Mirze Mehemmed Musevvir - Wikipedia
Mirzə_Məhəmməd_Müsəvvir - Haqqında Məlumat
Mirzə Məhəmməd Müsəvvir (Qəzvin – 1901, Bakı) — XIX əsr Azərbaycan şairi, rəssamı və xəttatı. O, "Məcməüş-şüəra" ədəbi cəmiyyətinin üzvü olmuşdur.[1][2][3]
Mirzə Məhəmməd Müsəvvir | |
---|---|
Doğum yeri | |
Vəfat tarixi | 1901 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Həyatı
redaktəMirzə Məhəmməd Qəzvin şəhərində anadan olmuş, 1876-cı ildə Bakıya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, rəssamlıq və xəttatlıqla məşğul olmuş, eyni zamanda "Müsəvvir" təxəllüsü ilə şeirlər yazmışdır.[4][1] Müsəvvir ali savadının olmamasına baxmayaraq elmdən uzaq qalmamış, mahir şahmatçı olmuşdur. Seyid Əzim Şirvani ilə dost olan Mirzə Məhəmməd onun yaradıcılığını Maninin yaradıcılığına bənzətmiş, Çin incəsənəti ilə müqayisə etmişdir.[5]
O,1901-ci ildə Bakıda vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Müniri, 2018. səh. 3
- ↑ Əhmədova, 2022. səh. 160
- ↑ Rüstəmxanlı, 2019. səh. 351
- ↑ Qarayev, 2012. səh. 283
- ↑ Şirvani, 2005. səh. 70
Mənbə
redaktə- Müniri, Mirzə Ağadadaş, redaktorBahar ağlayışı. Baku: Ecoprint. 2018.
- Rüstəmxanlı, Tənzilə, redaktorAzərbaycan Ədəbiyyatında İstiqlal İdeyasının Formalaşmasında Ədəbi Məclislərin Rolu. INTERNATIONAL JOURNAL OF HUMANITIES AND EDUCATION (IJHE). 2019.
- Əhmədova, Səbinə, redaktorXIX əsrin ikinci, XX əsrin əvvəllərində Bakı ədəbi mühiti Azərbaycanda ədəbi prosesin özünəməxsus mərhələlərindən biri kimi (PDF). Baku: ANAS. 2022.
- Şirvani, Seyid Əzim, redaktorSeçilmiş Əsərləri, II cild (PDF). Baku: Avrasiya Press. 2005.
- Qarayev, Nəsrəddin, redaktorXIX əsr Azərbaycan ədəbi məclisləri. Baku. 2012.