Mova Nanova - Wikipedia
Mova nanova (belar. Мова Нанова, hərfi tərcüməsi – "Yenidən dil") — 13 yanvar 2014-cü ildən Belarusun paytaxtı Minskdə keçirilən belarusca kurs. Bu qeyri-kommersiya QHT Belarusun rus dili ilə yanaşı iki rəsmi dilindən biri olan belarus dilinin gündəlik istifadəsini genişləndirmək məqsədi daşıyan mədəni və linqvistik təşəbbüsdür. Dərslər "Ў" müasir incəsənət qalereyasında keçirilir. Təşəbbüs populyarlıq qazanmış və yerli səviyyədə digər regionlardakı şəhərlər tərəfindən bəyənilmişdir. İndiki dövrdə bu kurslar Baranoviçi, Qrodno, Bobruysk, Nesvij, Brest, Molodeçno, Mogilyov, Vitebsk və Qomel şəhərlərində də fəaliyyət göstərir.[1] Müəssisə Belarusdan kənarda da genişlənmişdir və Krakovda filial qrupu var.[2] 23 iyul 2021-ci ildə "Mova nanova" Minsk rayon icraiyyə komitəsi tərəfindən məcburi şəkildə ləğv edilmişdir. Ləğvetmə üçün formal səbəb olaraq təşəbbüsün vebsaytında Belarusda rəsmi qeyduyyatda olmayan "BelSat" telekanalının loqotipinin istifadə edilməsi göstərilmişdir.[3]
Mova nanova | |
---|---|
Yaranma tarixi | 13 yanvar 2014 |
Ləğvolma tarixi | 15 iyul 2021 |
Mərkəzi | |
movananova.by | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktə"Mova nanova" dil kursları fəaliyyətə ilk növbədə Minskdə başlaymışdır. Orada fəaliyyət dilçi Alesya Litvinovskaya ilə jurnalist Qleb Labadzenka tərəfindən keçirilir.[4] Kursun ikinci ili 8 sentyabr 2014-cü ildə başlamışdır.[5] Kurs həftəlik 300-ə yaxın tələbəni bir araya toplayır və belarusdilli həkimlərdən və proqram mühəndislərindən tutmuş memar və müğənnilərə, yazıçı və aktyorlara, tarixçi və tələbələrə, uşaqlar və yaşlı vətəndaşlara qədər müxtəlif zəminə sahib və həyatın bütün təbəqələrindən olan insanlar iştirak edir. Hər bir sinfin fərqli xüsusiyyəti və ayrılmaz hissəsi xüsusi qonaqlardır.[6] Onlar adətən belarus dilini və mədəniyyətini təbliğ edən, bu dil mühitini gündəlik həyatlarının ayrılmaz hissəsi kimi görən ictimai xadimlər və tanınmış insanlar olurlar.
Kurs təbiətcə qeyri-rəsmidir və tədris prosesi ciddi akademik qaydalarla idarə olunmur. Dərslər moda, tibb, qohumlar və s. kimi müxtəlif mövzulara bölünür və bir neçə bölməyə bölünür – lüğət, qrammatika, maraqlı faktlar, tarixi və ya mədəni-əyləncə bölməsi və s.
Alesya Litvinovskaya və Qleb Labadzenka 21 fevral 2014-cü il Beynəlxalq Ana Dili Günündə Bobruyskdan olan həmfikir həmkarlarına estafeti təqdim etmişdilər.[7][8] 14 mart 2014-cü ildə Qrodnoda ilk dərsin giriş təqdimatı 100-dən çox insanı toplamışdır.[9] Baranoviçidə "Mova nanova 15 mart 2014-cü ildə açılmışdır.[10] "Mova nanova"nın Nesvijdə ilk dərsi 22 mart 2014-cü ildə baş tutmuşdur. Bu, Minsk kursunun aparıcıları Alesya Litvinovskaya və Qleb Labadzenka tərəfindən keçirilmişdir.[11] Brestdə "Mova nanova" dərsi ilk dəfə 27 aprel 2014-cü ildə baş tutmuşdur. Burada dərsdə 90-dan çox insan iştirak etmişdir.[12] Kursun ikinci mövsümü 6 sentyabr 2014-cü il tarixindən davam etmişdir.[13]
Kurs 7 may 2014-cü il tarixində ilk dərsdə təxminən 60 nəfərin iştirak etdiyi Molodeçno tələbələri üçün öz qapılarını açmışdır.[14] Molodeçnoda kursun ikinci mövsümü[15] 15 sentyabr 2014-cü ildə başlamışdır.[16] Mogilyovda 11 may 2014-cü ildə tələbələr qarşılanmış və linqvistik təşəbbüsü götürən 9-cu şəhər olmuşdur.[17] 25 may 2014-cü il tarixində tarix və mədəniyyət mərkəzi olan "Dzvina"nın sərgi salonunda dil kursunun Vitebsk filialının rəsmi açılışı olmuşdur.[18] Kursun ikinci ili 7 sentyabr 2014-cü ildə başlamışdır.[19]
Digər fəaliyyət
redaktə"Mova nanova" "Linqvistik təcili xidmət" adında ödənişsiz tərcümə xidmətini təklif edir.[20][21] İlk milli idman yarışması olan "Mova kuboku" 28 sentyabr 2014-cü ildə baş tutmuşdur.[22] Burada ümumi hesabda 5-ci olan "Mova Nanova"nı təmsil edən komanda iştirak etmişdir.[23]
Məktəbəqədər yaşlı uşaqlar üçün "Mova Nanova Balacalar üçün"[24] dil kursu 5 oktyabr 2014-cü il tarixində "Ў" müasir incəsənət qalereyasın fəaliyyətə başlamışdır.[25]
Mükafatlar
redaktə2014-cü ilin iyun ayında "Mova nanova" Belarus reklam, media və rabitə festivalı olan AD NAK-da "Sosial dəyər təhlükəsizliyi" kateqoriyasında ən yaxşı layihəyə görə Qran Priyə layiq görülmüşdür.[26][27][28]
İstinadlar
