Min Neferin Ekspedisiyasi - Wikipedia
Min nəfərin ekspedisiyası (it. Spedizione dei Mille) — inqilabi general Cüzeppe Qaribaldinin 1860-1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, “Hər iki Siciliya krallığını” məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur.
Min nəfərin ekspedisiyası | |||
---|---|---|---|
Risorcimento | |||
Tarix | 1860-1861 | ||
Yeri | Cənubi İtaliya | ||
Nəticəsi |
Risorcimento tərəfdarlarının qələbəsi: * İki Siciliya krallığının süqutu * Cənubi İtaliyada Brigandage problemi * Papa dövlətinin ərazisi Latiuma qədər kiçildi |
||
Ərazi dəyişikliyi | Siciliya, Cənubi İtaliya, Marke və Umbriya Sardiniya krallığına birləşdirildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Ekspedisiya, “Sardiniya krallığının” baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə “Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini” birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi.
Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi.
Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı. Lakin ekspedisiyanın reallığa keçməsi üçün əsas dəstək Françesko Krispinin cəhdləri ilə oldu. O, bölgədəki nüfuzundan istifadə edib İtaliyanın birləşdirilməsi layihəsini dəstəklədi.[1]
Ekspedisiyada iştirak edən fərqli qrupların fərqli istəkləri var idi. Haribaldi İtaliyanı birləşdirmək, burjuaziya Siciliyanı dahan güclü kapitalizmə sahib olan İtaliyanın bir hissəsi görmək, sadə əhali isə torpaqların yenidən bölüşdürülməsi üçün bu ekspedisiyaya qatılmış və ya onu dəstəkləmişdi.
Ekspedisiya və bütün təşəbbüs britaniyalılar tərəfindən güclü bir şəkildə dəstəklənmişdi, çünki onlar Cənubi İtaliyada özlərinə dost bir hökumət görmək istəyirdilər. Həmçinin Süveyş kanalının açılışına az qalmış bir ərəfədə müasir İtaliyanın cənubunun strateji əhəmiyyəti də artmışdı. Belə bir şəraitdə İki Siciliya krallığını idarə edən Burbonlar sülaləsi getdikcə Rusiya ilə daha çox yaxınlaşdığı üçün etibarlı tərəfdaş hesab edilmirdilər. Ekspedisiya zamanı Britaniya dəniz donanması ekspedisiya gəmilərinin təhlükəsiz bir şəkildə quruya çıxmalarını təmin etmiş, onların hərbi əməliyyatlarının uğurlu keçə bilməsi üçün vəsait ayıraraq Burbon hərbçilərinə rüşvət verib onları satın almışdır.[2]
Zəmin
redaktəEkspedisiya İtaliyanın birləşdirilməsinin final mərhələsini təşkil etmişdir. Bu proses əsasən Sardiniya-Piedmont krallığının baş naziri Kamillo Kavur tərəfindən bütün həyatı boyu pillə-pillə həyata keçirilmişdir. Toskana hersoqluğunun, Modena və Parma qraflıqlarının, Romagnanın 1860-cı ildə Piedmonta birləşdirilməsindən sonra italyan millətçilərinin qarşısında hədəf kimi İki Siciliya krallığı qalmışdı. Bu krallıq müasir İtaliyanın cənubunun və Siciliyanın əsas hissəsini təşkil etməkdə idi. Bu torpaqların birləşdirilməsi bütün italyan torpaqlarının birləşdirilməsi arzusuna doğru atılacaq növbəti addım kimi dəyərləndirilirdi.
