Mogollar Musiqi Qrupu - Wikipedia
Moğollar, 1967-ci ildə İstanbulda qurulmuş türk rok qrupu. Murad Səs və Əziz Azmet tərəfindən qurulan qrup 1960-1970-ci illərdə buraxılan albomları ilə şöhrət qazanır və Anadolu rokun inkişafında önəmli rol oynayır. İlk 45lik valları “Eastern love/Artıq çox gec” 1967-ci ilin fevralında çıxdı. Eyni il Qızıl mikrafon yarışmasına qatıldılar və “Ilgaz” adlı mahnı ilə üçüncü oldular. 1969-cu ildə musiqilərinə Anadolu Pop adını verdilər. 1970-ci ilin sonunda Parisə getdilər və burada CBS firması ilə çalışdılar. 1971-ci ildə çıxardıqları "Academie Charles Cros" albomu Böyük Val mükafatına layiq görüldü. Daha sonra Türkiyədə Barış Manço, Cem Karaca və Selda Bağcan kimi müğənnilərlə ortaq işlər gördülər. Qrup 1972-ci ildə dağıldı. 1992-ci ildə bir televiziya proqramında Moğolları görərək təsirlənən Ləman dərgisinin rəssamlarından Kaan Ertem “Moğallar təkrar bir araya gəlsin” imza kampaniyası keçirdir və kampaniya daxildi 4000-dən çox imza toplayır. Cahid Berkay, Tanər Örgür və Engin Yörükoğlu, yanlarına Sərhat Ərsözü də alaraq, 31 May 1993-cu ildə İstanbul Camal Rəşid Rey konsert salonunda möhtəşəm bir konsertlə geri döndülər.
Moğollar | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | Anadolu rok, |
Fəaliyyət illəri |
1967-1976 1992-günümüzə qədər |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Heyət |
Cahid Berkay Tanər Özgür Sərhad Ərsöz Əmrah Qaraca Kamal Kiçikbaqqal |
Keçmiş üzvlər |
Əziz Azmət Murad Səs Engin Yörükoğlu Neco Aydın Daruga Selda Bağcan Oğuz Abadan Utqu Ünal |
www.mogollar.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrupun tarixi və üzvləri
redaktəQuruluş və ilk dövrlər
redaktə1967-ci ildə vokalist Əziz Azmet, gitarist Tahir Nicat Özyılmazel (Neco), sintezator ifaçısı Murad Səs və barabançı Aydın Daruga sentyabr ayında İzmir sərgisində çalmaq üçün qrup qurdu. Qrup sərgidə bir neçə konsert verib İstanbula qayıtdıqdan sonra qrupa Vəhşi Pişiklər qrupunun başçısı Haluk Kunt qatılır. Təqribən 2 ay sonra Neco qruptan ayrılma qərarı aldıqda, Cahid Berkay qrupa qatılır. Qrup ilk konsertini 6 Dekabr 1967-ci ildə verdi.[1]
Anadolu Pop dövrü
redaktə1969-cu ilin başlarında Həsən Sel qrupdan ayrıldı. Yerine Ərkin Koray dörtlüsünün bas ifaçısı Tanər Öngür gəlir. Moğollar 1969-cu ili bütün Türkiyəni əhatə edən turne ilə keçirdi. Bu turne ərzində yaşadıqları onların musiqisində önəmli bir dəyişimə səbəb oldu. Konsertlərində sazı ifa etmə tərzləri hər zaman marağa səbəb oldu. Turne zamanı Anadolu ilə daha yaxından tanış oldular. Bu da onların tərzinin formalaşmasını gerçəkləşdirdi. 25 Oktyabr 1969-də verəcəkləri konsertdən əvvəl musiqilərini ilk dəfə olaraq Anadolu Pop adlandırdılar. Lakin bu sıralarda daha bir ayrılıq yaşandı. Qrupun vokalisti Əziz Azmet, qrupun türkülərə daha çox önəm verməsinə qarşı çıxır və qrupdan ayrılır. Bir müddət solo çalışmalarına davam etsə də, 1972-ci ildə iş həyatına atılır və maliyyə məsləhətçiliyi eləməyə başlayır.
