Mollabayramli - Wikipedia
Mollabayramlı (Əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mollabayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Əli Bayramlı kəndi Zar kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əli Bayramlı kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 25-də işğaldan azad olunub.
Mollabayramlı | |
---|---|
39°59′07″ şm. e. 45°56′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəKənd sovet vaxtı Zar inzibati ərazi vahidində olmuşdur və inqilabçı Əli Bayramovun adı ilə Əli Bayramlı adlandırılmışdır. Sonralar tarixi adı bərpa edilmişdir və Mollabayramlı adlandırılmışdır.[2] Kənd Bayram adlı bir dini təhsilli şəxsin şərəfinə belə adlanır. (Qarabağ xanı Mehdiqulu xanla birlikdə İranın Qum şəhərində dini təhsil almışdır (1822-dən sonra), rayonun təhsilli din xadimlərindən biri olmuşdur). Kəndin sakinləri bu kəndin cənubunda yerləşən qayaların altında yaşayırmışlar — Sərimsaxlı Qaraarxac çayının sahilində "Köhnə kənd" deyilən ərazidə yaşamışlar). Bu qayaların uçub-dağılmaq qorxusu var imiş. Bu səbəblə kənd əhalisi indiki ərazisinə köçmüşdür.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd dağlıq ərazidə yerləşir. Kənd şimal-şərqdən Zar kəndi, qərbdən Ermənistan Rrspublikası, cənubdan Zivel kəndi ilə həmsərhəddir. [4]
Yaylaqları
redaktəYal yurdu, Yaz yurdu, Şərəfxandüşən yurd, Çınqıllı yurd, Məhərrəmölən yurd, Ağamalıdüşən yurd. Qaraarxac, Dağ Dəyirmanları, Sarıyer yaylağı
Bulaqları
redaktəDəyirman bulağı, Səhəng bulağı, İsgəndərin bulaq, Dəhnəgüneyinin bulağı, Gülsənəm bulağı, Turşsu, Çınqıllı bulaq, Sarı bulaq, Qanolan bulaq, Yazyurdunun bulağı, Korabulaq, Həsən bulağı, Həmzə bulağı, Çaxmaqdaşının bulağı, Şahhüseyn bulağı.
Məşhur yerləri
redaktəQalaça, Köhnə kənd, Yuxarıdərə, Aşağıdərə, İsgəndərgələn, Dəhnə güneyi, Daşlışam, Haramlar, Yelligədik, Dəhnə şamı, Dağ dəyirmanları, Kaş, Dərinqobu, Böyükyal, Qanolan, Ortatəpə, Sünnət çalası, Məşədi Astanın səngəri, Keçəlalı, Əxlətlər, Qəmbərvurulan, Kərbəlayi İsa payı, Keçəltəpə, Qara yoxuş, Gendərə, Nazikdərə, Qoruxçupayı, Qovlar, Dərəbiçənəyi, Çüxur, Bəxtiyar təpəsi, Quzey, İldırımvuran, Kömür təpəsi, Dikdaş, Qoyun bərəyəsi, Malyatışan, Əsədin çöpü, Buz kahası, Göyərçin kahası, Cahangir kahası, Abdulhüseyn kahası, Qarğaburun qaya, Köhnə kəndin kahası, Ayıçiləsi, Dəhnə kahası, Məsimuçan qaya, Saldaş, Götürgə, Bəşirin novu, Çaxmaqdaşı, Qızılkaha, Qaraarxac çayı, Kalva Məmməd arxı.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ Mollabayramlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Ənvər Şükürov. Dağlar dağımdır mənim. 2001.
- ↑ "google map". 2011-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |