Mistik Personaj - Wikipedia
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur.[1]
Mistik | |
---|---|
ing. Mystique | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Ms Marvel" #16 (may, 1978) |
Yaradıcı(lar) |
Kris Klermont Deyv Kokram |
Xüsusiyyətlər | |
Əsl adı | Reyven Darkhölm |
Cinsiyyəti | qadın |
Boyu | 1,77 m |
Çəkisi | 78 kq |
Göz rəngi | sarı |
Saç rəngi | qırmızı |
Növü | mutant |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
Heyranedici Qisasçılar Mutant qardaşlığı Qaranlıq İks-adamlar Azadlıq gücü Maradorlar İks-Korpus İks-Faktor İks-adamlar Cəhənnəm Atəşi Klubu S.H.I.E.L.D. |
Partnyorları | |
Düşmənləri | Gecə ilanı (personaj), İks-adamlar |
Gücləri |
|
Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir.
Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir. O, daha öncə yüzdən artıq yaşının olduğunu söyləmişdir.[2] Mistik cinayətkar Qreydon Krid və İks-adamların üzvü olan Gecə ilanının doğma anasıdır. O, eyni zamanda Roqun ögey anasıdır. Gecə ilanını tərk etməyə məcbur qalan Mistik, Roqu böyüdür və daha sonra həyatda fərqli yollar seçən iki qadının bir-birinə qarşı qarışıq hisslər bəslədiyi dəfələrlə göstərilmişdir.
Mistik İks-adamlar filmlərinin altısında yer almışdır. İks-adamlar, İks-adamlar 2 və İks-adamlar: Son müqavimət filmlərində Mistiki aktrisa Rebekka Romeyn, İks-adamlar: Birinci dərəcə, İks-adamlar: Gələcəyin keçmiş günləri, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Mistik rolunu aktrisa Cennifer Lourens canlandırmışdır. 2009-cu ildə IGN Mistiki bütün zamanların ən böyük xəyali supercinayətkarları siyahısında 18-ci yerdə göstərmişdir.[3]
Xəyali bioqrafiya
redaktəMistikin dəqiq yaşı naməlumdur. O, ilk eşqi olan Fələk ilə 20-ci əsrin əvvəllərində rastlaşmışdır.
Qılıncdiş
redaktəMistik həlak olmuş Alman gizli agenti Leni Zauberin görünüşünü alır. Zauber və Qılıncdiş ləqəbi ilə tanınan Viktor Krid Şərqi Berlində bir alimin qətlə yetirilməsi üçün təyin edilmişdirlər. Zauberin görünüşünü alan Mistik Viktor ilə birlikdə missiyanı uğurla tamamlayır və onlar bir müddət təhlükəsiz bir yerdə gizlənməli olurlar. Daha sonra onlar sevgili olurlar, lakin Viktoru tərk etmək üçün Mistik onu öldüyünə inandırır.[4]
Bu qısa sürən münasibətin nəticəsində Mistik dünyaya Qreydon Kridi gətirir. Mistik doğumundan sonra onu övladlığa vermişdir, lakin o, yeniyətməlik dövrünədək Qreydonun həyatını uzaqdan izləyərək, ona yardım etmişdir. Hər iki valideynin mutant olmasına baxmayaraq, Qreydon mutant olmur. Valideynlərinin kim olduğunu öyrəndikdən sonra Qreydon onların hər ikisinə, daha sonra isə bütün mutantlara nifrət etməyə başlayır. Bunun ardınca o, anti-mutant təşkilatı olan Bəşəriyyət dostlarının lideri seçilir. Siyasi həyatının zirvəsində ikən Qreydon naməlum biri tərəfindən güllələnərək, qətlə yetirilir. Daha sonra tətikçinin əslində zamanda səyahət edən Mistik olduğu bəlli olur. Buna səbəb isə Mistik ilə birlikdə Cin Qrey, Buz adam, Qurbağa və Caqqernautun da daxil olduğu qarışıq zaman paradoksu olur.[5]
Gecə ilanı
redaktəMistik normal insan görünüşünü aldığı Reyven formasında alman zadəganlarından biri olan Baron Kristian Vaqner ilə ailə həyatı qurur. Bir müddət sonra məşuq kimi ondan narazı olan Mistik görüntüsünü dəyişərək, başqaları ilə cinsi əlaqədə olur. O, mutant Azazel ilə qarşılaşır. Azazel Mistikə İblislər adasının lideri olduğunu söyləyir. Daha sonra isə onun ölümsüz olduğu məlum olur.
