasitəsiylə yol qərbə tərəf – Mats-Aran əyalətinin meşəlik monastırlarına tərəf döndü, Maştots və tələbələri buradan fəaliyyətə başladılar.[8] |
Orta əsrlərdə Myus-Haband ərazisində Ktiş qalası və Ktişvəng monastırı inşa edilmişdir.
İstinadlar
redaktə- ↑ Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.
- ↑ 1 2 3 Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)
- ↑ Алиев, И. Г. Карабах в древности (Изв. АН Азерб. ССР, серия истории, философии и права, № 3). 1988. səh. 27.
- ↑ Дьяконов, И. М. История Мидии от древнейших времен до конца IV в. до н. э. М.-Л. 1956. səh. 447. (#accessdate_missing_url)
- ↑ Гейбуллаев, Г.А. К ЭТНОГЕНЕЗУ АЗЕРБАЙДЖАНЦЕВ (ИСТОРИКО–ЭТНОГРАФИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ). Баку: «Элм». 1991. səh. 127.
- ↑ Тревер, К. В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э. — VII в. н. э. (источники и литература). М.-Л.: Издание Академии наук СССР. 1959. səh. 197. (#accessdate_missing_url)
- ↑ 1 2 Мкртчян, 1989. səh. 117
- ↑ Лео - Собрание сочинений, Ереван, 1947, т.2, səh. 152 (erm).
Ədəbiyyat
redaktə- Каланкатуаци, Мовсес, История страны Алуанк / Пер. Ш. В. Смбатяна, Ереван: Матенадаран, 1984
- Геюшев, . Р.Б., Амарас-Агоглан, Баку: Элм, 1975
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989