Multiplikator - Wikipedia
Multiplikator (lat. multiplicare - artırıram, çoxaldıram ) - gəlirin dəyişilməsinin investisiyaların dəyişilməsindən asılılığını göstərən əmsal, başqa sözlə, aqreqat kəmiyyəti ilə onun struktur tərkib hissəsi arasında nisbəti xarakterizə edən əmsal.
Tarix
redaktəMultiplikator ideyası iqtisadiyyat elminə ilk dəfə ingilis iqtisadçısı, Kembric məktəbinin nümayəndəsi R.Kan tərəfindən 1931-ci ildə gətirilmişdir. O, investisiyanın əhalinin alıcılıq qabiliyyəti və məşğulluğun multiplikasiyasına necə gətirib çıxardığını göstərmişdir.
Ümumiləşdirilmiş izahı
redaktəMultiplikatorun ümumiləşdirilmiş izahını C.M.Keyns özünün “Məşğulluq, faiz və pul haqqında ümumi nəzəriyyə” kitabında irəli sürmüşdür. Multiplikator nəzəriyyəsi müəyyən sahələrdə istehsahın və onun müəyyən sferalarında məşğulluğun genişlənməsinə məsrəflərin stimullaşdırıcı təsirinin mövcudluğunu izah edir. Ümumi milli məhsulun (ÜMM) ölçüsündə bu müsbət artan səmərə (effekt) - multiplikasiya səmərəsi (effekti) adlanır. Multiplikator say əmsalıdır, o, investisiyaların ölçüsünün artdığı şəraitdə ÜMM-in artım ölçüsünü göstərir. Tutaq ki, investisiyaların artımı 100 milyon manat təşkil edir, bu, ÜMM-in 300 milyon manat artmasına gətirib çıxarıb, beləliklə, multiplikator = 3; əgər ÜMM 200 milyon manat artarsa, onda multiplikator 2-yə bərabər olardı. Multiplikator = ÜMM-in artması / İnvestisiyaların artması və ya ΔÜMM = Multiplikator x Δİ. Keyns həm də göstərdi ki, multiplikator yığıma meyillik həddinin (YMH) əks kəmiyyətidir:
Multiplikator= və ya Multiplikator= İMH - istehlaka meyillilik həddi, deməli ΔÜMM ΔY
Nəzəriyyə
redaktəKeyns nəzəriyyəsi çərçivəsində multiplikator dövlət (dövlət sifarişləri), firmalar və əhali tərəfindən həyata keçirilən iri xərclərin (investisiyaların) pozitiv təsirini əsaslandırır, milli istehsalın səmərəliliyinə və artımına müsbət təsir edir. Sonradan multiplikator hallarına vaxt amilinin uçotu ilə baxılmağa başlandı və multiplikatorun dinamik modeli yarandı, bu, P.Samuelsonun, C.Robinsonun, F.Hayekin və s. əsərlərində dəqiq işləndi. Multiplikatorun dinamik modeli ilkin investisiyaların səmərəliliyinin təkrar edilməsi üzrə qurulur. Əmanətlərin və investisiyaların dinamikasının təhlili zamanı multiplikator nəzəriyyəsindən istifadə məcmu tələbin, ÜMM həcminin təsir meyarlarını göstərir. Bu nəzəriyyə müxtəlif məktəblər tərəfindən tənqidə məruz qalsa da, o, səmərəli tələb, bazar iqtisadiyyatının tənzimlənməsinin zəruriliyi və mümkünlüyü konsepsiyasının əsaslandırılmasında çox böyük rol oynamışdır. [1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Ziyad Səmədzadə, Böyük İqtisadi Ensiklopediya 4-cü cild Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine,Azərbaycan İqtisadçılar İttifaqı, Şərq-Qərb Nəşriyyatı Bakı-2012 səhifə 13,