1860-cı ildə Haribaldi artıq İtaliyada ən məşhur inqilabçı lider kimi tanınmışdı və Genuyadan Siciliyaya, Neapola ekspedisiya təşkil etmək barədə düşünürdü. Bu ekspedisiyada Birləşmiş Krallığın ona gizli şəkildə dəstəyi var idi. Lorenzo del Boka iddia edir ki, Britaniya dəstəyinin əsasında özünün hərbi maraqları durmaqda idi. Çünki onlara Siciliya kükürdünü daha ucuz qiymətə əldə etmək lazım idi. Bu kükürddən silah-sursat hazırlanmaqsında geniş şəkildə istifadə edilirdi.[2]
Casus belli axtarışı
redaktəSardiniya-Piedmont krallığının İki Siciliya krallığına ekspedisiya təşkil edə bilmək üçün əsas casus belliyə ehtiyyacıvar idi. Bu Savoyya sülaləsinə lazım idi, çünki Kavur Burbon sülaləsinə müharibə elan etmək istəmirdi və elə qarşısına qoyulmuş şərtə görə də bunu edə bilməzdi. Şərtlər belə olduğu üçün yeganə çıxış yolu daxildən yarana biləcək üsyan ola bilərdi. Belə olacağı halda Neopol və ətrafında yaşayan əhali hakim sülalədən uzaqlaşar və kral II Fransisk üçün hadisələrin öhdəsindən gəlmək çətinləşərdi. Gənc kralın imzaladığı kütləvi amnistiyadan sonra xeyli sayda aktivist oraya geri dönmüşdü və son on illiklərin də göstərdiyi kimi bölgə siyasi hərəkətlənmələr üçün münbit ərazi idi.[3][4]
Ekspedisiya
redaktəQırmızı köynəklilər
redaktə1860-cı ilin martında sürgündə olan Rosolino Pilo Cüzeppe Haribaldini İtaliyanın cənubunu Burbonların hökmranlığından azad etmək üçün ekspedisiyaya rəhbərlik etməyi tövsiyə etdi. Haribaldi əvvəlcə buna qarşı idi, lakin sonunda razılaşdı. 1860-cı ilin may ayına qədər Haribaldi Siciliyaya ekspedisiyası üçün 1089 könüllü topladı.[5][6]
Könüllülərdən 336-ı müasir İtaliya bölgələrindən gəlmişdi: 156 könüllü Genuyadan,[7] 78 Toskanadan,[8] 45 Siciliyadan,[9] 46 Neapoldan, 11 nəfər isə Roma və ya Papa dövlətindən.[10] Könüllülərin ən çxo olduğu bölgə isə Avstriya Lombardiyası idi. Beləki 434 könüllü Lombardiyadan və 194 könüllü də Venesiyadan gəlmişdi.[8][11] Bundan əlavə olaraq, 33 könüllü də xarici ölkələrdən gəlmişdi. Bu xaricilərdən 14-ü etnik italyan olsa da, Avstriyanın Trentino bölgəsindən ekspedisiyaya qatılmışdılar.[6] Ekspedisiyaya qatılan 4 nəfər macar var idi və onlardan biri dövrünün məşhur hərbçi, memar və sonradan sülh aktivisti olan István Türr idi.[6] Könüllülərin əksəriyyəti orta sinfə mənsub idilər və peşə fəaliyyəti olaraq da əsasən tələbə və ya peşəkar sənətkarlar idilər.[5][8]
1089 könüllü silahlanma baxımından əlverişsiz muşketlərlə silahlanmışdılar və forma kimi boz şalvarla qırmızı köynək geyinmişdilər.[6][12]
5 may gecəsi boyunca Nino Biksionun rəhbərlik etdiyi kiçik qrup Genuyada yerləşən Rubattino gəmiçilik şirkətindən iki gəmi "ələ keçirdi". Əslində isə gəmilər Rubattino tərəfindən könüllü şəkildə verilmişdi. "Ələ keçirilən" gəmilərə l Piemonte və Il Lombardo adları verildi. Quarto dei Mille yaxınlığında içlərində Francesko Krispinin arvadı Rosalia Montmassonun da olduğu könüllülər gəmilərə mindilər.[11]
Schneidə görə, "gəmilərə minməmişdən əvvəl Haribaldi yenidən İtaliya kralı II Viktor Emanuelə olan sədaqətini təzələmiş və Siciliyanı kral üçün fəth etməyə yollandığını bildirmişdir. Həmçinin Haribaldi ilə Viktor Emanueldən çox, Haribaldi ilə Kavur arasında daha çox sövdələşmənin olmasına dair hər bir əlamət var. Haribaldi Siciliya adasında quruya çıxdıqdan sonra Admiral Persanoya ekspedisiyanı dəstəkləmək əmr edildi."[13]
Siciliyaya çıxmaq
redaktəKönüllülərin Siciliyaya yollandıqları gəmilər Britaniya Krallıq Donanması tərəfindən qorunurdu. Mühafizə işlərini görən donanmaya HMS Hannibal, Argus, İntrepid gəmiləri daxil idi və onlara Admiral Rodney Mundy rəhbərlik edirdi. Siciliyanın qərbində yerləşən Marsalaya 11 may tarixində yan alan könüllülər quruya çıxdılar. Bu zaman Britaniya gəmiləri limanda idilər və bu Burbon gəmilərini könüllü gəmilərinə müdaxilə etməkdən çəkindirdi. Quruya çıxma prosesi Francesko Krispinin və digərlərinin gəlişi ilə davam etdi. Krispiyə həvalə edilən tapşırıq yerli insanların dəstəyini qazanmaq idi.
Kalatafimi and Palermo
redaktəKönüllülər ilk qələbələrini Kalatafimi döyüşündə 2 min nəfərlik rəqib ordusu üzərində qazandılar. Bu zaman 15 may idi.
Kalatafimi döyüşü
redaktəKönüllülər döyüşdən cəmi 4 gün əvvəl bölgəyə gəlmiş, Marsalada quruya çıxmışdılar. Onları gətirən Il Piemonte and Il Lombardo gəmilərini qarşılayan yerli əhali arasında Françesko Krispi də var idi.
