Mirze Ebdulbaqi Danismend - Wikipedia
Mirzə_Əbdülbaqi_Danişmənd - Haqqında Məlumat
Mirzə Əbdülbaqi Danişmənd (v. 1629) — Azərbaycan şairi[1]
Mirzə Əbdülbaqi Danişmənd | |
---|---|
Vəfat tarixi | 1629 |
Fəaliyyəti | şair |
Həyatı
redaktəHəyatı haqqında məlumat azdır. Ərəb və fars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir.
Vəfatı
redaktəMirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir.
Yaradıcılığı
redaktəBədii yaradıcılığı
redaktəƏsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidə və rübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur. İsfahanda Şah Abbas məscidinin kitabələrini yazmışdır.
Ədəbiyyat
redaktəİstinadlar
redaktə- ↑ "DANİŞMƏND". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.