Msxeta Korpusu - Wikipedia
Msxeta körpüsü (gürc. მცხეთის ხიდი) — Gürcüstanın Msxeta şəhəri yaxınlığında, Kür çayı üzərində tikilmiş, su elektrik stansiyasının tikintisi səbəbi ilə su altında qalmış körpü.[1]
Msxeta körpüsü | |
---|---|
41°50′20″ şm. e. 44°42′23″ ş. u.HGYO | |
Keçid | Kür |
Yeri | Mtsxeta |
Üslubu | tağlı körpü |
Material | daş |
Vikianbarda əlaqəli mediafayllar |
Körpünün tarixi qədimdir. 1926-cı ildə Zemo-Avçal su elektrik stansiyasının tikintisindən sonra su altında qalıb.
Adı
redaktəKörpünün adı Msxeta şəhərinin adından gəlir. Moqivski (Moqvetski) körpüsünün də bir hissəsi burada olub.[1] Körpü e.ə.65-ci ildə İberiyaya hücum edən və bu yerdə daş körpü tikdiyi iddia edilən qədim Roma imperatoru Pompeyin şərəfinə Pompey körpüsü də adlanır.[1][2]
Tarixi
redaktəKörpü qədim İberiya çarlığının mərkəzi Msxetada yerləşirdi. Qədim dövrlərdən bəri Dəryal keçidindən Gürcüstanın cənub sərhəddinə və Qara dənizdən Xəzər dənizinə qədər Zaqafqaziyanın əsas yolları bu körpüdən keçirdi. Körpü haqqında Appian (e. II əsr), Dion Kassi (II-III əsrlər) və Movses Xorenlinin (V əsr) qeydlərində rast gəlinir. E.ə.65-ci ildə İberiya kralı Artak Roma sərkərdəsi Qney Pompeyin hücumu zamanı körpünü yandırdı.
V əsrin sonlarında Kral I Vaxtanqın əmri ilə körpü 100–120 m-ə qədər genişləndirildi:[3] "Və Vaxtanq Moqvski körpüsünü (Moqvetski körpüsü) altmış mxariyə qədər genişləndirdi ki, qoşunlar rahat keçə bilsinlər."[4] Qədim körpü daş dayaqlar üzərində taxta arakəsmə ilə tikilib, düşmənin yolunu kəsmək üçün lazım gələrsə, asanlıqla sökülüb, yandırılırdı.[2]
XVIII əsrdə körpünü Msxetanın zadəganları - Gedevanişvili körpüdə rüsum toplamaq hüququna sahib idilər. 1771-ci ildə körpüdən keçən səyyah İohann Anton Güldenştedt: “Biz indi Kürün sahilinə qalxdıq, təxminən bir mil getdik və körpünü keçdik, bunun üçün Msxetadan olan bir zadəgan körpü pulu alırdı."[5]
A.S.Puşkin “1829-cu il yürüşü zamanı Ərzruma səyahət” əsərində körpüdən bəhs edərək: "Gartsiskaldan bir neçə verst məsafədə, biz Kürdən qədim , Roma yürüşlərinin abidəsi olan körpüdən keçdik ..."
1839-1841-ci illərdə körpünü yenidən bərpa edən mühəndis Term köhnə Msxeta körpüsünü belə təsvir edirdi: “...bir vaxtlar burada romalılar tərəfindən tikilmiş körpü olubsa, sonrakı dövrlərdə bu körpü dağılıb, gürcülər və farslar tərəfindən bərpa edilib....”
Körpünün dayaqları qayalı bünövrə üzərində daşından tikilib, aralıq strukturu təxminən 21 m olan taxta tağvari tikili olub. Orta dayaqla sol sahil arasında sel sularının keçməsi üçün daşdan düzəldilmiş daha beş kiçik tağ var idi. Körpünün eni 4,3 m idi.
