Mxedrioni - Wikipedia
Mxedrioni (gürc. მხედრიონი, sözbəsöz olaraq "atlı" deməkdir, mənaca daha yaxın tərcüməsi — "cəngavərlər") — 1989-cu ildə Caba İoseliani tərəfindən qurulan Gürcüstan hərbiləşdirilmiş millətçi təşkilat. Özlərini fars və türk işğalına qarşı vuruşan orta əsr gürcü "partizan" dəstələrinin varisi hesab edən təşkilat üzvləri gürcü xalqı, Gürcü Pravoslav Kilsəsi və Gürcüstan torpaqlarını qorumaq üçün and içmişdilər. Onlar bir tərəfində müqəddəs Georginin təsviri, o birində öz adları və qan qrupu yazılan medalyon taxırdılar. Onları özlərinə məxsus geyimlərlər tanımaq olurdu, adətən cins, sviter, pencək geyinərdilər və içəridə belə çıxartmadıqları qara eynək taxardılar.
Mxedrioni | |
---|---|
Növü | Xilasetmə Korpusu (1993—1995-ci illərdə) |
Yaranma tarixi | 1989 — 1995 |
Ölkə | Gürcüstan |
Sayı | 2 mindən az |
Himayədarı | müqəddəs Georgi |
Təchizatı |
mülki geyim (cins, sviter, pencək və qara eynək) sovet istehsalı olan piyada silahları |
Müharibələr |
Gürcüstan vətəndaş müharibəsi Gürcü-abxaz münaqişəsi |
Döyüşlər | |
Fərqlənmə nişanları |
Bayraq Emblem |
Komandanlıq | |
Məşhur komandirləri | Caba İoseliani |
Vikianbarda əlaqəli mediafayllar |
Müstəqillik günlərində gürcü kriminal ailəmində böyük nüfuza sahib idi və Quram Mqeladze vasitəsilə keçmiş kommunist partiyasının strukturları ilə əlaqələri var idi.[1] Zaman keçdikcə Mxedrioni qrupu, yerli əhalini tədhiş edən[2], soyğunçuluq, zorakılıq, narkotik ticarəti, şantaj və girov müqabilində adam oğurluğu ilə məşğul olan yaxşı silahlanmış quldurlar adını qazandılar.[3][4] Cinayətkar qrupun radioaktiv materialları (yüksək dərəcədə zənginləşdirilmiş uran və silah plutoniumu) əldə etmək istəyi xüsusi narahatlıq doğururdu. Bu işin onların siyasi hakimiyyətə yol aça biləcəyi barədə tez-tez fikirlər səsləndirilirdi. Eyni anda qeyd olunurdu ki, uran və plutonium ticarət bazarının daimi qazanc potensialı müstəsna olaraq qeyri-sabitdir və bu işlə əlaqəli qeyri-müəyyənlik dərəcəsi son dərəcə yüksəkdir.[5]
Mxedrioni bölmələri prezident Qamsaxurdiya tərəfdarlarının çıxışlarını yatırılması üçün müntəzəm olaraq Qərbi Gürcüstana göndərilirdi və onlar bundan istifadə edərək yerli əhalini qarət edirdilər.[6] Təşkilat Qamsaxurdiyanın devrilməsi və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsində həlledici rol oynadı. Gürcü-abxaz münaqişəsində fəal iştirak edirdi. Gürcüstan Nazirlər Şurasının 3 sentyabr 1993-cü il tarixli qərarı ilə rəsmi olaraq Xilasetmə Korpusu kimi qeydiyyata alınmışdır. Rəsmi olaraq, təşkilat ştatında 2 mindən çox insan var idi ki, onların vəzifələri yaşayış məntəqələrində nizam-intizamın qorunması və fövqəladə hallar və təbii fəlakətlər zamanı vətəndaşlara yardım göstərmək idi. 1994-cü ildən sonra Mxedrioninin Gürcüstan siyasətinə təsiri zəiflədi.
1995-ci ilin əvvəlində Şevardnadze Mkhedrioni mütəşəkkil cinayətkarlıqda ittiham etdi və onları silahsızlaşdırmaq əmrini verdi. Onun həyatına uğursuz bir sui-qəsd cəhdindən sonra (29 avqust 1995), o, buna görə mafiya qüvvələrinin kölgə koalisiyasını ittiham etdi, hansına ki İoseliani daxil idi; Mxedrioni digər siyasi zorakılıq aktlarına görə də ittiham olundular. Təşkilat qanunsuz elan edildi, İoseliani isə həbs edildi.
Hazırda "Mxedrioni günləri" əhali arasında ölkənin müasir tarixinin ən xaotik və kriminallaşdırılmış dövrünü ifadə etmək üçün tez-tez istifadə olunur.[4]
İstinadlar
redaktə- ↑ Kupatadze, 2012. səh. 118, Mkhedrioni
- ↑ Shelley, Scott, Latta, 2007. səh. 53, Historical development of Georgian organized crime
- ↑ Kupatadze, 2012. səh. 119, Mkhedrioni
- ↑ 1 2 Kupatadze, 2012. səh. 122, Mkhedrioni
- ↑ Kupatadze, 2010
- ↑ Kupatadze, 2012. səh. 120, Mkhedrioni
Ədəbiyyat
redaktə- A. Kupatadze. Organized Crime and the Trafficking of Radiological Materials. The Case of Georgia // The Nonproliferation Review . 17 (ingilis). № 2. — 2010. — 16 July. — 219—234. doi:10.1080/10736700.2010.485425. ISSN 1073-6700.
- A. Kupatadze. Organized Crime, Political Transitions and State Formation in Post-Soviet Eurasia (1st edition). Palgrave MacMillan. 2012. ISBN 978-0-230-29980-1.
- Organized Crime and Corruption in Georgia. Routledge. L. Shelley, E. Scott, A. Latta. 2007. ISBN 978-0-415-36821-6.