Mirze Talib Xan - Wikipedia
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri.
Mirzə Talıb xan | |
---|---|
fars. طالبخان اردوبادی | |
1610/1611 – 1621 | |
Əvvəlki | Hatəm bəy Ordubadi |
Sonrakı | Salman xan Ustaclı |
1632 – 1633 | |
Əvvəlki | Xəlifə sultan əl-Hüseyni |
Sonrakı | Sarı Tağı |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 27 iyul 1634 |
Fəaliyyəti | siyasətçi |
Atası | Hatəm bəy Ordubadi |
Həyatı
redaktəMirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir.[1]
1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Babaie, 2004. səh. 42-43
Ədəbiyyat
redaktə- Blow, David. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend. London, UK: I. B. Tauris & Co. Ltd. 2009. ISBN 978-1-84511-989-8. LCCN 2009464064.
- Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815.
- Babaie, Sussan. Slaves of the Shah: New Elites of Safavid Iran. I.B.Tauris. 2004. 1–218. ISBN 9781860647215.
- Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613.
- Roemer, H.R. The Safavid period // The Cambridge History of Iran, Volume 5: The Timurid and Safavid periods. Cambridge: Cambridge University Press. 1986. 189–351. ISBN 9780521200943.