Quruya çıxdıqdan sonra Haribaldi Salemidən keçməklə birbaşa Palermoya doğru irəliləməyə başladı. Palermodakı rəqib ordusuna komandanlıq edən Paolo Ruffo di Kastelkikala Françesko Landini qərbə, Meçeli cənuba göndərdi və Haribaldini önləmək istədi. Landinin komandanlığı altındakı bölməyə 2700 döyüşçü daxil idi. Bu 3 taborluq orduya yüngül silahlı süvarilər və 4 top da daxil idi. Haribaldinin rəhbərliyi altında isə 2 min nəfərlik ordu var idi. Buraya Cüzeppe La Mesa və Rosalino Pilo tərəfindən toplanmış tabor da daxil idi. Haribaldi düşməninin cəmləşdiyi təpəyə hücum etməyi planlayırdı.[14][15][16]
Döyüş 13:30-da başladı və 3 saat sonra Landinin döyüşçülərinin geri çəkilməsi ilə sonlandı. Döyüş nəticəsində heç bir tərəf qəti qələbə qazanmasa da, könüllülərin həvəslənməsinə səbəb olduğu halda, neopolitanlıların ruhdan düşməsinə yol açdı. Bunun səbəblərindən biri də əksərən korrupsiyaya batmış zabitlər tərəfindən pis şəkildə idarə edilən neopolitanlıların özlərini tərk edilmiş hiss etmələri idi. Döyüş zamanı Haribaldi özünün məşhur ifadəsini səsləndirmişdir. Bu ifadə italyanca "Qui si fa l'Italia o si muore" olaraq səslənir və tərcüməsi "biz burada İtaliyanı düzəldirik ya da ölürük" kimi edilir. Döyüşdə ekspedisiya ordusundan 32 nəfər ölərkən 160-182 nəfər yaralandı. Neapol ordusunda isə 36 nəfər ölərkən, 148 nəfər yaralandı. Haribaldi ordusu rəqibin bir topunu da ələ keçirməyi bacarmışdı.[17][18][19]
17 mayda bu döyüşdəki uğurdan sonra öz yürüşünü davam etdirən Haribaldi Palermoya doğru irəlilədi. Xalq üsyanının da yardımı ilə 27 may tarixində Haribaldi Palermonu mühasirəyə aldı. Bu şəhər adanın paytaxtı hesab edilirdi.
Palermonun mühasirəsi
redaktəBu döyüşdə cəmi 750 qırmızı köynəkli iştirak etsə də, Haribaldiyə 3 min nəfərdən ibarət siciliyalı könüllü gerillalar da yardım edirdi. Onlar picciotti deyə adlandırılırlar.[20] Palermonun müdafiəsi ilə 18-22 min nəfərlik Burbon ordusu məşğul olurdu, lakin onların komandanı olan general Ferdinando Lanza çox yaşlı idi və şəhərin daxilində vəziyyət ürəkaçan səviyyədə deyildi.[21][20][22] Şəhərdə yaşayan təxminən 180 min nəfərlik insandan xeylisi toplanmış və Haribaldini dəstəkləmişdi.[21] Döyüşlərin ilk günündə Burnon ordusunun bölmələri bir neçə mühüm mövqedən geri çəkildilər. Bundan sonra Lanza şəhərin Haribaldi tərəfindən ələ keçirilmiş hissəsinin bombardman edilməsi üçün əmr verdi. Bombardman zamanı 600 nəfər mülki insan həyatını itirdi.[21]
Artıq 28 may tarixində Haribaldi Palermonun böyük bir hissəsini ələ keçirməyi bacarmışdı. O, növbəti gün burbonların əks-hücumunu dəf etməyi bacardı.[21] Lakin bir müddət sonra yaxşı təlim görmüş iki taborluq muzdlu bavariyalı döyüşçünün Burbonlar tərəfindən döyüşə salınması vəziyyəti dəyişdi. Bu zaman könüllülərin demək olar ki, silah-sursatı bitmək üzrə idi.[21] Lakin buna baxmayaraq, Lanza 30 may tarixində şəhəri təslim etdi. Haribaldi oğlu Menottini Burbon qarnizonunu təslim almağa göndərdi[23] və tərəflər arasında atəşkəs razılaşması britaniyalı admiral Rodney Mundynin vasitəçiliyi ilə imzalandı.[21] Nəhayət 6 iyun tarixində əldə edilmiş razılığa görə 22 minlik Burbon ordusu 19 iyun tarixindən etibarən dənizə doğru geri çəkilməli idi.[24][21]
7 iyul tarixində Haribaldi özünü II Viktor Emanuelin lehinə Siciliyanın diktatoru elan etdi. O, özü ilə birlikdə gəlmiş ekspedisiya üzvlərini Cənubi İtaliya ordusuna birləşdirdi. Bundan bir qədər sonra Giakomo Mediçinin yardım ordusu, silah-sursat ilə birlikdə onun yanına gəldi. Bundan sonra Haribaldi Mediçiyə Messinaya doğru hücum etməyi əmr etdi, eyni zamanda Kosenzə də Kataniyaya irəliləmək tapşırıldı. Eyni zamanda da Siciliyadan daha çox qeyri-nizami dəstələr toplandı. Cavab tədbiri olaraq II Fransisk Messina və Sirakuzdakı qarnizonlarını gücləndirdi.[25]
-
Palermonun general Lanza tərəfindən bombardmanı.
