Momotaro - Wikipedia
Momotaro (桃太郎?, azərb. Şaftalı uşaq) – yapon folklorunda populyar qəhrəman.[1]
Nağıl
redaktəNağılın tarixi Edo dövrünə qədər uzanır. Momotaro nəhəng bir şaftalının içində dünyaya gəlir. Çay kənarında paltar yuyayn uşaqsız bir qoca qadın axan çaydan bu nəhəng şaftalını alır. Qadın və əri şaftalını yemək üçün açanda uşağı tapırlar. Uşaq onlara cənnətdən oğulları olaraq göndərildiyini deyir. Cütlük ona momo (şaftalı) və taro (ailədə ən böyük oğul) sözlərindən ibarət Momotaro adını verir.[1]
İllər keçəndən sonra Momotaro kəmərinə üç ədə meyvəli börək taxaraq quldur bir qrup olan onilər ilə döyüşmək üçün evdən ayrılır və adaya tərəf yol alır. Yolda qarşısına danışan it çıxır və kəmərində nə daşıdığını soruşur. Momotaro itə yanında Yaponiyanın ən yaxşı darı börəyinin olduğunu deyəndə it ona bir az ondan versə, ona yoldaşlıq edəcəyini deyir. Eyni şəkildə bir meymun və bir qırqovul da Momotaroya qoşulur.[1]
Momotaro və heyvan yoldaşları adadakı onilərin qalasına girib döyüşməyə başlayırlar. Momotaro onilərin başçısına qalib gəlir. Beləliklə, Momotaro və dostları onilərin talan etdikləri xəzinəni ələ keçirirlər və başçını əsir alırlar. Momotaro evə qayıdır və o zamandan ailəsi ilə birlikdə xoşbəxt həyat yaşayır.[1]
Populyar mədəniyyətdə
redaktəMomotaronun hekayəsi əsasında müxtəlif kitablar, filmlər və digər əsərlər istehsal olunmuşdur. 1885-ci ildə Haseqava Takeciro tərəfindən ilk dəfə ingilis dilinə tərcümə edilmişdir. Hekayənin mənşəyi Okoyama prefekturası ilə sıx bağlıdır. Hekayədəki oni adası olan Oniqaşima geniş mağaralarına görə Takamatsu yaxınlığındakı Meqicima adası ilə əlaqələndirilir.[1]
Momotaro ilə bağlı populyar uşaq mahnısı "Mamotaro-san no Uta" ilk dəfə 1911-ci ildə yayımlanmışdır. Yazarı anonim, bəstəkarı Teyiçi Okanodur.[1]
Həmçinin hər ilin 5 mayında Momotaro məbədində Momotaro festivalı keçirilir.[1]
Hərbi təbliğat
redaktəMomotaro İkinci dünya müharibəsində müxtəlif müharibə filmlərində və cizgi filmlərdə istifadə olunmuş populyar personaj idi. Momotaro Yaponiyanı, heyvanlar vətandaşları, şeytan fiquru ABŞ-ni təmsil edirdi. Oniqaşima adası isə Pörl Harboru simvolizə edirdi. Yaponiyanın güclü ABŞ-yə qarşı qalib gələcəyi, amma bunun üçün vətəndaşların hökumətə dəstək verməsinin lazım olduğu vurğulanırdı. Bununla bağlı çəkilmiş "Momotaro: Sacred Sailors" həm də ilk uzunmetrajlı anime filmi idi.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Japon Masalları #1 Momotaro". Japon Sineması (türkçe). 2020-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2018.
Xarici keçidlər
redaktə- Vikianbarda Momotaro ilə əlaqəli mediafayllar var.