Minsk 2 - Wikipedia
Minsk 2 — Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq sammit. Görüşün məqsədi Donbass müharibəsinin sonlandırılması və iki tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olmuşdur.[1][2][3] Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyi altında 11-12 fevral tarixlərində təşkil edilmiş və tərəflər arasında yekun razılıq əldə olunmuşdur. İmzalanan Minsk 2 müqaviləsinə əsasən tərəflər qoşunlarını 15 fevral 00:00 tarixindən etibarən cəbhə xəttinə qədər geri çəkməli və ağır silahları döyüş mərkəzlərindən çıxarmalı idi. 16-17 fevral tarixlərində Luqansk və Donetsk vilayətlərində atəşkəsə əməl edilsə də, ayın 18-dən etibarən Debaltsev şəhəri uğrunda döyüşlər yenidən şiddətlənmişdir.
İstinadlar
redaktə- ↑ "Ukraine ceasefire deal agreed at Belarus talks". The Guardian. 12 February 2015. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2015.
- ↑ "Breakthrough in Minsk as leaders agree to ceasefire deal on Ukraine". Euronews. 12 February 2015. 29 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2015.
- ↑ "OSCE Chairperson-in-Office gives full backing to Minsk package" (Press-reliz). Organization for Security and Co-operation in Europe. 12 February 2015. 29 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2015.