Mirzeyi Reqs - Wikipedia
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir.
Mirzəyi | |
---|---|
Tempi | Asta |
Mənşəyi | Azərbaycan |
Müəllifi | Ney ustası Mirzə |
Yaranma tarixi | ≈ 1860-1870 |
Tarixçə
redaktəAdından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir.
Texnikası
redaktəAncaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.[1] Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir.
Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
İstinadlar
redaktə- ↑ Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait) Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine. Bakı: "Birləşmiş nəşriyyat", 1959.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Rəqs haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |