Mirze Mohsun Xan Tebrizi - Wikipedia
Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbrizi (1820-1900) — vali, diplomat.
Mirzə Möhsün xan Təbrizi | |
---|---|
Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbrizi | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat, tərcüməçi |
Həyatı
redaktəMirzə Möhsün xan Şeyx Kazım oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ərəb, fars, ingilis, fransız və italyan dillərini bilirdi. Mirzə Tağı xan Əmir Kəbir Təbrizdə iqamət edərkən Mirzə Möhsün onun yanında çalışmağa başlayır. Gəncdəki fitri-istedadı duyan Əmir Kəbir onu Nasirəddin şah Qacara təqdim edir. Şah ona Moinülmülk, sonra Mötəməndülmülk ləqəblərini verir.
Mirzə Möhsün xan Təbrizi Müzəffərəddin mirzənin yanında xidmət etmişdi. Müzəffərülmülk ləqəbini daşıyırdı.
Mirzə Möhsün xan Təbrizi İranın ticarət, ədliyyə, xarici işlər naziri vəzifələrində çalışmışdı.
Mirzə Möhsün xan Təbrizi 1898-ci ildə şahzadə Əbülfəzl mirzə Qovanlı-Qacar tərəfindən Həmədan valisi təyin edildi. 1899-cu ilin sonlarında Savə vilayətinə hakim göndərildi.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.