Mir Kazim Aslanli - Wikipedia
Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (1912, İsi – 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
Mir Kazım Aslanlı | |
---|---|
Mirkazım Aslanlı-Sarəng | |
Doğum tarixi | 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1975 |
Vəfat yeri | |
Dəfn yeri |
Həyatı
redaktəMir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur.[1]
M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir.[1]
Ailəsi
redaktəMir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır.[2]
Fəaliyyəti
redaktəİstisu
redaktəXX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərin] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Xatirəsi
redaktəNurəddin Ədiloğlunun təşəbbüsü və ssenarisi əsasında 1992-ci ildə Mir Kazım Aslanlı–Sarəngin Masallıda 80 illik yubileyi təntənə ilə qeyd olunub. İştirakı ilə hazırlanan "Sarəng ömrünün hekayətləri" adlı ədəbi-musiqili veriliş Azərbaycan radiosunun qızıl fonduna daxil edilib. "Sarəng — ruhun gözəlliyi" məqaləsi ingilis, rus, türk dillərində Türkiyədə nəşr olunan "Azərbaycan dünyası" (ing. "World of Azerbaijan") dərgisində dərc olunub.[3]
2012-ci ildə Mir Kazım Aslanlının 100 illiyinə həsr edilmiş "Tərk etmə məni" adlı film çəkilmiş və təqdimatı olmuşdur.[4]
İstinadlar
redaktə- ↑ 1 2 Xodaşirin Cəbiyev (Cabbarlı). "Xodaşirin Cəbiyev Cabbarlı: Mir Kazım Aslanlı - Sarəngin həyat və yaradıcılığı". azpress.az (azərb.). azpress.az. 18-6-2015. İstifadə tarixi: 8 may 2016.[ölü keçid]
- ↑ Mustafa Çəmənli. "Sarəng ürəyinin səsi". anl.az (azərb.). 525-ci qəzet. 19 aprel 2014. 6 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
- ↑ "Azərbaycan dünyası" jurnalı, dekabr 2012, səh. 80–85.
- ↑ "Tərk etmə məni" filmi təqdim edilib: [görkəmli alim, həkim, bəstəkar, seleksiyaçı Mir Kazım Aslanlının 100 illiyinə həsr edilmiş eyniadlı sənədli film haqqında] //Mədəniyyət. — 2012.- 29 avqust.- S. 7.
Mənbə
redaktə- Nurəddin Ədiloğlu. "Mirkazım Aslanlı", "Masallı" kitabı. Bakı: 1990. səh. 51–53.
- Nurəddin Ədiloğlu. "Yarımçıq qalmış şikəstə". Bakı: "Adiloqlu" 2005
- Nurəddin Ədiloğlu. Sarəng zirvəsi": Bakı: "Elm və təhsil",2012.