Moqadiso Sultanligi - Wikipedia
Moqadişo sultanlığı (somali. Saldanadda Muqdisho, ərəb. سلطنة مقديشو) — mərkəzi Moqadişo şəhərində olan, müasir Somalidə XII–XVII əsrlərdə mövcud olmuş orta əsr Afrika dövləti.
Tarixi dövlət | |||
Moqadişo sultanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Moqadişo | ||
Rəsmi dilləri | |||
İdarəetmə forması | monarxiya |
Tarixi
redaktəSultanlıq XII–XIV əsrlərdə Afrika buynuzundakı əhəmiyyətli güclərdən biri kimi Moqadişo şəhəri ətrafında böyümüş, daha sonra böyüyən Ajuran imperiyasının bir hissəsi olmuşdur. Moqadişo sultanlığı ərəb ölkələri və Hindistan ilə geniş ticarət şəbəkəsini qoruyub saxlayır, regional qızıl ticarətində üstünlük təşkil edir, öz valyutasını zərb edir və indiki Somalinin cənubunda geniş memarlıq irsi buraxırdı. Moqadişudan olan Somali tacirləri Sofaladakı mədənlərdən qızıl çıxarmaq üçün indiki Mozambik ərazisində müstəmləkə qurmuşdular.[1] Afrika buynuzunun daxili bölgələri ilə karvan ticarəti aparılırdı.[2]
Mənbə
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Могадишо // Меотская археологическая культура — Монголо-татарское нашествие. — М. : Большая российская энциклопедия, 2012. — С. 564. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 20). — ISBN 978-5-85270-354-5.