Mirze Ebdurrehim Germerudi - Wikipedia
Mirzə Əbdürrəhim Mirzə Məhəmmədsəid oğlu Gərmərudi (?-?) — şair, vali.
Mirzə Əbdürrəhim Gərmərudi | |
---|---|
Doğum yeri | Sərab vilayəti, Gərmərud mahalı, İşıqlı kəndi |
Fəaliyyəti | şair |
Həyatı
redaktəMirzə Əbdürrəhim Mirzə Məhəmmədsəid oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Təbriz şəhərində ərəb dilini və ədəbiyyatını öyrənmişdi. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Məhəmmədsəid ibn Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi.
Mirzə Əbdürrəhim Gərmərudi Gərmərud mahalının və Sərab şəhərinin kələntəri olmuşdu. Abbas mirzə Qovanlı-Qacar onu bütün Cənubi Azərbaycanın vəziri təyin etmişdi.
Mirzə Əbdürrəhim Gərmərudi şair idi. Sağər təxəllüsü ilə şeir yazırdı. Xəttat kimi ad çıxarmışdı. O, şikəstə xəttini özünəməxsus tərzdə yazırdı.
Ailəsi
redaktəMirzə Əbdürrəhimin Məsud xan adlı oğlu vardı.
Yaradıcılığı
redaktəDedilər: niyə getmirəm qazıya, şikayətim çox,
Dedim mənim qazım var, rəğbətim başqasına yox.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.