-
Qırmızı köynəklilər Admiral körpüsünü keçərkən.
-
Haribaldinin könüllüləri Porta Felice yaxınlığında vuruşarkən.
-
Mühasirədən sonra Palazzo Karininin xarabalıqları.
-
General István Türrün Palermonun Kassaro bölgəsindəki barrikadası.
-
1860-cı ilin iyununda Kastello a Mare qalasında həbsdə saxlanılan siyasi məhbusların azadlığa buraxılması.
-
Palermo ələ keçirildikdən sonra Haribaldi Fontana Pretoriada.
Neopolitanların geri çəkilməsi və Milazzo döyüşü
redaktəBurbon ordusuna şərqə doğru geri çəkilmək və adanı boşaltmaq əmr edildi. Bu zaman 31 may tarixində Kataniyada üsyan başladı. Nikola Fabrizi tərəfindən rəhbərlik edilən üsyan ordu tərəfindən yatırıldı, lakin orduya Messinaya doğru geri çəkilmək əmr edildiyi üçün üsyanın yatırılması heç bir taktiki uğura yol açmadı.
Bu zaman Siciliyada yalnız Sirakuz, Auqusta, Milazzo və Messina Burbon ordusunun nəzarətində qalmışdı. Haribaldi özünün ilk qanunu versə də, 20 minlik ordu toplaya bilmədi, həmçinin bu zamana qədər torpaq sahibləri tərəfindən ağır vergilərdən əziyyət çəkən və Haribaldi qələbə qazanan kimi bunlardan qurtulacağını düşünən xalq belə olmadıqda üsyana qalxdı. Belə üsyanlardan biri Haribaldinin yaxın dostu Nino Biksio tərəfindən ağır bir şəkildə yatırıldı.
Haribaldinin sürətli qələbələri Kavuru da narahat edirdi və o, iyulun əvvəlində göndərdiyi məktubda dərhal Siciliyanın Piedmonta ilhaq edilməsini tələb edirdi. Haribaldi isə indi bunun zamanı olmadığı, ilhaq üçün əməliyyatın sonunu gözləməyin lazım gəldiyini bildirərək buna şiddətlə qarşı çıxırdı. Beləliklə, Kavurun ekspedisiyadakı nümayəndəsi olan La Farina həbs edildi və adadan sürgün edildi. Onun yerinə daha uyğun şəxs hesab edilən Aqostino Depretis təyin edildi. O, Haribaldinin güvənini qazandı və pro-diktator, yəni Haribaldinin köməkçisi təyin edildi.
25 iyun 1860-cı ildə İki Siciliya kralı II Fransisk konstitusiyanın qüvvəyə mindiyini elan etdi, lakin bu addım gec atılmış bir addım idi. Kral Konstitusiyaya imza atmaqla mötədillərin dəstəyini qazanacağını düşünürdü, lakin artıq həm mötədillər, həm də inqilabçılar Haribaldi ordusunun gəlişini arzulamaqda idilər.
20 iyulda Haribaldi 4 min nəfərlik ordunu Mediçi və Kosenzin rəhbərliyi altında Milazzo hücumuna göndərdi. Milazzodakı Burbon ordusuna Bosko rəhbərlik edirdi və 4.5 min nəfərlik orduya sahib idi.
Milazzo döyüşü
redaktəMilazzo döyüşü 17-24 iyul 1860-cı il tarixlərində baş verdi. Əsas döyüş 20 iyul tarixində erkən saatlarda başladı. Əsas döyüşün getdiyi yer kiçik yarımadada yerləşən qalanın kənarı idi. Qala kənarında könüllülərin hücumuna davam gətirə bilməyən Bosko sonunda qalaya girməyə məcbur oldu. 21 iyul tarixində Haribaldinin Türkorisi qalanı bombardman etməyə başladı və bunu Admiral Karlo Pellion di Persanonun piedmontlu taborunun yardıma gəlməsi izlədi. 1 avqust tarixində Bosko təslim oldu və gəmi vasitəsiylə Klarinin komandanlıq etdiyi Messinadakı Real Cittadella qalasına aparıldı. Bu qala da tezliklə mühasirəyə alınacaqdı.[26]
Scheidə görə, artıq Siciliyanın sahibi olan və 40 mindən çox orduya komandanlıq edən Haribaldi Messin boğazını keçməyə hazırlaşırdı.[27]
Kalabriyanın ələ keçirilməsi