Mistik hamilə qalır və bundan şübhələnən Baron körpənin atasının kim olduğunu öyrənmək üçün ondan qan analizi tələb edir. Mistik xəncər ilə ərini qətlə yetirərək, onu dəfn edir. O, dünyaya qara saçlı, sarı gözlü, mavi dərili və quyruqlu körpə gətirir. Yerlilər ana və uşağın şeytan olduğunu düşünərək onları öldürməyə cəhd göstərirlər. Mistik qaçır və övladını tərk edir. Körpəni isə Cadugər və Qaraçı kraliçası Marqali Şardos böyüdür və adını Kurt Vaqner qoyur.
Roq
redaktəMistik Missisipidəki evindən qaçan dörd yaşlı Roqu övladlığa götürür. Mistik Roqu tapanadək Roq bir meşəlik ərazidə ov tüfəngi ilə yalnız yaşayırdı. Onun gücünü hiss edən Fələk Roqun onlar üçün önəmli olacağını söyləyir və bunun ardınca Mistik onu tapır, güvənini qazanır və özü ilə yaşamağa razı salır. Mistik və Fələk Roqu birlikdə böyüdürlər.
ABŞ Müdafiə Şöbəsinin Müdafiə İrəli Araşdırma Proyektləri Agentliyində müdir müavini kimi etibarlı mövqedə çalışan Reyven ABŞ Dövlət Xidmətlərində sürətlə yüksəlir. Bu mövqe Mistik üçün ordunun sirlərinə və qaranlıq əməllərində istifadə edə biləcəyi müasir silahlara keçid yolu olur. Tutduğu mövqe sayəsində o, S. H. I. E. L. D. təşkilatından silah-sursat oğurlamağa cəhd göstərir. Mistik eyni zamanda Miss Marvelin sevgilisi Maykl Barnetti o ölənədək döyür.[6]
Cinayət fəaliyyətində ona yardım etməsi üçün Mistik Çığın, Köpük, Fələk və Alovun üzv olduğu Mutant qardaşlığı komandasını yaradır. Qardaşlıq nüfuzlu anti-mutant siyasətçi Senator Robert Kellini qətlə yetirməyə cəhd göstərir. İks-adamlar sui-qəsdin qarşısını alır. Mutant qardaşlığı Mistiki xilas edə bilsə də, özləri həbs olunurlar.[7]
Mistik Roqu məşq etdirir və daha sonra Roq da Mutant qardaşlığına qoşulur. Onun mutant gücü toxunduğu şəxslərin yaddaşını, şəxsiyyətini, güclərini və bacarıqlarını onlardan çəkərək, özünə keçirməkdir. Digər Mutant qardaşlığı üzvlərini azad etmək üçün Mistik Roqdan Miss Marvelin və Qisasçıların güclərini udmasını istəyir. Plan uğurlu olsa da, nəticə olaraq Qisasçılar Mutant qardaşlığını məğlub edir, Roq və Mistikdən başqa digər üzvləri həbs edirlər. Bunun ardınca Roq Miss Marvelin xatirələrinə və güclərinə sahib olduğunun fərqinə varır.[8] Pentaqonda baş verən növbəti qarşılaşma Mistikin gücsüz Miss Marvel tərəfindən məğlub edilərək, hökumətə təslim edilməsi ilə sonlanır.[9]
Mutant qardaşlığı həbsdən azad olur və Gözqamaşdırıcı ilə döyüşürlər.[10] Mistikdən qisas almaq üçün Zəka ustası Roqun zəkasını onun Miss Marveldən udduğu xeyirxah zəka ilə dəyişdirir və beləliklə Roq İks-adamlar qarşısında heçnə edə bilmir. Roqun sözsüz qaldığını görən Mistik Professor İksin onun beynini yuduğunu iddia edir. Bunun ardınca Mutant qardaşlığı Professor İksi öldürməyə cəhd göstərirlər, lakin Roq Mistiki dayandırır. O, Mistikə dünyanın ən güclü telepatı Professor İksin onun paramparça olmuş zəkası üçün yeganə ümid olduğundan İks-adamlara qoşulduğunu söyləyir. Beləliklə Mistik istəksizcə Roqun qəyyumluğundan imtina edir.[11]
Gücləri
redaktəMistik tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. O, eyni zamanda görünüşünü almaq istədiyi şəxsin sonuncu dəfə üzərində gördüyü geyiminin eynisini öz bədənində yarada bilir.