Moğollar və Barış Manço
redaktəMoğollar Parisdəykən Belçikada yaşamaqda olan Barış Manço ilə qarşılaşır və bir yerdə işləməyə başlayırlar. Qurduqları birliyə "ManchoMongol"[2] adını verirlər. Barış Manço bu barədə "Hey" Dərgisinə verdiyi müsahibədə " Artıq biz bir bütünük. Nə mən Moğolların müğənnisiyəm, nə də onlar mənim qrupum. Adımız MançoMongol. Eyni düşüncədə olan bizlər, elədiklərimizin daha yaxşı olması üçün, səsimizi dünyaya daha qüvvətli şəkildə eşitdirə bilmək üçün, bir yerə gəlməyin vaxtı olduğunu anladıq. Xaric planları əvvəli konsert verib pul toplamaq üçün Belçikadan bir avtobus və avadanlıqlarla Türkiyəyə qayıdan Barış Manço və Moğollar 4 ay ərzində müxtəlif bölgələrdə konsertlər verdilər. Bu konsertlər ərəfəsində Moğollar, Academie Charles Cros mükafatını qazandıqlarını öyrəndilər. Qısa bir müddət sonra Kütahyada verdikləri konsert zamanı avtobuslarına atılan molotov kokteyli səbəbi ilə avtobus yandı. Bu hadisədən sonra qrup Türkiyədə bir daha sonra konsert verməyəcəklərini açıqlasalar da Aprel ayında Ankarada geniş təhlükəsizlik tədbirləri altında konsertlərinə davam etdilər.[3] Turne bitdikdən sonra Moğollar, aldıqları mükafatın da təsiri ilə Parisə qayıtmaq istədi. Lakin 1 il əvvəl söylədiyi "Dağlar-Dağlar"ın hit olmasına görə Manço kariyerasını Türkiyə-də davam etdirdi və Moğollar ilə yollarını ayırdı.
Moğollar və Cem Karaca
redaktə1972-ci ilin payızında Cahid Berkay ilə qarşılaşan Cem Karaca, qrupu Qardaşlar-dan narazı olduğunu dilə gətirdikdə, Cahid Berkay da Cem Karaca kimi bir vokalistə ehtiyacları olduqlarını dedi və birlikdə işləmə qərarı aldılar. Cem Karaca və Moğollar güclü bir qrup və uzun çəkəcək bir dostluğun təməlini atdılar.
Cem Karaca və Moğollar ilk bəstələrini hazırlayarkən, digər tərəfdən də konsertlər verirdilər. 1973-cü ildə bu ortaqlığın ilk işləri olan "Obur Dünya/Əl Çək Təbib" və "Gəl-Gəl/Üzüm Qaldı" 45-likləri yayımlandı. Yay aylarında qrupa gitarist Orxan Atasoy qatıldı və qrup 2 ildən sonra ilk dəfə olaraq 4 nəfər oldu. Amma bu bərabərlik çox çəkmədi. Orxan Atasoy, Tanər Özgür və Ayzer Danga işlərinə birliktə xaricdə davam etmək qərarı alır. Beləliklə Cahid Berkay qrupda tək qalır. Qrupu ayaqda saxlamaqda qərarlı olan Berkay, Öngürün yerini Mithat Danışan, Danganın yerini isə Tufan Altın ilə doldurdu. Qrupa sintezator ifaçısı Turxan Yüksələr də daxil oldu. Qrup ilk konsertlərini dekabr ayında verdi. 1974-cü ildə Cem Karaca və Moğollar ən önəmli işlərindən biri olan "Namus Bəlası"nı çıxartdı. "Namus Bəlası" qrupa yenidən şöhrət gətirdi.
Qrupun dağılması
redaktəCem Karaca ilə böyük bir uğur qazanılsa da, Cahid Berkay əvvəlcədən anlaşdıqları RCA ilə albom çıxartmaq haqqını işlətmək üçün Fransaya qayıtmaq istəyəndə Cem Karaca və digər üzvlərlə yolu ayrılır. Fransaya gedən Berkay isə orada yaşayan Engin Yörükoğlu ilə görüşür və "Hittit Sun"[4] adlı ikinci uzun albomlarını çıxardırlar. Albomda Cahid Berkayın istrumental bəstələri Anadolu Rock-dan Jazz Rock-a doğru yönəlməyinə işarə edirdi. Albom eyni il Türkiyədə "Düm-Tək" [4] adıyla yayımlandı, amma uğurlu olmadı. Qrup 1976-cı ildə aralarına yeni qatılan Oğuz Abadanın Türkiyəyə geri dönməsi ilə və Cahid Berkayın da əskərliyə getməsi ilə fəaliyyətlərinə son verdi.
