Miralayevler - Wikipedia
Miralayevlər - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Miralayevlər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Miralayevlər | |
---|---|
Titul | Bəy |
Mənşəyi | Qazax, Daş Salahlı |
Təbəəliyi | Qazax qəzası, Rusiya imperiyası |
Qazax rayonunun Daş Salahlı kəndinə mənsub bəy nəslidir.
Soyun tarixi
redaktəƏslində bu soy "Miralay" olmalıdır. Qazaxlılar davamlı olaraq Osmanlı ordusunda xidmət etdiyinə görə soy adı "Miralay"-Əmiralay-Alay Əmiri (indiki Polkovnik) hərbi rütbəsindən götürülmüşdür. Hazırda bu soy Miralılar kimi tanınır. Bu günədək qalmış Miralaylar (Miralılar) şəcərəsindən (soy ağacından) göründüyü kimi bu soyun 450 illik tarixi məlumdur. Qazax sultanlığı dövründə Qazax Sultanlarından biri Miralı bəy olmuşdur.
Görkəmli şəxsləri
redaktə- Mustafa Bəy Miralayev (19-cu əsrin 60-cı illəri) — bəy, Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir.
- Yasin bəy Miralayev — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, tanınmış tacir. Mustafa Bəy Miralayevin oğludur.
- Teymur Miralayev (1904–1999) — Azərbaycan tarixçisi.
- Miralı bəy Miralayev — Mustafa Bəy Miralayevin oğlu, Yasin bəy Miralayevin qardaşıdır. Miralını anti-sovet fəaliyyətinə, zadəgan nəslə mənsubluğuna görə güllələyiblər".[1]
- Şahı ağa Miralayev (1888–1931) — 1931-ci ildə Daş Salahlıda kəndliləri tərkisilah əməliyyatının gedişində XDİK orqanlari tərəfindən fevralın 10-da həbs edilmiş və üçlüyün qerarına esasən, martın 17-də Qazax həbsxanasında güllələnmişdir. Ona 11/05–1993-cü il tarixdə bəraət verilmişdir.
Mənbə
redaktə- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.