redaktə19 avqust tarixində Haribaldinin döyüşçüləri gəmilərlə Kalabriyaya gəldilər. Bu addım Kavurun istəklərinin ziddinə idi. O, Haribaldiyə məktub yazaraq qəti şəkildə boğazı keçməməyi tələb etmişdi. Lakin Haribaldi buna əməl etmədi və kral II Viktor Emanuelin səssiz razılığı ilə boğazı keçdi. Schneidin sözlərinə görə, Qaribaldinin Messina boğazını keçməsi və Papa dövlətlərinin işğalı təsadüfdən daha artıq idi. Burbonların Kalabriyada təxminən 20.000 adamı var idi, lakin 21 Avqustda Biksio tərəfindən ağır itki verilərək fəth edilən Reggio Calabria kimi bəzi istisnalardan başqa, Burbon ordusunun çoxsaylı bölmələri kortəbii şəkildə dağıldığı və ya hətta Haribaldinin ordusuna qoşulduğu üçün əhəmiyyətsiz müqavimət göstərdilər. 30 avqust tarixində general Ghionun başçılıq etdiyi gözə çarpan Siciliya ordusu Soveria Mannellidə rəsmi olaraq dağıdıldı, yalnız kiçik və dağınıq birliklər döyüşü davam etdirdilər. Neapolitan donanması da eyni şəkildə davranırdı.[28]
Son
redaktə6 sentyabr tarixində II Fransisk Neopoldan Qaeta şəhərinə qaçdı və öz ordusunu Volturno çayına tərəf yönəltdi. Neopolu ələ keçirən Haribaldi 11 sentyabrda Papa dövlətinin ərazisinə daxil oldu.[28]
11 sentyabrda Kavur da Papalıq ərazisinin işğalına başladı və general Manfredo Fantini vəzifələndirdi. Lamorsiere tərəfindən komandanlıq edilən papalıq ordusunun müqavimət göstərə biləcəyi şübhəli idi. Papa IV Piy Fransa kralı III Napoleonun və ya Avstriya-Macarıstan imperatoru Frans İosifin köməyə gələcəyinə ümid edirdi, lakin bu ümidlər reallaşmadı. Haribaldinin köməkçilərindən Cialdini IV korpusla Pesaronu, Enriko Morozzo Della Rokka V korpusla Perugiyaya hücum etdi, Persano isə Ankonanı mühasirəyə almışdı. 18 sentyabrda iki ordu Kastelfidardo döyüşündə üz-üzə gəldilər.[29]
Kastelfidardo döyüşü
redaktəPapalıq ordusu əksərən bir çox Avropa ölkəsindən olan könüllülərdən təşkil edilmişdi. Fransadan və Belçikadan olanlar Fransız-Belçikalı taboru təşkil etmişdilər. Fransadan olanların içində əksəriyyəti ölkənin qərbindən olanlar təşkil edirdi. Hətta döyüşdən sonra ölən və yaralananların siyahısı hazırlanan zaman haribaldiçi komandan Enriko Cialdini qara yomorla bu sözləri demişdi:
Siz düşünə bilərsiniz ki, bu XIV Lüdovik tərəfindən təşkil edilən ball mərasiminə dəvət edilənlərin siyahısıdır.
Papalığın köməyinə Avstriya və İrlandiyadan da könüllü dəstələr gəlmişdi. Döyüşdə Haribaldi tərəfdarlarının sayı 39 min nəfər ikən papalıq tərəfdarlarının sayı təxminən 10 min nəfər idi. Döyüş italyan millətçilərinin qələbəsi ilə nəticələndi. Marke və Umbriya millətçilərin əlinə keçdi və papalıq dövlətinin ərazisi müasir Latsiyo bölgəsinə qədər kiçildi.[30] Döyüşün xatirəsini yad etmək üçün 1860-cı illərdə italyanlar tərəfindən Kastelfidardo adı döyüş gəmisinə verilmiş və 26-cı Bersaglieri Batalyonu "Castelfidardo" abidələri ucaldılmışdır.[31][32]
Volturno döyüşü
redaktəII Fransisk Qaetaya keçdikdən sonra Neopolitan ordusunun sağ qalmış hissələri marşal Giosue Ritucci komandanlığında toplandı. İki ordu arasında ilk toqquşmalar 26-29 sentyabr tarixlərində baş verdi.
30 sentyabr tarixində Neopolitan və ya Burbon ordusu Volturno çayını Triflisko yaxınlığında keçdilər və Santa Mariya a Volognoya doğru irəliləməyə başladılar. Lakin onların qarşısı iki haribaldiçi və ya millətçi taboru tərəfindən kəsildi. Növbəti gün Ritucci cəbhə boyunca Haribaldi qüvvələrinin mərkəzinə hücum etmək qərarına gəldi. Qələbə qazandıqdan sonra Ritucci Kasertaya, daha sonra da Neopola çatdı.[33]
Haribaldi Neapolitan ordusunu Kapuaya qarşı saxlayaraq Volturno çayını keçmək istəyirdi, bununla da Kral II Fransiskin Qaetaya çatmasına mane olmaq hədəflənirdi. Bununla belə, Neapolitan ordusu Haribaldini Kapua qüvvələri ilə Dugentadakı Mechel və Ruia arasında ikiqat əhatə etməyə cəhd etdi.
