Murad Topalyan - Wikipedia
Murad Topalyan (erm. Մուրադ Թոփալյան); ing. Mourad Topalian; 1943) — "Moose" (Maral) ləqəbli erməni terrorçu, "Amerika Ermənləri Milli Komitəsi"nin (ing. Armenian National Committee of America) keçmiş sədri.
Murad Topalyan | |
---|---|
Doğum tarixi | |
Həyat yoldaşı | Arpi Topalyan |
Milliyyəti | erməni |
Fəaliyyəti | AEMK-nin keçmiş sədri, terrorçu. |
Bioqrafiyası
redaktəMurad Topalyan 1943-cü ildə dünyaya gəlib. Amerikadakı erməni diasporunun tanınmış liderlərindən biri olub, Amerika Erməni Komitəsinin sədri olarkən bir neçə dəfə "Ağ evdə" olub və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirib. Bundan başqa dəfələrlə ABŞ Konqresində konqresmenlərlə görüşüb. "U.S. News & World Report" jurnalının verdiyi məlumata görə AEMK Daşnaksütyun partiyası ilə sıx əlagələrə malikdir. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçüb və "Kayxodi" kollecinin vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. Həmin il ona qarşı "ABŞ Murad Topalyana qarşı" (USA vs. Mourad Topalian, Case No. 1:99 CR 35) adı ilə tanınan federal ittiham irəli sürülüb, Topalyan AEMK–nin sədrliyindən istefa verib.
Cinayət işinin araşdırılması
redaktəTədqiqat 1996-cı ildə Bedford (Ohayo ştatı) şəhərinin yaxınlığında şəxsi anbarda, partlayıcı maddələr və silah aşkarlandıqdan sonra başlanıb. Ambar 1980-ci illərdən bəri Topalyanın icarəsində olub. Polis burada silah və 100 funt çəkisində partlayıcı maddədən savayı bir neçə insan tükü tapıb. Tapılmış insan tüklərinin 1999–cu ildə keçirilmiş DNK testi onların Murad Topalyana məxsus olduğunu göstərib. Topalyanın həbsi zamanı Federal Təhqiqatlar Bürosu Topalyanı "Erməni soyqırımına ədalət döyüşçüləri"nin lideri olması və BMT–dəki türk missiyasına hücumda iştirak etməsini ehtimal edib.
İttiham aktı
redaktə1970–1980-ci illərdə dünyanın bir çox ölkələrində erməni terorçuları tərəfindən türk diplomatlarına və onların ailə üzvlərinə qarşı hucumlar həyata keçirilib. Bu vaxt ərzində 132 partlayış törədilib, 32 türk diplomat və onların ailə üzvləri həlak olub. Topalyan 20 il ərzində ABŞ–dakı türk obyektlərinə qarşı terror aktları hazırlamaqda və həyata keçirməkdə ittiham edilib. İki partlayışın törədilməsində isə Topalyanın bilavasitə iştirak etməsi ehtimal olunub ki, bunlar da 1981-ci ildə Kaliforniyanın Annahaym şəhərindəki Konqres mərkəzinə qarşı və Beverli Hillsdəki Türkiyə konsulluğuna qarşı təşkil edilmiş terror aktlarıdır.
1979–1996-cı illər arasında Topalyanın Beverli Hillsdə, Nyu-Yorkda və Annahaymda törədilmiş terror aktlarında iştirak etdiyi və yaxud terrorçulara yaxından köməklik göstərdiyi, silah və hərbi sursat istehsal edilən müəssələrdən oğurluqlar təşkil etdiyi, qeyri-qanuni yollarla silah əldə etdiyi ittiham aktında öz əksini tapır. Həmçinin ittiham aktında o da göstərilir ki, Topalyan bəzi məşhur və o qədər də məşhur olmayan şəxslərlə əlbir olaraq "elit qrup" yaratmışdır, bu qrupun məqsədi, müxtəlif aksiyalarla ictimayyətin diqqətini "erməni soyqırımı" məsələsinə cəlb etmək idi. Topalyana qarşı sübutlar əsasən onun əlbir olduğu iki şəxsin köməyi ilə əldə olunur.
