Mixail Abramovic - Wikipedia
Abramoviç Mixail Vladimiroviç (pol. Michał Abramowicz) — Azərbaycan polyaklarından olan məşhur geoloq-neftçi, geologiya-mineralogiya elmləri doktoru (1941), professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1955), Əməkdar elm xadimi.[1]
Mixail Abramoviç | |
---|---|
pol. Michał Abramowicz | |
Doğum tarixi | 27 yanvar (8 fevral) 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyun 1965 (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Elmi dərəcəsi | |
İş yeri | |
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı
redaktəAbromoviç Mixail Vladimiroviç 1884 Bakı şəhərində mühəndis-texnoloq ailəsində anadan olmuşdur. 1910-cu ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdir. 1920-ci ildən 1930-cu ilə qədər "Azneft" Birliyinin Geologiya İdarəsinə rəhbərlik etmişdir. 1932-ci ildən ömrünün axırına qədər Azərbaycan Sənaye İnstitutunda Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasında professor və kafedra müdiri işləmişdir. 1935-1937-ci illərdə SSRİ AZFAN-nın geologiya sektorunun rəhbəri olmuşdur. 1938-ci ildən İ.M. Qubkin adına neft-geologiya laboratoriyasına rəhbərlik etmişdir. 1941-ci ildə ona elmi-tədqiqat işlərinə görə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[1]
Elmi fəaliyyəti
redaktəO, Azərbaycanın geologiya elminin əsasını qoyanlardan biri olmuşdur. D.V.Qolubyatnikovla birlikdə Abşeron yarımadasının ilk irimiqyaslı xəritəsinin tərtibində iştirak etmişdir.[1]
İlk dəfə neft yataqlarında suyun paylanması üzrə Palmer sistemini tətbiq etmişdir. Neft yataqlarının səmərəli kəşfiyyatı və işlənilməsi üçün elmi əsaslar işləyib hazırlamışdır. Respublikada bir sıra ilk neft yataqlarının açılması onun adı ilə bağlıdır. Dünya geolgoyası təcrübəsində ilk dəfə olaraq neftli qatların ritmik quruluşunu, neftin xüsusiyyətlərinin dəyişməsi ilə neftli layların yatım şəraiti arasında əlaqəni müəyyən etmiş, neft mədənləri sularının təsnifatını vermiş, neft yataqlarının əmələgəlməsində tektonik faktorların rolunu təyin etmiş, neft və qazın proqnoz ehtiyatlarının hesablanması üsulunu işləyib hazırlamış, yod və brom hasil etmək üçün neft sularını xammal kimi təklif etmiş, neft yataqları sularının kimyəvi tərkibinə görə təsnifatını neft mədənlərində tətbiq etmişdir. O, quyularda açılmış layların qazlılığını müəyyən etmək üçün qaz karotaj fiziki-kimyəvi üsulunu ilk dəfə olaraq təklif etmişdir.[1]
O, professor, Əməkdar elm xadimi olmaqla yanaşı, elmi işlərini müəllimlik fəaliyyəti ilə birlikdə aparmışdır. Neft hasılatında təkrarı üsulların geoloji tətbiqi layihəsinin, Respublikada neft yataqlarında ehtiyatların hesablanmasının və yüksək ixtisaslı geoloq kadrların hazırlanmasında böyük rol oynamışdır. 100-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.[1]
Elmi Tədqiqatları
redaktəM.Abramoviç 100-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Mükafatları
redaktə- "Qırmızı əmək bayrağı" ordeni və medallarla tətlif olunmuşdur.
- "Əməkdar elm xadimi" fəxri adını almışdır.[1]
Mənbə
redaktə- "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.
- Mixail Abramoviç haqqında məlumat
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Abramoviç Mixail Vladimiroviç" (Azərbaycan). science.gov.az. 15-9-2021 tarixində arxivləşdirilib.