Mirze Muslum Qudsi - Wikipedia
Mirzə Müslüm Qüdsi və yaxud Qüdsi İrəvani (1752, İrəvan – 1808, İrəvan) — XVIII əsr Azərbaycan şairi. Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. O, İrəvan xanlığının münşisi (katibi) olub.[1]
Mirzə Müslüm Qüdsi | |
---|---|
Mirzə Məhəmməd Müslüm | |
Təxəllüsləri | Qüdsi, Qüdsi İrəvani |
Doğum tarixi | 1752 |
Doğum yeri | |
Vəfat tarixi | 1808 |
Vəfat yeri | |
Vətəndaşlığı | İrəvan xanlığı |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 19-cu ildən |
Əsərlərinin dili | Azərbaycan dili, fars dili, ərəb dili |
Janr | lirika |
Mirzə Müslüm Qüdsi Vikimənbədə |
Həyatı
redaktəMirzə Məhəmməd Müslüm 1752-ci ildə İrəvan şəhərində anadan olub. O, İrəvan xanının sarayında xidmət edib. Orada Mirzə Məhəmməd xanın katibi (münşisi) olub. O, 1808-ci ildə İrəvan şəhərində vəfat edib.[1]
Yaradıcılığı
redaktəMirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. Buna görə o, Mirzə Müslüm Qüdsi adı ilə tanınır.[2] Hələlik elm aləminə onun bir "Divan"ı məlumdur. Bu divan 2814 şifrəsi altında Hacı Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanasında qorunub saxlanılır. Mirzə Müslüm Qüdsinin "Divan"ı[3] haqqında məlumatı Azərbaycan Respublikasının İranda keçmiş səfiri Eynulla Mədətli əldə etmişdir.[1] Mədətli bu kəşfi barədə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar institutunu məlumatlandırmışdır. Bir müddətdən sonra şərqşünas Şəmsi Pənahlı Təbriz Milli Kitabxanasında Qüdsinin "Divanı"nı tədqiq etmişdir. Ş. Pənahlı Qüdsi İrəvaninin "Divan"ı barədə monoqrafiya yazmışdır.[4]
Qüdsinin "Divan"ında farsca, türkcə və ərəbcə şeirlər var. Bu əsərlər içərisində farsca yazılmış "Tousife-İrəvan" ("İrəvanın vəsfi") məsnəvisi xüsusi əhəmiyyət kəsb edir.[5] Əziz Dövlətabadi Qüdsinin "Divan"ı barədə bu sözləri yazır: "Qüdsi divanının bir nüsxəsi 2814 nömrəsi altında Hacı Məhəmməd Naxçıvaninin "Şadrəvan" kitabxanasında saxlanılır. 23 x16 ölçüdə olan divan 350 səhifədən ibarətdir və hər səhifədə 18 beyt vardır. Burada Rəsuli-Əkrəm, dövrün əmir və vəzirlərinin tərifi, tarixi hadisə və faciələrə, böyüklərin vəfatına aid madeyi-tarixlər, fars, türk, ərəbcə məsnəvilər, qəzəllər yer almışdır. Bu məsnəvidə Çuxursəd, Qırxbulaq, Xan bazarı, Dərəbağı, Xan məscidi, Göyçə yaylağı kimi İrəvan mahallarının, məhəllələrinin və tarixi yerlərinin bir çoxunun adı çəkilir.[1]"
İstinadlar
redaktə- ↑ 1 2 3 4 [Müslüm Qüdsi - Şair, bioqrafiya]
- ↑ [İrəvan müsəlman sakinli vilayət olmuşdur]
- ↑ [Müslüm Qüdsi|Mirza Müslüm Qudsi Irevanin-Revanin Vesfi-Meselesi-Şemsi Penahoğlu-Baki-2019–57s Mirza Müslüm Qudsi Irevanin-Revanin Vesfi-Meselesi-Şemsi Penahoğlu-Baki-2019–57s]
- ↑ [Naxçıvani və onun Təbrizdə elmi-maarifçi fəaliyyəti - Araşdırma]
- ↑ [Müslüm Qüdsi|Mirza Müslüm Qudsi Irevani Ve Onun Divani-Şemsi Penahoğlu-Baki-2017–196s Mirza Müslüm Qudsi Irevani Ve Onun Divani-Şemsi Penahoğlu-Baki-2017–196s]
Ədəbiyyat
redaktə- Şəmsi Pənahoğlu. M. M. Qüdsi İrəvani. Tousifi-İrəvan. Tərcüməçi Ş. Əhmədov. / Səməd Sərdariniya. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Tərcüməçi İ. Quliyev. Kitab Zərdabi. Bakı.2014, s. 197–216.
- Şəmsi Pənahoğlu. Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi. II nəşr Kitab. Zərdabi. Bakı. 2019. 57s.
- Şəmsi Pənahoğlu. Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri. II nəşr. zərdabi. Bakı. 2019. 100 s.