Murovdag Tuneli - Wikipedia
Murovdağ tuneli — Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində yerləşən avtomobil tuneli. Tunel Kəlbəcər rayonu ərazisində, Murovdağ silsiləsinin işərisindən keçir. Murovdağ tuneli strateji əhəmiyyət daşıyır və uzunluğu 11,6 kilometrdır. Tunelinin təməli Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur.[1]
Murovdağ tuneli | |
---|---|
| |
Ümumi məlumatlar | |
Status | Tikilir |
Növü | avtomobil yolu |
Yerləşmə | Göygöl rayonu, Kəlbəcər rayonu |
Ölkə | Azərbaycan |
Texniki detallar | |
Ölçü | 11,6 km |
İnşaası
redaktəİkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir.
2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır.[2] Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Burda qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Ona görə də çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.[3]
Magistral yolun üzərində yerləşən 11,6 kilometrlik Murovdağ tunelinin təməli İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur.[4]
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir. Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə üst yarı hissədə 125 metr, sağ istiqamət üzrə üst yarı hissədə isə 115 metr qazma işləri aparılıb. Hazırda tuneldə qazma, partlatma və qırıcı üsulları ilə tunelin qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin inşası davam etdirilir". report.az (az.). 2021-10-06. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- ↑ "Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə başlanılıb" (az.). APA. 2021-07-23. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- ↑ "Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin inşası davam etdirilir". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.
- ↑ "Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin inşası davam etdirilir". report.az (az.). 2021-10-06. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- ↑ "Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin inşası davam etdirilir". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.