Minamitori - Wikipedia
Minamitori (yap. 南鳥島) — Sakit okeanın şimal-qərbində yerləşən ada. Sahəsi 1,2 km² təşkil edir. Əvvəllər Anson arxipelaqı aid edilirdi.
Minamitori adası | |
---|---|
yap. 宮古島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 1,2 km² |
Uzunluğu |
|
Eni | 1,5 km |
Sahil uzunluğu | 6 km |
Hündür nöqtəsi | 9 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
24°17′18″ şm. e. 153°58′52″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəYaponiyanın ən ucqar şərq adasıdır. Tokiodan 1848 km cənub-şərqdə yerləşir. Yaponiya məxsus ən yaxın adadan 1267 km şərqdə yerləşir. Oqasavara kənd vahidliyinə daxildir. Ən yaxın torpaq sahəsi Faralon-de-Paxaros adası Marian adalarına daxildir və ondan 1021 km aralıda yerləşir. Kiçik əraziyə malik olasına baxmayaraq Yaponiyaya 428 875 km² iqtisadi zona qazandırır.
Tarixi
redaktəAda ilk dəfə 1694 ildə aşkarlanmışdır[1]. XIX əsrin ortalarına qədər adanın kordinatları dəqiq müəyyənləşməmişdi.
1874 ildə ada amerikan araşdırmaçı gəmisi tərəfindən araşdırılır. Beş il sonra adaya ilk dəfə yaponlar ayaq basırlar. Ada 24 iyul 1898-ci ildə Yaponiya imperiyasına birləşdirilir[2]. 1935 ildə İmperiya donanması tərəfindən metereoloji stansiya və uçuş zolağı inşa edirlər. İkinci Dünya müharibəsi dönəmində adada 4 000 əsgər yerləşdirilmişdi.
Müharibə bitdikdən sonra digər Bonin adaları kimi Minamitori adası ABŞ dövlətinin əlinə keçir. 1968-ci ildən ada Yaponiyaya qaytarılır.
İqtisadiyyat
redaktə2012-ci ildə adada bir qrup yapon alimi anomaliya aşkarlayırlar. Burada nadir tapılan metalların ehtiyatı 6,8 milyon ton olaraq qiymətləndirilir. Bu ehtiyatlar Yaponiyaya gələcək 200 il ərzində yetərlidir[3].[4]
İstinadlar
redaktə- ↑ Welsch, Bernhard: The asserted discovery of Marcus Island in 1694; in: Journal of Pacific History, Vol. 36, No. 1; 2001, pp. 105—115
- ↑ Kuroda, Nagahisa: Report on a trip to Marcus Island, with notes on the birds; in: Pacific Science, Vol. 8, No. 1; 1954
- ↑ "Yaponlar 6,8 milyon ton nadir tapılan metal ehtiyyatı aşkarlamışlar". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-18.
- ↑ "Discovery of rare earths around Minami-Torishima|Todai Research". 2013-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-18.
Mənbə
redaktə- Minami Torishima info and pictures
- Marcus Island Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine sunrise, sunset, tides
- Map and aerial photo of Minami Torishima Arxivləşdirilib 2006-04-11 at the Wayback Machine, from the Geographical Survey Institute of Japan website
- The island during the Pacific War (USS Shubrick DD 639)