Muhitdin Qara Yaqubov - Wikipedia
Muhitdin Qara-Yaqubov (özb. Muhitdin Qoriyoqubov 1 may 1896 - 2 fevral 1957, Daşkənd) - Özbək və SSRİ teatr xadimi, müğənni (bariton), Özbək peşəkar xalq və klassik musiqi teatrının qurucularından biri. Türkistan MSSR-nin xalq müğənnilərindən birincisidir. Özbəkistan SSR xalq artistidir (1936).
Muhitdin Qara-Yaqubov | |
---|---|
özb. Muhitdin Qoriyoqubov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 may 1896 |
Vəfat tarixi | 2 fevral 1957[1] (60 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Özbəkistan |
Milliyyəti | özbək |
Həyat yoldaşı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Səs tembri | bariton |
Mükafatları |
"Böyük xidmətləri üçün" orden (Özbəkistan) "Qırmızı əmək bayrağı" ordeni Özbəkistan SSR xalq artisti |
Həyatı və yaradıcılığı
redaktəMuhitdin Qara-Yaqubov 1918-ci ildə Həmzə Həkimzadə Niyazi ilə birlikdə "Müsəlman gənclərin dram truppası" nın yaradılmasında iştirak etmişdir.
Səhnə fəaliyyətinə Qara-Yaqubov 1919-cu ildə Fərqanə Xalq Nəfəs Alətləri Orkestrının yaradılması ilə başladı və 1919-1921-ci illərdə Türkistan cəbhəsindəki Qırmızı Ordu hissələrində çıxış etmişdir. "Siyasi truppa" nın çıxışlarında Həmzə Həkimzadə dramatik aktyor kimi iştirakçı olurdu.
Muhitdin Qara-Yaqubov 1922-1924-cü illərdə Dövlət Teatr Sənəti İnstitutunun - QİTİS-in vokal şöbəsində oxuyub.
1925-ci ildə Muhitdin Parisdəki Ümumdünya Sərgisində və Berlindəki Şubert zalında Özbək xalq mahnılarını ifa edib.
O, 1926-cı ildə konsert və etnoqrafik ansamblını yaradıb.
Muhitdin Qara-Yaqubov Daşkənd, Əndican və Kokandda musiqi teatrlarının təşkilində iştirak etmişdir.
Muhitdin Qara-Yaqubov - Özbək Musiqili Teatrının qurucusu və bədii rəhbəri olub (1926). 1934-cü ildə Moskva Konservatoriyasında Özbək opera studiyasını təşkil etmiş və nəticədə daha sonra Milli Opera və Balet Teatrına çevrilmişdir. Qara-Yaqubov opera studiyasına rəhbərlik etdiyi iki il ərzində Özbəkistan vilayətlərindən onlarla gənc istedadlı insanlar sonradan ulduz olan ən yaxşı teatr və musiqi sənəti ustalarından peşə təhsili almışdılar.
Qara-Yaqubov 1929-1939 və 1946-1950-ci illərdə Özbəkistan Filarmoniyasının direktoru vəzifəsində çalışmış və 1932-ci ildən bədii rəhbəri olmuşdur.
O, 1939-1947-ci illərdə Özbəkistan Opera və Balet Teatrının solisti olmuşdur.
MUhittin 1947-ci ildən sonra repressiya uğramışdır. Yalnız İosif Stalinin ölümündən sonra 1955-ci ildə azad edilmişdir.
Qara-Yaqubov 1956-cı ilin yanvarından yenidən Filarmoniyanın solisti vəzifəsində çalışmışdı. Daha sonra Estrada teatrına dəvət edilir, burada xalq mahnılarını, opera və romanslardan ariyalar ifa edir.
1957-ci ilin yanvarında qəzaya düşür. Qəza nəticəsində Muhitinin bud sümüyünün boynu qırılır. Qəzadan sonra özünə gələ bilməyən Muhitdin Qara-Yaqubov iki həftə sonra 2 fevral 1957-ci ildə vəfat edir.
Muhitdin Qara-Yaqubov Daşkənddə Çağatay qəbiristanlığında dəfn edilib.
Ailəsi
redaktəHəyat yoldaşı Tamara xanım (özb. Tamaraxonim; əsl adı və familyası — Tamara Artyomovna Petrosyan) (1906-1991) - rəqqasə, müğənni, aktrisa, baletmeyster, SSRİ Xalq artisti olub. Qızı Vanzetta Muhitdinova xanım da rəssamdır. Kürəkəni Tahir Teymur oğlu Salahov rəssamdır. Nəvəsi Aydan Salahova rəssam və heykəltəraşdır.
Seçilmiş partiyaları
redaktə- Sultan bəy (Arşın mal alan, Üzeyir Hacıbəyov)
- Xosrov (Fərhad və Şirin, Uspeniski və Q.Mişel)
- Nofəl (Leyli və Məcnun, R.Qiler T.Sadıkovla həmmüəllif)
- Uluqbəy (Uluqbəy, A.Kozlovski)
- Mahmud Tərabi (Mahmud Tərabi, O.Çişko)
- Ər Tarqin ("Ər Tarqin", E.Brusilov)
- General-qubernator (Buran, Muxtar Əşrəfi)
Mükafatları
redaktə- "Qırmızı əmək bayrağı" ordeni
- SSRİ medalları
- Türkistanın xalq müğənnisi
- Özbəkistan SSR xalq artisti
- "Böyük xidmətləri üçün" orden (Özbəkistan) (25 avqust 2000-ci il) — ölümündən sonra[2]
Xatirəsi
redaktə- M. Qori-Yaqubovun adı Özbəkistan Dövlət Filarmoniyasına verilib.
- Xalq Mahnıları və Rəqsləri Akademiyası və Daşkənddəki bir küçə Muhitdin Qori-Yaqubovun adını daşıyır.
İstinadlar
redaktə- ↑ 1 2 Кари-Якубов Мухитдин // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "О НАГРАЖДЕНИИ МАСТЕРОВ ЛИТЕРАТУРЫ И ИСКУССТВА, ВНЕСШИХ ОГРОМНЫЙ ВКЛАД В РАЗВИТИЕ УЗБЕКСКОЙ НАЦИОНАЛЬНОЙ КУЛЬТУРЫ|2000-08-25|УП|2702|2363217". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
Xarici keçidlər
redaktə- M. Qori-Yaqubovun ifasında özbək mahnısı "Xoşulum" (1933-cü ildə yazılmışdır) (rus.)
- КАРИ-ЯКУБОВ Мухитдин // Большой Энциклопедический словарь. 2000.
- Muhitdin Qori-Yaqubov . "Özbək Şalyapini" (rus.)