Mollalar Boyehmedli Agdam - Wikipedia
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1]
Mollalar | |
---|---|
40°08′28″ şm. e. 46°51′58″ ş. u.HGYO | |
Ölkə | |
Region | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[2]
Tarixi
redaktəMollalar Ağdam rayonunun Boyəhmədli inzibati ərazi vahidində kənd. Oykonim “mollalar nəslinə mənsub olanlar” mənasındadır.
Hal-hazırda kənddə ermənilər yaşayırlar. Onların əvvəlki məskənləri keçmiş DQMV-in Mardakert rayonunun Seysulan kəndidir. Mollalar kəndinin də adı digər kəndlərin adları kimi dəyişdirilib. Ermənilər buranı “Nor Seysulan” (Yeni Seysulan) adlandırıblar. İlk baxışdan “seysulan” erməni sözü kimi görünə bilər, amma bu söz “Seyid Sultan”ın təhrif olunmuş formasıdır. Belə ki, 1727-ci ilə aid “maliyyə dəftəri”ndə Keştək nahiyəsində Seyid Sultan kəndi kimi qeyd olunur. Bu dini adın (“seyid”in) İslamla bağlı olması və ermənilərə, o cümlədən, xristianlığa heç bir aidiyyatının olmaması məlum məsələdir. Demək, Seysulan kəndi də nə vaxtsa müsəlman kəndi olub, hansı şəraitdə erməniləşməsi isə məlum deyil.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |