Monteneqro Prezidenti - Wikipedia
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı.
Prezident | |
---|---|
| |
Vəzifədədir Milo Cuqanoviç 20 May 2018 | |
Başçılıq edir | Monteneqro |
Rəsmi iqamətgahı | Göy Saray |
Səlahiyyət müddəti | 5 il |
Maaşı | 33 440 $ (1 il üçün) |
Vəzifənin təsis tarixi | 4 iyun 2006-cı il |
Rəsmi saytı | Monteneqro Prezidentinin rəsmi saytı |
Vikianbarda əlaqəli mediafayllar |
Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir.
Qısa tarixi
redaktə2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi. Həmin ilin iyun ayının 4-də Monteneqro dövlət müstəqilliyi elan etdi. Serbiya və Monteneqro dövlət ittifaqının ərazisinin 13.50 faizi müstəqil Monteneqro dövlətinə verildi. Monteneqronun Prezidentinin səlahiyyətlərini isə 2003-cü ildən ittifaqdan asılı olan Monteneqro dövlətinin başçısı Filip Vuyavoniç icra etməyə başladı.
Müstəqil Monteneqro tarixində birinci dəfə Prezident seçimləri 2008-ci il aprelin 6-da baş tutdu. Dörd namizədin mübarizə apardığı seçimlərdə, səslərin 51.90 faizini toplayan Filip Vuyanoviç, 19.55 faiz səs toplayan Andriya Mandiçi geridə qoydu və beş il müddətinə Montenqro Prezidenti seçildi.
2013-cü il aprelin 7-də növbəti dəfə Prezident seçimləri baş tutdu və Filip Vuyanoviçin səslərin 51.21 faizini toplayaraq 5 il müddətinə Monteneqro Prezidenti seçildi.
2018-ci il aprelin 15-də üçüncü dəfə Prezident seçimləri baş tutdu. Filip Vuyanoviçin səlahiyyət müddətinin başa çatması ilə Monteneqronun yeni Prezidenti seçildi. Yeddi namizədin mübarizə apardığı seçimlərdə, səslərin 53.90 faizini toplayan Milo Cuqanoviç, 33.40 faiz səs toplayan Mladen Boyaniçi geridə qoydu və beş il müddətinə Monteneqro Prezident seçildi. Milo Cuqanoviç müstəqil Monteneqronun 2-ci Prezidenti oldu.
Seçilmə qaydaları
redaktəMonteneqro Konstitusiyasının 86 maddəsinə əsasən:
- Monteneqro Prezidenti seçilən şəxsin səlahiyyət müddəti 5 ildir.
- Bir nəfər yalnızca 2 dəfə Monteneqro Prezidenti seçilə bilər.
- Monteneqro Prezidenti birbaşa seçim ilə seçilir.
- Monteneqroda hərbi vəziyyəti olsa, Monteneqro Prezidenti müharibə vəziyyəti başa çatana qədər səlahiyyətləti icra edə bilər.
Prezidentin rəmzləri
redaktəMonteneqro Prezidentinin bir rəsmi rəmzi mövcuddur: Monteneqro Prezidentinin bayrağı (ştandartı). Monteneqro Prezidentinin bayrağının 2 növü var: Quruda və suda istifadəçi üçün.
-
Monteneqro Prezidentinin quruda olan bayrağı
-
Monteneqro Prezidentinin suda olan bayrağı
Prezidentin iqamətgahları
redaktəMonteneqro Prezidentinin rəsmi iqamətgahı Tsetine şəhərində yerləşən Göy Saraydır. İtaliyalı memar Kamillo Boitonun layihəsi əsasında 1894-1895-ci illərdə inşa olunan iqamətgah, əsaslı yenidənqurmadan sonra 2010-cu ildən Monteneqro Prezidentinin rəsmi iqamətgahı hesab olunur.
-
Tsetine şəhərində yerləşən Göy Saray
Prezidentilərin siyahısı
redaktə(doğum—vəfat illəri) |
||||||||
(1954—) |
MSDP | |||||||
2008-ci il seçimlərinin I turunda səslərin 51.90 % topladı və 5 il müddətinə Prezident seçildi | MSDP | |||||||
2013-cü il seçimlərinin I turunda səslərin 51.21 % topladı və 5 il müddətinə Prezident seçildi | ||||||||
(1962—) |
20 May 2023 |
2018-ci il seçimlərinin I turunda səslərin 53.90 % topladı və 5 il müddətinə Prezident seçildi | MSDP |