1 oktyabr tarixində napolili general Anfan de Rivera Giakomo Medici bölmələrinə Sant Angeloda və Tabacchidə hücum etdi. Ruggeri isə Milbizin komandanlıq etdiyi dəstəyə Mariya ərazisində, Mechel isə Nino Biksio dəstələrinə Maddalonidə hücum etdi. Haribaldi Milbizə və Mediciyə yardım dəstələri göndərdi. Günorta saatlarında Medici və Milbiz əks-hücuma keçdilər və rəqiblərini Kapuaya doğru geri çəkilməyə məcbur etdilər. Mechel də geri çəkilməyə məcbur oldu. Döyüş Haribaldi qüvvələrinin qələbəsi ilə nəticələnmişdi. Döyüşdə millətçilər 306 ölü və 1327 yaralı vermişdilərsə, rəqib tərəfdə demək olar ki, 1000 nəfər ölmüş və ya yaralanmış, 2 min nəfər əsir düşmüşdü. Haribaldi itkilərə görə Piedmontdan yeni qüvvələr göndərilməsini tələb etdi. Kral II Fransisk bu fürsətdən istifadə edərək cəld hücum etməyi təklif etsə də, generalları ordunun yenidən təşkil edilməsi gərəkdiyini bildirərək onu bu fikrindən daşındırdılar. Beləliklə, o, Kapuadan Qaetaya getdi və taxtını geri ala bilmədi. Tezliklə Piedmontdan əlavə qüvvələr gəldi. Haribaldi qüvvələrinin qarşısında duran yeni hədəf Qaeta idi.[33][34][20]
Qaetanın mühasirəsi
redaktəMühasirənin başlanma tarixi olaraq müxtəlif rəqəmlər göstərilir. Bu tarixlər 5 noyabrdan 12 noyabra qədər dəyişməkdədir. Mühasirə zamanı Cialdini öz qərərgahını Kastellonedə qurmuşdu, bu yer indi Formia şəhərində yerləşməkdədir.
Mühasirədəkilərin vəziyyəti çox çətin idi. Siciliya krallığı ordusunun nə geyimi, nə də kifayət qədər ərzaqı yox idi. 18 noyabrda şəhərin bombardmanı dayandırıldı və şəhərdəki mülki əhaliyə şəhəri tərk etmə imkanı verildi.
Lakin mühasirədəkilərin əhvalı krellığın azsaylı nüfuzlu generallarından olan Ferdinando Beneventano del Boskonun gəlişindən sonra xeyli yüksəldi. Bundan sonra qaladakıların iki əks-hücum cəhdləri olsa da, bunlar nəticəsiz qaldı.
8 dekabr tarixində II Fransisk bütün təbəələrinə daha geniş azadlıqlar vəd edən açıqlama etdi və onları işğalçılara qarşı mübarizə aparmağa səslədi. Elə həmin gün Cialdiniyə Kamillo Kavur tərəfindən atəşi durdurmaq əmr edildi. Britaniya tərəfindən müdafiə edilən Kavur fransız kralı III Napoleonu öz donanmasını geri çağırmağa inandıra bilmiş, 11 dekabrda II Fransiskə yazdığı məktubda onu Qaetanı tərk etməyə çağırmışdı. Lakin kral bunu rədd edərək III Napoleondan donanmasını geri çağırmamağı, heç olmasa krallığın və tacın hərbi şərəfini qurtarmağı istədi.[35]
Döyüşlər 13 dekabrda yenidən başladı. Bu zaman şəhərdə tifus yayılmağa başlamışdı. Bundan bir qədər əvvəl II Fransiskin döyüş adyutantı da vurulmuş və vəfat etmişdi. 15 dekabrda sardiniyalıların Tortano təpəsindən şəhəri bombardman etməsi də xeyli sayda insanın ölümünə səbəb oldu. 27 dekabrda şəhərin müdafiəçilərinə yeni təslim şərtləri göndərildi. Sülhə alternativ olaraq 15 günlük atəşkəs də təklif edilmiş, lakin bütün təklflər rədd edilmişdi. Sonra bombardman yenidən başladı və 7 yanvarda özünün ən güclü halını aldı.
9 yanvarda III Napoleonun vasitəçiliyi ilə 10 günlük atəşkəs elan edildi. Atəşkəsin bitməsindən sonra xarici gəmilər Qaetanın limanını tərk etdi və bu vaxta qədər hərəkətsiz qalan Sardiniya və ya bundan sonra İtaliya gəmiləri limanı blokadaya aldılar. Qaladakıların vəziyyəti getdikcə pisləşirdi. 5 fevral günü sursat anbarının vurulması nəticəsində böyük bir partlayış meydana çıxdı, mülkilərdən və döyüşçülərdən xeyli sayda insan tələf oldu. Həmin gecə yaralıların qurtarılması üçün atəşkəs elan edildi. 10 fevral tarixində II Fransiskin arvadı Mariya Sofiya III Napoleonun arvadından məktub aldı. Məktubda mühasirənin tacın şərəfini qurtarmaq üçün yetəri qədər uzandığını bildirdi. Bir qədər sonra II Fransisk təslim olmaq qərarına gəldi və danışıqlara başladı. Lakin Cialdini danışıqlar zamanı bombardmanı durdurmağı rədd etdi. 13 fevralda təslim şərtləri müəyyən edildi və imzalandı. Beləliklə, sonuncu atəş 18:15-də atıldı.[36]
Elə həmin gün ilk sardiniyalı döyüşçülər şəhərə daxil oldular. Bu zaman II Fransisk və Mariya Sofiya qaliblərə onlara sona qədər sadiq qalmış döyüşçülərin alqışları altında təslim oldular. 20 mart 1861-ci ildə sonuncu müqavimət ocağı olan Civitella del Trontonun təslim olması ilə birlikdə İki Siciliya krallığı rəsmi olaraq sona çatdı.
