Misir Muzeyi Ve Papirus Kolleksiyasi - Wikipedia
Misir Muzeyi və papirus Kolleksiyası ( almanca: Ägyptisches Museum und Papyrussammlung) — Berlin muzeylərinə daxil olan bir muzeydir. 2009-cu ildən Misir Muzeyi Muzey adasında bərpa edilmiş Yeni Muzeydə saxlanılır. 2009-cu ildən Frederik Zeyfrid muzeyin direktoru olub.
Tarixi
redaktəMisir Muzeyi 1828-ci ildə Aleksandr fon Humboldt-un tövsiyəsi ilə yaradılmış, kral III Fridrix Vilhelmin kolleksiyasında Misir şöbəsində sərgilənib.[1] Monbijo sarayında yerləşən bu şöbənin ilk rəhbəri Triestdən olan tacir Cüzeppe Passalacqua idi, arxeoloji tapıntıların toplanmasında böyük rolu olmuşdur. Bu kolleksiya 1842-1845-ci illərdə Karl Riçard Lepsiusun ekspedisiyasından gətirilmiş eksponatlarla tamamlandı. 1850-ci ildə muzey Fridrix Avqust Stülerin layihəsinə əsasən Muzey adasında tikilmiş yeni binasını, Yeni Muzeyi aldı. 1920-ci ildə Ceyms Simon kolleksiyanın ən məşhur əsəri olan Nefertitinin büstünü muzeyə hədiyyə etdi. Simon Misirin Amarna şəhərində Lüdviq Borçardtın rəhbərlik etdiyi qazıntıları maliyyələşdirib və tapıntıların Almaniyaya çatdırılmasını təmin edib. İkinci Dünya Müharibəsi muzeyin fondlarını ayırdı. Yeni muzey 1943-cü ildə ciddi ziyan gördü, yanğın zamanı bir çox eksponat yandı. Kolleksiyanı saxlamaq üçün müxtəlif muzeylərə yerləşdirilib.
Kolleksiyanın çox hissəsi Şərqi Berlində və 1958-ci ildən Bode Muzeyində nümayiş etdirilib. Kolleksiyanın Qərbi Almaniyanın Qərbi Berlinə köçürdüyü başqa bir hissəsi 1967-ci ildən Şarlottenburq sarayı yanında Stüler binasında saxlanılırdı. Almaniyanın birləşdirilməsindən sonra Misir kolleksiyası iki hissəsi birləşdirildi. Bode Muzeyindəki Misir Muzeyi sərgisi 1990-cı illərdə binanın yenidən qurulması ilə əlaqədar təmirə bağlandı. 2005-ci ilin avqustunda Şarlottenburqdan sərgi Muzey adasına, 2009-cu ilə qədər kiçik ölçülü ən əhəmiyyətli eksponatlar nümayiş olundu. Sərgi sahələrinin azlığı səbəbindən yeni muzeydə Kələbşi məbəd kompleksinin qapıları və Sahura meyitxanasının həyəti kimi kolleksiyanın monumental heykəltəraşlıq və arxeoloji əşyaları da yerləşdirilə bilməz. Muzey adasının baş planına uyğun olaraq, onların Perqam muzeyinin gələcək dördüncü binasının sərgisində nümayiş etdirilməsi planlaşdırılır. [2]
Eksponatları
redaktə-
Nefertitinin büstü, təqribəb e.ə. 1338-ci il
-
Yeni padşahlıq (Misir), 18-ci sülalə e.ə. 1380-ci il
-
Kraliça Tiya. Amarna dövrü təqribən e. ə. 1355-ci il
Ədəbiyyat
redaktə- Маркина Л. Г., Муравлёва Е. Н., Муравлёва Н. В. ÄGYPTISCHES MUSEUM UND PAPYRUSSAMMLUNG ЕГИПЕТСКИЙ МУЗЕЙ И СОБРАНИЕ ПАПИРУСОВ // Культура Германии: лингвострановедческий словарь: свыше 5000 единиц / под общ. ред. проф. Н. В. Муравлёвой. — М.: АСТ, 2006. — С. 22. — 1181 с. — 3000 экз. — ISBN 5-17-038383-5.
- Jürgen Settgast, Joachim Selim Karig: Ägyptisches Museum Berlin. Westermann-Verlag, Reihe «museum», Braunschweig 1981.
- Johannes Althoff: Das Ägyptische Museum. Berlin-Edition, Berlin 1998, ISBN 3-8148-0008-7.
İstinadlar
redaktə- ↑ "Egyptian Museum and Papyrus Collection". Encyclopædia Britannica. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2010.
- ↑ "Egyptian Museum and Papyrus Collection". Staatliche Museen zu Berlin. 2 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2010.
Xarici keçidlər
redaktə- Официальный сайт (нем.)
- Египетский музей на официальном сайте Берлина (нем.)
- Сайт Общества друзей Египетского музея в Берлине
- Египетский музей на сайте Государственных музеев Берлина