İttiham aktında Topalayanın iş metodlarından da bəhs edilir. Aktda qeyd olur ki, partlayışlar və qətllər törətmək üçün adamları, Topalyan ABŞ–da yaşayan erməni gənclərin arasından seçib. Daşnaksütyunun nəznində fəaliyyət göstərən "Erməni gənclərinin federasiyası"nın Massaçusets statında yerləşən yay düşərgələrindən, terrorçuları hazırlamaq və onlara təlim keçmək üçün istifadə olunurdu. Xüsusi olaraq terror fəaliyyəti üçün seçilmiş gənclərə silahla davranmağı, partlayıcı qurğular yığmağı öyrədirdilər. Buradakı təlimlərdə fərqlənən gəncləri təlimi davam etdirmələri üçün Topalyan Beyruta göndərirdi.
Ona qarşı irəli sürülən ciddi ittihamlardan biri, Nyu-Yorkda Türkiyənin BMT-dəki nümayəndəliyinin qarşısında, 12 oktyabr 1980-ci ildə baş vermiş partlayışın həyata keçirilməsində iştirakı ilə əlaqədar olmuşdur. Hüquq mühafizə orqanlarının ehtimalına qörə, məzh Topalyan bu terror aktı üçün terrorçu dəstə yığmış, bu dəstəyə partlayıcı maddələr istehsal edən müəssisədən partlayıcı maddə oğurlamağı əmr etmiş və sonra nümayəndəliyin qarşısında partlayış törətməyə sövq etmişdir (nümayəndəliyin qarşısında içərisi partlayıcı maddələrlə dolu olan avtomobil partladılmışdır). 1979–1980-ci illərdə Topalyanın göstərəşi ilə bir neçə erməni terrorçusu Manhettendə yerləşən Türkiyənin BMT-dəki numayəndəliyinin yerləşdiyi binada olmuş, keçiriləcək terror aksiyası üçün oranın dəqiq planını işləyib hazırlamışdır. 11 oktyabr 1980-ci ildə isə Topalyan özü şəxsən terror aktı üçün nəzərdə tutulmuş partlayıcı maddələri də götürüb Nyu-Yorka gəlir. 12 oktyabr 1980-ci ildə Topalyan iki əlbiri ilə birlikdə nümayəndəliyin qarşısında saxladıqları, partlayıcı dolu maşını partladır, partlayış nəticəsində küçədən keçən 3 nəfər yaralanır, nümayəndəliyin binasına isə ciddi ziyan dəyir. İstintaq zamanı Topalyan terror aktında iştrakını təkzib edir, lakin tapılmış partlayıcı maddə və silahların ona məxsus olduğunu təsdiqləyir.
Həmçinin istintaq zamanı 1982-ci ildə Topalyanın Kaliforniyadan 5 dinamit şaşkası sifariş verdiyi də məlum olur. Bu partlayıcı maddələr, Filadelfiyada həyata keçiriləcək partlayışda istifadə olunmaq üçün nəzərdə tutulubmuş, lakin FTB aqentləri bundan xəbər tutur və "yük" yoldə ikən onu ələ keçirməyə nail olurlar.
Hökm
redaktəMurad Topalyan 1999–cu ildə qanunsuz silah, partlayıcı maddələr və hərbi sursat saxlama, teror aksiyalarının təşkilində və aksiyalarda iştrakda ittiham olunur. ABŞ–dakı erməni lobbisinin və onlara yaxın güclərin təsiri və təzyiqi nəticəsində, Topalyanın üzərindən terrorizmlə bağlı ittiham götürülür, o özünü qanunsuz olaraq silah, sursat və partlayıcı maddələr əldə etməkdə və saxlamaqda gunahkar bilir. 2004-cü il yanvarın 24-də Topalyana hökm oxunur, məhkəmənin hökmünə əsasən Topalyan 37 ay həbs cəzasına və 3 illik polis nəzarətinə məhkum olunur. Hökmdən narazı qalan Türkiyə hokuməti BMT–yə rəsmi etiraz məktubu yollayır, buna cavab olaraq "işlədilən ifadələrdən" narazı qalan Ermənistan hökuməti Topalyanın müdafiəsinə qalxır və ona bəraət qazandırmağa çalışır.
Mükafatları
redaktə2000-ci ildə Amerika Ermənləri Milli Komitəsi Topalyanı "Ümumi erməni məsələsinə töhfəsinə görə" və "Erməni tarixinə və erməni millətinə həsr olunmuş unikal fəaliyyətinə görə" "Azadlıq mukafatına" ("Freedom Award") layiq görür.