Moana Film 2016 - Wikipedia
Moana — "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 2016-cı il musiqili, macəra janrında animasiya filmi. Filmin rejissorları Con Masker və Ron Klements, bəstəkarı isə Mark Mançindi. Əsas qəhrəmanlardan biri olan yarıtanrı Mauini amerikalı kinoaktyor Dueyn Conson səsləndirmişdir.[9] Dünyada premyerası 23 noyabr 2016-cı ildə baş tutmuşdur.
Moana | |
---|---|
Janr | komediya filmi[1], musiqili film, macəra filmi[1], komediya-dram, döyüş filmi |
Əsas mövzu | Mif, şəxsiyyət |
İcraçı prodüserlər | Don Duckwall[d] |
Ssenari müəllifləri | |
İstehsalçılar | Walt Disney Animation Studios[d][4], Walt Disney Pictures[3] |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Disney+ |
İlk baxış tarixi | 23 noyabr 2016[5], 2 dekabr 2016, 22 dekabr 2016[6], 30 noyabr 2016, 1 dekabr 2016[7] |
Müddət | 107 dəq. |
Büdcə | 150.000.000 $ |
Gəlir | 690.845.539 $[8], 162.920.977 $[8] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID3521164 |
Vikianbarda əlaqəli mediafayllar |
Film Sakit okeanın cənub sahillərindəki Matunui adalasında yaşayan Moana adlı qızın həyatından bəhs edir. Moana başçının qızıdır. Onların adasında yaşamaq üçün bütün vasitələr və şərait var. Amma bir gün məlum olur ki, ada sakinlərinin əsas qidası olan balıq və hind qozu (kokos) yoxa çıxmağa başlayıb. Bu zaman Moana mərcanları üzüb keçərək Teffitinin ürəyini qaytarmaq və bu yolla qəbiləni xilas etmək fikrinə düşür. Ona isə ancaq yarıtanrı Maui kömək edə bilər.
Süjet
redaktəƏvvəlcə ancaq okean vardı. Sonra adaların anası Teffiti gəldi. Teffitinin möhtəşəm bacarığı olan ürəyi vardı. O, həmin ürək sayəsində həyat bəxş edə bilirdi. Və Teffiti bu bacarığını dünya ilə bölüşürdü. Amma sonra bəzi qüvvələr Teffitinin ürəyini axtarmağa başladılar. Onlar inanırdılar ki, ürəyə sahib olmaqla həyat yaratmaq istedadına da malik olacaqlar. Və bir gün onlardan ən dəliqanlısı ürəyi ələ keçirmək üçün okeanın üzərindən uçub keçdi. Bu, küləklərin və dənizlərin yarıtanrısı Maui idi.
Ürəyindən məhrum olan Teffiti parçalanaraq dəhşətli qaranlıq yaratmağa başladı. Maui qaçmağa çalışdı, amma digər ürək ovçusu olan torpaq və alov iblisi Tekaonun yolunu kəsdi. Mauini səmadan endirdi. Bir daha da onu görən olmadı. Mauinin sehrli qarmağı ilə Teffitinin ürəyi isə dənizə düşərək yox oldu.
Elə indi də Teka və dənizlərin iblisləri ürəyi axtarırlar. Onlar dayanmadan genişlənən qaranlıqda gizlənərək balıqlarımızı yoxa çıxaracaq, bizlərdən ən sonuncunu da qaniçənliklə məhv edənə qədər adalardakı həyatı heçliyə çevirəcəkdir. Amma bir gün bir nəfər mərcan adalarını cəsarətlə keçərək Mauini tapacaq, onu nəhəng okeandan keçirərək ürəyi Teffitiyə qaytaracaq və bizim hamımızı xilas edəcəkdir.
İstinadlar
redaktə- ↑ 1 2 Moana Project Profile. The Walt Disney Company.
- ↑ Taika Waititi behind Disney script 'Moana' (ing.). // The New Zealand Herald 2014. ISSN 1170-0777
- ↑ 1 2 The Walt Disney Company Moana Press Kit (ing.).
- ↑ WALT DISNEY ANIMATION STUDIOS SETS SAIL WITH “MOANA” (ing.). Burbank: The Walt Disney Company, 2014.
- ↑ Lang B. Disney Animation’s ‘Zootopia,’ ‘Moana’ Hitting Theaters in 2016 (ing.). // Variety New York, Los Angeles, CA: Variety Media, Penske Media Corp., 2014. ISSN 0042-2738
- ↑ IMDb (ing.). 1990.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ 1 2 http://www.boxofficemojo.com/movies/?id=disney1116.htm.
- ↑ Dwayne Johnson in talks to voice key role in Disney’s Moana[ölü keçid]