Görünüşünü istədiyi zaman dəyişmək qabiliyyətinə sahib olan Mistik yüz yaşdan artıq olmasına baxmayaraq bədən hüceyrələrini yeniləyərək, hər zaman gənc görünməyə nail olur.
Bununla yanaşı Mistik komanda əməliyyatlarında hiyləgər strategiyaları ilə seçilir. O, oğurluq və informasiya texnologiyaları üzrə peşəkardır. O, eyni zamanda peşəkar aktrisa və poliqlotdur. Mistik qırxdan artıq dildə səlis danışa bilir. Üzərində gəzdirdiyi alətlər sayəsində Mistikin beyni telepatik müdaxilənin qarşısını alır.
Digər mediada
redaktəFilmlər
redaktə- İlk İks-adamlar filmində Mistiki aktrisa Rebekka Romeyn canlandırmışdır. Həmin filmdə Mistik Maqnetonun Mutant qardaşlığı dəstəsinin üzvü olaraq göstərilmişdir. Romeyn 2003-cü ildə buraxılan İks-adamlar 2 filmində yenidən roluna geri dönmüşdür. Bu filmdə isə Mistik ilk seriyada Maqneto tərəfindən qətlə yetirilən Senator Robert Kellinin görünüşünü almışdır. O, Maqnetonu həbs edildiyi plastik kameradan azad edir və onlar İks-adamlar ilə birlikdə Uilyam Straykerin Alkali gölündəki bazasına hücum edirlər. Akstrisa Rebekka Romeyn son dəfə Mistik olaraq 2006-cı ildə buraxılan İks-adamlar: Son müqavimət filmində rol alır. Filmdə Maqneto Caqqernaut, Alov və Çox adam ilə birlikdə Mistiki həbsxanaya aparılan maşından azad edir, lakin döyüşçülərdən birinin mutasiyanın qarşısını aldığı düşünülən güllə ilə Mistiki vurmasının ardınca Maqneto onu artıq gərəksiz hesab edərək, tərk edir. Maqnetonun xəyanətinin ardınca Mistik Mutant qardaşlığının məkanını ABŞ dövlətinə xəbər verir.
