Muncuqlutepe Yasayis Yeri Turkmenistan - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Muncuqlu təpə ― Cənubi Türkmənistanda, Kopetdağ dağlarının şimal yamacında yerləşən qədim yaşayış yeri. Ərazidə aparılmış qazıntılar Neolit dövrünün sonlarından, təxminən e.ə. 6 200-cü ildən başlayaraq erkən Mis dövrünə qədər davam edən məskunlaşmanı göstərmişdir. Ən erkən təbəqələr Türkmənistanın Ceytun mədəniyyətinə aiddir.
Muncuqlutəpə yaşayış yeri | |
---|---|
36°50′53″ şm. e. 60°25′04″ ş. u.HGYO | |
Yer | Türkmənistan |
Tarix | |
Mədəniyyətlər | Ceytun |
Yer qeydləri | |
|
Tarixə qədərki dövrə aid yaşayış məskəni şimalda Qaraqum səhrası, cənubda isə Kopetdağın yamacları ilə həmsərhəd olan quru allüuvial düzənlikdə yerləşir.[1] Bu dağlar həm də müasir İranla sərhədi təşkil edir.
Sahədən təxminən iki kilometr şimal-qərbdə yaxınlığında Türkmənistanın müasir Miana kəndinin yerləşdiyi Meana çayının quru yatağı var.
Tunc dövrünə aid böyük yaşayış yeri olan Altuntəpə ərazidən təxminən 2 km şimal-şərqdədir.
Qazıntılar
redaktəƏrazidə ilk qazıntı işləri 1959-cu ildə Aleksandr A. Maruşçenkonun başçılığı altında aparılmış və daha sonra həmkarı O.K. Berdiyev tərəfindən davam etdirilmişdir. 2010-cu ildə qazıntı sahəsinin potensialı Susan Pollok və Reynhard Bernbek tərəfindən tanınmış və bu, ərazidə daha beş qazıntı kampaniyasının (2010-2014) təşkilinə səbəb olmuşdur.
Xronologiya
redaktəYer regional xronologiyanın təşkili üçün vacib rol oynayır. Çünki buradakı Neolit təbəqələrini bir müddət sonra Mis təbəqələri əvəz etməyə başlayır. Bununla birlikdə, 2010-cu ildə aparılmış sonrakı qazıntılar Neolit dövrünə aid yaşayış məskəninin sonu ilə Mis dövründəki köç arasında uzunmüddətli fasilə dövrü aşkarlanmışdır.[2]
Mis yaşayış məskəni
redaktəBu dövrə aid məskənlər kvadrat mərtəbə planlı və otaqlarının ortasında sütunlar olan standart evləri ehtiva edir.[3][4] Üstdəki iki qatda tapılmış heyvan sümükləri ilə burada ziyafətlərin keçirildiyi qapalı yer mövcud olduğu müəyyən edilmişdir.
Muncuqlu təpənin sakinləri maldarlıq və əkinçilik ilə məşğul idilər. Sürüdə qoyun və keçilər üstünlük təşkil edirdi. Ziyafətlərdə mal-qara, eləcə də kəllələri mühüm rol oynadı.
Arpa və buğda əkinçilikdə mühüm əhəmiyyət kəsb edirdi. Ərazinin analizi sadə suvarmanı mövcudluğunu göstərir.
Mis dövrünə aid Muncuqlu təpədə həmçinin çox az da olsa keramika istehsal olunurdu.
İstinadlar
redaktə- ↑ Pollock, Susan; Bernbeck, Reinhard; Beckers, Brian; Benecke, Norbert; Berking, Jonas; Castro Gessner, Gabriela; Eger, Jana; Öğut, Birgül. "Archaeological Work at Monjukli Depe: A Regional Perspective". Archäologische Mitteilungen aus Iran und Turan (alman). 47. 2018: 1–47.
- ↑ Reinhard Bernbeck et al., "A-II Spatial Effects of Technological Innovations and Changing Ways of Life," Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine in Friederike Fless, Gerd Graßhoff, Michael Meyer (eds.), Reports of the Research Groups at the Topoi Plenary Session 2010, eTopoi: Journal for Ancient Studies, Special Volume 1 (2011).
- ↑ Monjukli Depe. Architektur und Siedlungsplan. monjukli.net (archived)
- ↑ Bernbeck, Reinhard; Pollock, Susan. "Scalar Differences: Temporal Rhythms and Spatial Patterns at Monjukli Depe, Southern Turkmenistan". Antiquity (alman). 90 (349). 2016: 64–80.