Muganin Dastani Film 1968 - Wikipedia
Muğanın_dastanı_(film,_1968) - Haqqında Məlumat
Muğanın dastanı | |
---|---|
Janr | sənədli film |
Rejissor | Vladimir Konyagin |
Ssenari müəllifi | Əhmədağa Muğanlı |
Operator | Vladimir Konyagin |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1968 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1968 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktə"SSRİ-yə səyahət" silsiləsindən çəkilmiş bu filmdə Muğanın tarixi, keçmişi və bu günündən, müasir kəndlərindən, əmək adamlarından, sərvətindən, köhnə səhra şəhəri Salyanın yeni taleyindən söhbət gedir. Ekranda Səməd Vurğunun "Muğan" poemasından, aşıq şerlərindən ayrı-ayrı parçalar oxunur. Kürlə Arazın qovuşduğu yer — Suqovuşan, Kürün sahili, meşələr, babalarımızın yadigarı — Şəhriyar xarabalığı, Muğan şəhəri, qaynar həyatlı ticarət mərkəzi, həmin xarabalıqdan tapılmış müxtəlif cəng paltarları, silahlar gözlərimiz önündən gəlib keçir.
Film tamaşaçıları Azərbaycanın taxıl bazası, "ağ qızıl" və bolluq diyarı olan Muğanla, onun bir-birindən gözəl və abad şəhərləri, yaraşıqlı qəsəbələri, əmək adamları ilə tanış edir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Vladimir Konyagin
- Ssenari müəllifi: Əhmədağa Muğanlı
- Operator: Vladimir Konyagin
- Səs operatoru: Şamil Kərimov
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.