- Aktrisa Cennifer Lourens İks-adamlar: Birinci dərəcə filmində gənc Mistik rolunu canlandırmışdır. Filmdə Mistik Çarlz Xavierin bacısı kimi böyüyür və ona İks-adamları yaratmaqda kömək edir, lakin daha sonra Xavierin daima ona gizlənməli olduğunu söylədiyi halda, Maqnetonun öz əsl görünüşündən qorxmaması ilə onu cəsarətləndirdiyi üçün Mistik Maqnetonun yanında yer alır. Lourens 2014-cü ildə buraxılan İks-adamlar: Gələcəyin keçmiş günləri filmində öz roluna geri dönür. Bu filmdə Mistikin alim Bolivar Traskı qətlə yetirməsinin ardınca hökumət Mistiki ələ keçirir və onun üzərində sınaqlar həyata keçirilir. Mistikin bioloji hüceyrələri sayəsində hökumət mutantları məhv etmək üçün məğlubedilməz Keşikçilər ordusunu hazırlayır və bununla da dünya fəlakətlərlə dolu bir gələcək ilə üz-üzə qalır. Traskın qətlinin və qaranlıq gələcəyin qarşısını almaq üçün Kitti Prayd Şimal porsuğunu keçmişə göndərir. Traskın qətlinin qarşısı alınsa da, Mistikin sui-qəsd zamanı geridə buraxdığı qan nümunəsi sayəsində prezident Niksonun da təsdiqi ilə hökumət bu dəfə Keşikçilər proyektini daha erkən başladır. Trask təqdimat üçün Keşikçiləri Vaşinqtona göndərərkən, Maqneto gizlicə Keşikçiləri idarə edə bilməsi üçün poladla əhatə edir. O, Keşikçilərdən mutantları deyil, sadə vətəndaşları öldürməyi tələb edir. Traskı öldürməyə çalışan Mistik isə Prezident Niksonun görünüşünü alır. Ani bir həmlə ilə Mistik Maqnetonu yaralayır və Keşikçilər onun təsiri altından çıxırlar. Xavier Mistiki Traskı öldürməməyə razı salır və beləliklə dünya bir mutantın prezidenti xilas etməsinə şahid olur. Bunun ardınca Keşikçilər proqramı da ləğv olunur. Trask dövlət sirlərini satdığı üçün həbs olunur. Cennifer Lourens növbəti dəfə Mistik rolunu İks-adamlar: Apokalipsis filmində canlandırır. Filmdəki hadisələr 80-ci illərdə cərəyan edir. Mistik dünyada qəhrəman mutant olaraq tanınır. O buna əhəmiyyat verməsə də, bir çox gənc mutantlar onu nümunə götürərək, qəhrəmanlıqlar etməyə çalışırlar. Gecə ilanına kömək etməyə çalışarkən Mistik xəbərlərdə Maqnetonun ailəsinin qətlə yetirildiyinə şahid olur və Xavierdən Maqnetonun yerini soruşur. Telepatiya gücü ilə Maqnetonu axtararkən onlar böyük Apokalipsisin diqqətini çəkirlər. Nəticədə Xavier Apokalipsis tərəfindən qaçırılır. Xavieri Apokalipsisdən xilas etmək üçün Mistik İks-adamlara qoşulur. Cennifer Lourens 2019-cu ildə işıq üzü görəcək olan İks-adamlar: Qara zümrüd quşu filmində də Mistik rolunu yenidən canlandıracaq.
Video oyunlar
redaktə- "X-Men" (1992)
- "X-Men: Mutant Academy" (2000)
- "X-Men: Mutant Academy 2" (2001)
- "X-Men: Next Dimension" (2002)
- "X-Men Legends" (2002)
- "X-Men Legends II: Rise of Apocalypse" (2004)
- "X-Men Origins: Wolverine" (2009)
- "Marvel: Super Hero Squad" (2009)
- "Marvel: Super Hero Squad Online" (2009)
- "Lego Marvel Super Heroes" (2013)
- "Marvel Strike Force" (2018)
İstinadlar
redaktə- ↑ Ms. Marvel, No.16 (aprel 1978)
- ↑ Stated in her solo series Arxivləşdirilib 2012-10-06 at the Wayback Machine (#17), "I wasn't born last night, or even last century, for that matter…"
- ↑ Mystique is number 18 Arxivləşdirilib 2022-09-20 at the Wayback Machine, IGN.
- ↑ Sabretooth #3
- ↑ X-Men Forever (2001 series) #2
- ↑ Marvel Super Heroes Vol. 2 #11
- ↑ Uncanny X-Men #141–142 (yanvar–fevral 1981)
- ↑ Avengers Annual #10 (1981)
- ↑ Uncanny X-Men #158 (iyun 1982)
- ↑ Dazzler #22–23 (dekabr 1982-yanvar 1983)
- ↑ Uncanny X-Men #177–178 (yanvar–fevral 1984)
Xarici keçidlər
redaktə- Mistik Marvel Dünyası Vikisində