Mühariə zamanı mühasirədə olanlardan 829 nəfər ölmüş, 2000 nəfər də yaralanmışdı. İki yüz mülki sakin mühasirə zamanı həyatını itirmişdi. Sardiniyalılarda isə 46 nəfər ölmüş, 321 nəfər yaralanmışdı. General Enriko Cialdini mühasirə zamanı göstərdiyi igidliyə görə II Viktor Emanuel tərəfindən hersoq elan edildi. O, yeni yaradılmış Qaeta hersoqluğunun hersoqu oldu.[37]
Nəticə
redaktə21 oktyabr tarixində referendum keçirildi və İki Siciliya krallığının Sardiniya krallığına ilhaq edilməsi qəbul edildi.
Ekspedisiyanın sonunda Kampaniyanın şimalında Teano bölgəsində kral II Viktor Emanuellə Haribaldi arasında 26 oktyabr 1860-cı ildə məşhur görüş keçirildi. Bəziləri ekspedisiyanın sonu kimi Viktor Emanuelin 7 noyabr tarixində Neapola giriş tarixi ilə götürürlər.
Bu zaman hərbi əməliyyatlar tam olaraq bitməmişdi, çünki II Fransisk Qaetada müqavimət göstərməklə məşğul idi və onun bu müqaviməti növbəti ilin fevralına qədər davam edəcəkdi. Sonda bu ordu Enriko Cialdiniyə təslim oldu. II Fransisk Romaya sürgün edildi. 1861-ci ilin martında İtaliya krallığının yaradılması rəsmi olaraq elan edildi.
Haribaldi kraldan bir il müddətinə diktator kimi keçmiş İki Siciliya krallığı ərazisində qalmasını, ekspedisiya ordusundakı əsgər və zabitlərin İtaliya ordusuna keçirilməsini xahiş etdi. Emanuel onun diktator olma istəyini rədd etsə də, ikinci xahişini yerinə yetirib Kapreraya geri döndü.
-
Haribaldi 21 avqust 1860-cı ildə Reggio Kalabriyanı ələ keçirir.
-
Haribaldi 7 sentyabr 1860-cı ildə at üzərində Neapola daxil olarkən.
-
1 oktyabr 1860-cı ildə baş vermiş Volturnus döyüşü.
-
26 oktyabr 1860-cı ildə Teanoda Haribaldi ilə II Viktor Emanuel arasında baş vermiş döyüş.
Mirası
redaktəMin nəfərin eskpedisiyası ənənəvi olaraq İtalyan Risorcimentosunda və ya İtaliyanın birləşdirilməsində ən məşhur hadisələrdən biri hesab edilir.
Növbəti illərdə yerli əhalinin müqavimətinin ( brigantaggiolar və ya brigandagelər) artmasına görə İtaliya krallığı bölgədə 140 min nəfərlik ordu saxlamağa məcbur olmuşdur. Ənənəvi olaraq brigantaggiolar, Haribaldi və onun ardıcıllarına aid edilən qəhrəmanlıqdan tamamilə fərqli olaraq, italyan tarixçiləri tərəfindən mənfi mühakimə edilmişdir; məsələn, ingilis tarixçisi Denis Mack Smith 1861-1946-cı illər üçün mövcud olan mənbələrin çatışmazlıqlarını və susqunluğunu qeyd edir, lakin eyni tarixçi birləşmə zamanı İki Siciliya Krallığının geridə qalmasına da diqqət çəkir.
Ekspedisiya zamanı İtaliyanın cənubundakı böyük torpaq sahibləri Haribaldini dəstəkləmişdilər. Onlara bu dəstək qarşılığında gələcək siyasi sistem çərçivəsində torpaqlarının toxunulmaz qalacağının təminatı verilmişdi. Halbuki ekspedisiya ordusuna qatılan minlərlə kəndli bu ordunun qələbə qazanacağı halda torpaqların yenidən paylaşdırılacağına ümid edirdi.