Mtsxeta körpüsünün iki təsviri qorunub saxlanılmışdır: XIX əsrin məşhur rus rəssamı N.G.Çernetsovun "Msxetadakı Pompeyev körpüsü" tablosu (Rusiya Muzeyinin fondlarında saxlanılır) və ingilis səyyahı R.Lyallın tablosu, 1825-ci ildə Londonda nəşr olunan kitabında yer alıb.
XIX əsrdə ağır nəqliyyatın inkişafı ilə köhnəlmiş körpünün istifadəsi təhlükəli hala gəldi. 1839-1841-ci illərdə köhnə körpü sökülərək yerində yeni daş körpü tikilib. Əsas kanal vasitəsilə 23,5 m çuxurlu yonma parça daşdan qutu tağ tikilmişdir. Sol kərpic divarda sel sularının keçməsi üçün 10,7 və 6,4 m olan 2 dəlik açılmışdır. Baş sərdabə və dayaqların ön səthləri sarı qumdaşı ilə üzlənmişdir.[6][7]
Körpünün yenidən qurulması mühəndis Terminin rəhbərliyi ilə həyata keçirilib. İşin dəyəri 55 min rubl gümüş dəyərində idi.[8] Körpünün yenidən qurulması zamanı körpünün qarşısında yerləşən gözətçi qülləsi sökülüb.
1926-cı ildə Zemo-Avçal su elektrik stansiyası tikildikdən sonra körpü su altında qaldı.[1] Əvvəlcə körpünün partladılması nəzərdə tutulsa da, arxeoloqların tələbinə əsasən, o, saxlanılıb.[9] Yeni körpü 1926-cı ildə mühəndislər B.Mikeladze və Y.Karelinin layihəsinə əsasən çaydan 450 m yuxarıda tikilmişdir. Çayın sağ sahilində, qayalıqda, Msxeta körpüsünün qədim sahil dayağından hörgü qalıqları qorunub saxlanılmışdır.[2]
-
"Msxetadakı Pompyev körpüsü" (N.Q.Çernetsov, 1832)
-
R. Layellanın kitabından körpünün rəsmləri, 1825
-
Körpü 1870-ci illərdə
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Квезерели-Копадзе Н. И. Два моста античной эпохи в Грузии (PDF) // Дзеглис мегобари (27—28). Тб. 1971. 37—39, 107.
- ↑ 1 2 3 Мшвениерадзе Д. М. Строительное дело в древней Грузии. Тб.: Техника да шрома. 1952. 61.
- ↑ Мхари — древнегрузинская мера длины, в среднем равнялась 2 м.
- ↑ Картлис цховреба. История Грузии. Тб.: Артануджи. 2008. 92.
- ↑ Гильденштедт И. А. Путешествие по Кавказу в 1770—1773 гг. СПб.: Петербургское Востоковедение. 2002. 96. ISBN 5-85803-213-3.
- ↑ К. Маслаковец. Кавказские перевалы // Журнал Главного управления путей сообщения и публичных зданий . 38. Кн.6. СПб. — 1862. ноябрь-декабрь. — 251.
- ↑ Термин, 1841
- ↑ Кавказский календарь на 1850 год. 1849. 69.
- ↑ Белый А. Ветер с Кавказа : Впечатления. М.: Федерация. 1928. 101.
Ədəbiyyat
redaktə- Термин. О новом месте через реку Куру, на Военно-Грузинской дороге, близ селения Мцхета, в 20 верстах от города Тифлиса // Журнал Главного управления путей сообщения и публичных зданий . 3. Кн.1—4. СПб. 1841. 207—215.
- Квезерели-Копадзе Н. И. Древний Мцхетский мост через реку Куру. Тб.: Техника да шрома. 1947.
- Квезерели-Копадзе Н. И. Древний Мцхетский мост через р. Куру (PDF) // Дзеглис мегобари (14). Тб. 1968. 61—65, 92.