Mirzecamalli - Wikipedia
Mirzəcamallı (digər tarixi adları Türkman, Tərəkəmə) – Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd.[1]
Mirzəcamallı | |
---|---|
39°36′02″ şm. e. 47°12′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəMirzəcamallı obası Hacılı camaatına qatılan obalardan biri idi. XVIII yüzildə Türkman, XIX yüzildə Tərəkəmə adlanırdı. 1842-ci ildən bəri Qarabağ xanlığının baş vəziri Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşirin adıyla bağlıdır.
1823-cü ilə aid mənbədə yazılır: Türkman obası, orda nökərlər, bağbanlar və çobanlardan ibarət 12 tüstü var. Burda 3 tüstü var ki, Mirzə Xanməmmədə məxsusdur.
1842-ci ildə Mirzəcamallı obasında 21 tüstü qərar tuturdu. 1849-cu ildə Mirzəcamallı obasında 35 tüstü yaşam sürürdü. 1863-cü ildə Mirzəcamallı obasında 34 tüstü köç-düşlə məşğul olurdu. 1873-cü ildə Mirzəcamallı obasında 41 tüstü vergi ödəyirdi. 1886-cı ildə Mirzəcamallı obasında 43 tüstü qeydə alınmışdı. Göstərdiyimiz tüstü saylarına bəy və ruhani ailələri daxil deyil.
9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Fizuli aeropurtu buradadır.[2]
Toponimikası
redaktəKöndələnçayın sahilində, dağətəyi ərazidədir.
Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773–1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış va onun adı ilə adlanmışdır.[3]
Əhalisi
redaktəİqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik Arxivləşdirilib 2020-11-16 at the Wayback Machine. report.az (azərb.). 9 noktyabr 2020.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427