Moğolların üzvləri fərdi olaraq işlərinə davam etdilər. Cahid Berkay aradakı illərdə film musiqiləri bəstələdi. 90-cı illərdə Cem Karaca və Uğur Dikmən ilə bərabər "Rock Kumpanyası" adlı qrupu qurdu. Qrup 2 albom çıxartdı. Engin Yörükoğlu Fransada müxtəlif caz qrupları qurdu. Daha sonra isə İstanbulda Jazz Stop adlı klub açdı və orada ifa eləməyə başladı. Tanər Öngür isə Dostlar, Dadaşlar və Dərvişan kimi qruplarda çaldı. Bir müddət Almanyada yaşadıqdan sonra 1992-ci ildə Türkiyə-yə geri dönür və Alarm adlı ilk solo albomunu çıxardır. Murad Səs isə bir müddət Kurtalan Express, Dostlar və Dərvişan qruplarında yer alır. Sonralar öz qrupu olan Ağrı Dağı Əfsanəsi qrupunu qurur. 1979-cu ildə Avstriya-ya gedən Murad Səs, hələ də orada yaşayır.
Qrupun fəaliyyətini yeniden bərpa etməsi
redaktə1992-ci ildə bir televiziya proqramında Moğolları görərək təsirlənən Ləman dərgisinin rəssamlarından Kaan Ertem “Moğallar təkrar bir araya gəlsin” imza kampaniyası keçirdir və kampaniya daxildi 4000-dən çox imza toplayır. Cahid Berkay, Tanər Örgür və Engin Yörükoğlu, yanlarına Sərhat Ərsözü də alaraq, 31 May 1993-cu ildə İstanbul Camal Rəşid Rey konsert salonunda möhtəşəm bir konsertlə geri döndülər. Qrupa Murad Səs-i daxil eləmək istəsələr də şərtlərdə razılaşa bilmədilər.
Qrup, 1994-cü ildə Moğollar 94 albomu ilə musiqi dünyasına geri döndülər. Albomda qrupun köhnə əsərlərindən olan Alageyik xaricində, Moğolların klassikləri arasına girən Dinləyiverin Gari" və "Tənhalığın Ortasında" musiqiləri yer aldı.
2000-ci ilin əvvəllərində Moğollar 1968-2000 albomunu çıxartdılar. 2007-ci ildə Cem Karaca-nın oğlu Əmrah Karaca qrupa qatıldı. Qrup, 2009-da Ümid Yolunu Tapar" albomunu çıxarır. Albomdan qısa müddət sonra Engin Yörükoğlu dünyasını dəyişir.[5]
Qrupun üzvləri
redaktəGünümüz
redaktə- Cahid Berkay - Gitar, tambur, vokal (1967-1976, 1993-günümüz)
- Tanər Öngür - Bas gitar, vokal (1969-1973, 1993-günümüz)
- Sərhad Ərsöz - Sintezator (1993-günümüz)
- Emrah Karaca - Vokal (2006-günümüz)
- Kemal Küçükbakkal - Baraban (2011-günümüz)
Köhnə üzvlər
redaktə- Murad Səs - Sintezator, vokal (1967-1972)
- Əziz Azmət - Vokal, gitar (1967-1970) (ölümü 2018)
- Neco (Nicat Özyılmazel - Gitar (1967)
- Haluk Kunt - Bas gitar (1967)
- Aydın Daruga - Baraban (1967) (ölümü 2015)
- Engin Yörükoğlu - Baraban (1967-1971, 1975-1976, 1993-2011) (ölümü 2011)
- Hasan Sel - Bas gitar (1967-1969)
- Ayzər Danga - Baraban (1971-1973)
- Orxan Atasoy - Gitar (1973)
- Tufan Altan - Baraban (1973-1975)
- Mithat Danışan - Bas gitar (1973-1975)
- Turxan Yüksələr - Sintezator (1973-1975)
- Utqu Ünal - Baraban (2009-2011)
İstinadlar
redaktə- ↑ "Duruşumuz değişmedi" (türk. ). cumhuriyet.com.tr. 8 fevral 2018. 17 may 2019 tarixində arxivləşdirilib.
- ↑ "ManchoMongol" (türk. ). anatolianrock.com. 2 iyul 2006. 17 may 2019 tarixində arxivləşdirilib.
- ↑ "Saklambaç" (türk. ). gecmisgazete.com. 29 Aprel 1971. 17 May 2019 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 ""Düm-Teka Düm-Tek" MOĞOLLAR – HITTIT SUN / DÜM-TEK (1975)" (türk. ). batikanbaksi.wordpress.com. 27 avqust 2018. 17 may 2019 tarixində arxivləşdirilib.
- ↑ "Moğollar'ın acı kaybı: Engin Yörükoğlu yaşamını yitirdi" (türk. ). milliyet.com.tr. 23 aprel 2010. 17 May 2019 tarixində arxivləşdirilib.