Must - Wikipedia
Must - Haqqında Məlumat
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir.
Hazırlanma qaydası
redaktəMust Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.