İstinadlar
redaktə- ↑ Duggan, 2000
- ↑ 1 2 Del Boca, 1998. səh. 61
- ↑ Di Fiore, 2004. səh. 99
- ↑ de' Sivo, 2009. səh. 331
- ↑ 1 2 Bouchard, 2005
- ↑ 1 2 3 4 Trevelyan, 1912
- ↑ The Conradian. United Kingdom: Joseph Conrad Society
- ↑ 1 2 3 Richter, 2011
- ↑ Gelso, 2009
- ↑ Ridley, 1976
- ↑ 1 2 Riall, 2017
- ↑ Chambers, 1864
- ↑ Schneid, 2012. səh. 58-62
- ↑ Riall, 2017. səh. 71
- ↑ Hartwig, 1869. səh. 71
- ↑ Rüstow, 1867. səh. 71
- ↑ Esercito, 1982. səh. 71
- ↑ Revue, 1900. səh. 71
- ↑ Forbes, 1861
- ↑ 1 2 3 Clodfelter, 2017. səh. 182
- ↑ 1 2 3 4 5 6 7 Tucker, 2015. səh. 339
- ↑ Coppa, 2014
- ↑ Bourne, 2014. səh. 70
- ↑ Schneid, 2012. səh. 62–63
- ↑ Schneid, 2012. səh. 63
- ↑ Cesari, 1928
- ↑ Schneid, 2012. səh. 63–64
- ↑ 1 2 Schneid, 2012. səh. 65
- ↑ Schneid, 2012. səh. 65–67
- ↑ Rickard, 2013
- ↑ dell'Uomo və Puletti, 1998. səh. 414
- ↑ Fraccaroli. səh. 339
- ↑ 1 2 Schneid, 2012. səh. 67–70
- ↑ Mundy, 1863. səh. 251
- ↑ Nisco, 1888. səh. 21
- ↑ Quandel, 1863. səh. 332
- ↑ Steed, H. Wickham. "Cialdini, Enrico". 1911. 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2023.
Mənbə
redaktə- Christopher Duggan. Creare la nazione. Vita di Francesco Crispi. Laterza. 2000.
- Lorenzo Del Boca. Maledetti Savoia. Edizioni PIEMME SpA. 1998. ISBN 88-384-3142-6.
- Gigi Di Fiore. I vinti del Risorgimento. Torino: Utet. 2004.
- Giacinto de' Sivo. Storia delle Due Sicilie 1847–1861. Edizioni Trabant. 2009.
- Norma Bouchard. Risorgimento in Modern Italian Culture. Cranbury. 2005.
- George Macaulay Trevelyan. Garibaldi and the Thousand. London: Longmans, Green, and co. 1912.
- Ronald Richter. Garibaldi's "Zug der Tausend" in der Darstellung der deutschen Presse. Frankfurt. 2011.
- Aldo Gelso. Events in Sicily. USA. 2009.
- Jasper Godwin Ridley. Garibaldi. New York. 1976. ISBN 9780670335480.
- Lucy Riall. Garibaldi: Invention of a Hero. Yale University Press. 2007.
- Frederick Schneid. The Second War of Italian Unification 1859-61. Oxford: Osprey Publishing. 2012. ISBN 9781849087872.
- Osborne William Chambers. Garibaldi and Italian Unity. London: Smith Elder and co. 1864.
- Lucy Riall. Sicily and the Unification of Italy: Liberal Policy and Local Power, 1859–1866. Clarendon Press. 1998. ISBN 9780191542619.
- Denis Mack Smith. Italy and Its Monarchy. Yale University Press. 1992. ISBN 0274734389.
- Spencer C. Tucker. Wars That Changed History: 50 of the World's Greatest Conflicts. ABC-CLIO. 2015. ISBN 9781610697866.
- Micheal Clodfelter. Warfare and Armed Conflicts: A Statistical Encyclopedia of Casualty and Other Figures, 1492-2015. McFarland. 2017. ISBN 9781476625850.
- Frank J. Coppa. The Origins of the Italian Wars of Independence. Routledge. 2014. ISBN 9781317900436.
- Richard Bourne. Garibaldi in South America: An Exploration. Oxford University Press. 2020.
- Wilhelm Rüstow. Die Feldherrnkunst des neunzehnten Jahrhunderts. Zurich. 1867.
- Otto Hartwig. Aus Sicilien. II. Kassel. 1869.
- Esercito. Corpo di stato maggiore - Il Generale Giuseppe Garibaldi. Rome: Ufficio storico. 1982.
- Deutsche Revue. XXV. Deutschland. 1900.
- Cesare Cesari. La campagna di Garibaldi nell'Italia Meridionale. Rome: Libreria dello Stato. 1928.
- Aldo Fraccaroli. Italy. London: Conway Maritime Press. In Gardiner, Robert (ed.). Conway's All the World's Fighting Ships: 1860–1905. 1979. ISBN 978-0-85177-133-5.
- J. Rickard. Battle of Castelfidardo, 18 September 1860. Military History Encyclopedia on the Web. 2013.
- F. dell'Uomo və R. Puletti. L'Esercito Italiano verso il 2000. I. Rome: Ufficio Storico. 1998.
- George Rodney Mundy. H.M.S. 'Hannibal' at Palermo and Naples. London. 1863.
- Niccola Nisco. L'assedio di Gaeta, 1860-1861: conferenza al Circolo filologico. A. Morano. 1888.
- Pietro Quandel. Giornale della Difesa di Gaeta - da Novembre 1860 a Febbraio 1861. Roma: Angelo Placidì. 1863.