Moisey Toidze - Wikipedia
Moisey_Toidze - Haqqında Məlumat
Moisey İvanoviç Toidze (gürc. მოსე ივანეს ძე თოიძე) — gürcü rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1947), professor, SSRİ xalq rəssamı (1953)[1]. Sosialist Əməyi Qəhrəmanı (1932).
Moisey Toidze | |
---|---|
gürc. მოსე ივანეს ძე თოიძე | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Rusiya İmperiyası |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Dəfn yeri | |
Milliyyəti | gürcü |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Fəaliyyəti | rəssam, qrafika ustası[d], müəllim |
Təhsili |
|
Janrlar | portret, süjetli rəsm |
Stil | Sosialist realizmi |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMoisey Toidze 2 fevral 1871-ci ildə Tiflis şəhərində anadan olmuşdur[2].
- 1896—1899-cu ildə Sankt-Peterburqdakı İmperator rəssamlıq akademiyasında oxumuş, İlya Repinin şagirdi olmuşdur.
- 1899-cu ildə Tiflisə qayıtmışdır. Xalq məişətindən səhnələr ("Msxetoba", 1899—1901), portretlər (anasının portreti, 1904—1905) çəkmişdir. 1920—1940-cı illərdə əsərlərində sosializm quruluşunu, gürcü xalqının yeni həyatını, Böyük Vətən müharibəsi (1941—1945) hadisələrini əks etdirmişdir ("Xoşbəxt həyat", 1934, "Cəbhədən məktub", 1942, "Qələbə mahnısı", 1948—hamısı Gürcüstan SSR İncəsənət Muzeyindədir, Tbilisi)[3].
- 1930—1953-cü illərdə Tbilisi rəssamlıq akademiyasının professoru olmuşdur. SSRİ xalq rəssamı Uça Caparidze, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze və s. onun şagirdləri olmuşdur.
- Moisey Toidze 17 iyun 1953-cü ildə vəfat etmiş, Tbilisidə dəfn olunmuşdur.
Ailəsi
redaktə- Oğlu — 4 dəfə Stalin mükafatı laureatı, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze;
- Qızı — aktrisa Aleksandra Toidze
Xatirəsi
redaktəTbilisidə Moisey Toidzenin ev-muzeyi yaradılıb (Mitrofan Lagidze küçəsi, 3)[4].
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Тоидзе Моисей (Мосе) Иванович Arxivləşdirilib 2015-07-24 at the Wayback Machine (rus.)
- ↑ მოსე თოიძე – ხელნაწერთა ეროვნული ცენტრი.[ölü keçid] (gürc.)
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 303.
- ↑ "Дом-музей Моссе Тоидзе / House-Museum of Mosse Toidze". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.