redaktə- ↑ "Беларускае Радыё РАЦЫЯ - КУЛЬТУРА - "Мова нанова" пашырае геаграфію". racyja.com. 2014-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ "MOVA NANOVA w Krakowie - Towarzystwo Białoruskie w Krakowie". bialoruskie.org. 2014-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ "Власти ликвидировали курсы белорусского языка "Мова нанова" | Новости Беларуси | euroradio.fm". euroradio.fm. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
- ↑ "Шчодры вечар: з аншлагам пачаўся новы сезон курсаў беларускай мовы "Мова нанова"". news.tut.by. 2014-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ Мова нанова: 500-годдзе Бітвы пад Воршай! Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine артыкул на сайце budzma.by
- ↑ "YouTube - Лявон Вольскі -- Тры чарапахі -- Мова Нанова 07.04.2014". youtube.com. 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ "У Бабруйску адкрыліся курсы "Мова нанова" (фота) | Новости Беларуси от Euroradio.fm". euroradio.by. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ "Белсат ТВ - Навіны - "Мова нанова" і "Мова ці кава" ідуць у рэгіёны". belsat.eu. 2014-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ "На першы занятак "Мова нанова" ў Гродне прыйшло больш за 100 чалавек". belport.by. 2014-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ "Ужо ў гэту суботу: "Мова нанова" ў Баранавічах | Intex-press - Новости г. Барановичи и Барановичского региона". intex-press.by. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ "Курсы "Мова нанова" адкрыліся ў Нясьвіжы - БЕЛАРУСКАЯ СЛУЖБА". radyjo.net. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ Жыве мова! Arxivləşdirilib 2023-03-24 at the Wayback Machine — артыкул на сайце racyja.com
- ↑ На берасцейскіх курсах "МОВА НАНОВА" адпачывала 50 чалавек Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine — артыкул на сайце virtual.brest.by
- ↑ Першыя заняткі "Мовы Нанова" ў Маладзечне Arxivləşdirilib 2014-05-11 at the Wayback Machine — артыкул на сайце rh.by
- ↑ "Мова Нанова" вяртаецца і ў Маладзечна Arxivləşdirilib 2020-04-28 at the Wayback Machine — артыкул на сайце nn.by
- ↑ Першы занятак другога сезона. "Адукацыя" Arxivləşdirilib 2022-04-17 at the Wayback Machine — фота на сайце facebook.com
- ↑ 11 траўня Магілёў стаў дзявятым горадам, дзе распачаліся моўныя заняткі. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine — артыкул на сайце svaboda.org
- ↑ Як у Віцебску прайшоў першы занятак "Мовы Нанова". Arxivləşdirilib 2014-06-09 at the Wayback Machine — артыкул на сайце tut.by
- ↑ У Віцебску адкрываецца другі сезон курсаў "Мова нанова" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine — артыкул на сайце hnews.vitebsk.cc
- ↑ "Мова Нанова" стварыла службу бясплатных перакладаў на беларускую мову Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine — артыкул на сайце gazetanm.eu
- ↑ "- YouTube". www.youtube.com. 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
- ↑ Cпартова-моўны фэстываль "Мова Cup" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine — артыкул на сайце svaboda.mobi
- ↑ Падведзены вынікі спартыўнага фестывалю "Мова Cup" Arxiv surəti 29 noyabr 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine — артыкул на сайце mst.by
- ↑ "Мова нанова" — цяпер і для дзетак Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine — артыкул на сайце svaboda.org
- ↑ Першыя заняткі "Мова Нанова Дзеткам" сабралі прыблізна 60 дзяцей Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine — артыкул на сайце novychas.info
- ↑ "Фестываль беларускамоўнай рэкламы і камунікацыі". adnak.by. 2014-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
- ↑ "Камасутра, кіроўцы з жалезнымі яйцамі і палітвязні. У Беларусі выбралі лепшую рэкламу на роднай мове". news.tut.by. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
- ↑ "Жывое відэа: Фэстываль беларускамоўнай рэклямы AD.NAK!". www.svaboda.org. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
Xarici keçidlər
redaktə- http://www.movananova.by/about-mova-nanova-in-english.html The information is taken from the sites below. All course materials, pictures and video reports can be found at
- Paula Borowska. Linguistic Initiatives Conquer Belarus — neweasterneurope.eu 29.04.2014