Mirze Seid Xan Germerudi - Wikipedia
Mirzə Səid xan Mirzə Süleyman oğlu Gərmərudi (15 mart 1816, İşlaq, Şərqi Azərbaycan ostanı – 17 noyabr 1883, Tehran) — diplomat, vali.
Mirzə Səid xan Gərmərudi | |
---|---|
1880 – 1883 | |
Monarx | Nasirəddin şah Qacar |
Əvvəlki | Mirzə Hüseyn xan Sipəhsalar |
Sonrakı | Mahmud xan Qaragözlü |
1853 – 1873 | |
Monarx | Nasirəddin şah Qacar |
Əvvəlki | Mirzə Mohammad Ali-xan Şirazi[fars.] |
Sonrakı | Mirzə Hüseyn xan Sipəhsalar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1816 |
Doğum yeri | Sərab vilayəti, Gərmərud mahalı, İşıqlı kəndi |
Vəfat tarixi | 17 noyabr 1883 (67 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəMirzə Səid xan Mirzə Süleyman oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Mötəmənülmülk ləqəbini daşıyırdı. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Süleyman ibn Mirzə Məhəmmədsəid ibn Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi.
Mirzə Səid xan Gərmərudi 1853-cü ildə İranın Xarici işlər naziri vəzifəsinə təyin olunmuşdu. 1869-cu ildə Gilan əyalətinə vali göndərilmişdi. 1870-ci ildə təkrar Xarici işlər naziri vəzifəsinə qaytarılmışdı.
Mirzə Səid xan Gərmərudi 1873-cü ildə Xorasan əyalətinə, Məşhəd şəhərinə İmam Rza hərəminə (məqbərəsinə) mütəvəlli göndərilmişdi.
Mirzə Səid xan Gərmərudi 1879-cu ildə üçüncü dəfə Xarici işlər naziri vəzifəsinə qaytarılmışdı.
Mirzə Səid xan Gərmərudi 1883-cü ildə vəfat edib.
Ailəsi
redaktəMirzə Səid xanın Mustafa xan adlı oğlu vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
- Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.