Murad Niyazli - Wikipedia
Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; 1933, Aşağı Şorca, Basarkeçər rayonu – 20 yanvar 2005, Şəmkir rayonu) — XX əsrdə tanınmış ustad aşıq, şair.[1]
Murad Niyazlı | |
---|---|
Murad Babaxan oğlu Həsənov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Şorca, Basarkeçər rayonu, Göyçə mahalı |
Vəfat tarixi | |
Vəfat yeri | Dəllər Cəyir, Şəmkir rayonu |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Mükafatları |
Həyatı
redaktəAşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur[2].
Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir[3].
Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar[3].
Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur[4]. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır[3].
1952-1954-cü illərdə hərbi xidmətdə olub[5].
Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.[6]
1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı[7] 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub[5].
Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdir[8].
Yaradıcılığı
redaktəAşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də “Muxtar bəy” və digər dastanların yaradıcısı kimi tanınıb[5].
Gülyaz və Gülyanaq Məmmədova bacılarının oxuduğu məşhur "Gilənar" (söz:Səfər Verdiyev, musiqi:Aşıq Murad Niyazlı) mahnısının musiqisini Aşıq Murad Niyazlı bəstələməşdir[9].
Murad Niyazlı ömrünün xəzan çağında yaşayanda belə Şəmkir rayonunda yazıb-yaratdı. Aşıq Murad Niyazlı sazın-sözün əsl ustadı kimi el arasında çox məşhur olmuşdur. "Harda türk var, mən ordanam" adlı kitabda aşığın müxtəlif illərdə yazdığı şeirlər və bir qəhrəmanlıq dastanı toplanmışdır[10].
Kitabları
redaktə- "Harda türk var, mən ordanam" (Şeirlər və dastan). (tərt.ed. F.Sədiyev ; red. H.Əli.) - Bakı: Təknur, 2004. - 256 səh. - 1000 nüsxə. - ISBN 5-86774-213-14
- "O elə dünyaydı bu belə dünya"
- "Niyazlı ocağı"
- "İnsandanmı küsüm, zəmanədənmi"
- Ağır ellər ozanıyam: [şeirlər] / tərt., ön söz müəl. S.Alıyev; red. M.P.Qasımlı; Azərbaycan Aşıqlar Birliyi. - Bakı: Zərdabi LTD MMC, 2018. - 152 s.
Musiqi albomları
redaktə- Aşıq Murad Niyazlı. Agır ellər ozanıyam [Səsyazma] / Aşıq Murad Niyazlı. - Bakı, 2018. - 1 el. opt. disk (CD-DA).[11]
Təltifləri
redaktəMurad Niyazlı Ümumittifaq festivalı laureatı olmuş, "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş, Bakı, Gəncə Xalq Yaradıcılığı Evlərinin, Şəmkir rayon Partiya və İcraiyyə Komitələrinin fəxri fərmanları ilə təltif olunmuşdur.[12]
İstinadlar
redaktə- ↑ "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
- ↑ .Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, «Başı dumanlı Göyçə», Bakı, «E.L.», 2007. səh.376-da (az.)
- ↑ 1 2 3 Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.202.
- ↑ Azad Ozan Kərimli, "Göyçə aşıq məktəbi". [1] Arxivləşdirilib 2013-01-24 at the Wayback Machine (az.)
- ↑ 1 2 3 Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: "Nurlan", 2010. səh.104.
- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.203.
- ↑ Araz Yaquboğlu (Şəxsi toplama)
- ↑ Gülyaz və Gülyanaq Məmmədovlar - Azərbaycanım mənim (2004)
- ↑ Aşıq Niyazlı, Murad[ölü keçid]
- ↑ "Biblioqrafiya: Azərbaycan kitab abidələri". 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
- ↑ "Sazlı-sözlü Göyçə" Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine Bakı, "Azərnəşr", 1999. (kiril əlifbası ilə)
Xarici keçidlər
redaktə- Aşıq Murad Niyazlı - Gilənar — YouTube saytı