Milli Cebhe Malayziya - Wikipedia
Milli Cəbhə - Malayziyada Hakim koalisiyalı partiya.
Yaranması və fəaliyyəti
redaktəMilli Cəbhə 1970-ci ildə İttifaq partiyasının bazası əsasında yaradılmışdır. İttifaq partiyasının əsasını da Malayziyanın 3 əsas milli icması (Birləşmiş Malay Milli Təşkilatı - BMMT, Malayziyanın Çin Assosiasiyası - MÇA, Malayziyanın Hindistan Konqresi [1]. - MHK təşkil edirdi.
1970-ci ildə Cəbhəyə Saravaka Birləşmiş Xalq Partiyası, 1972-ci ildə Malayziya Xalq Hərəkatı Partiyası (Qerakan) və Xalq-Tərəqqi Partiyası, 1973-cü ildə Panmalayziya İslam Partiyası (1977-ci ildə Milli Cəbhədən xaric edilmişdir) daxil olmuşdur. 1974-cü ildə bu təşkilat rəsmi şəkildə Milli Cəbhə adlandırılmışdır. Hazırda Milli Cəbhənin tərkibində 13 partiya vardır [2]
2008-ci ilədək Milli Cəbhə parlament seşkilərində asan qələbələr qazanmışdır. 2008-ci ildə Milli Cəbhə ilk dəfə müxalifətdə olan Xalq blokunun şəxsində güclü bir rəqiblə toqquşdu. Cəbhə nəinki parlamentdə üstünlüyünü (səslərin 2/3 hissəsini) itirdi, həm də müxalifətin öz hökumətini təşkil etdiyi 4 ştat üzərində nəzarəti itirdi. Bu meyl 2013-cü il seçkilərində də davam etdi. Milli Cəbhə parlament üzərində nəzarətini saxlamağa və federal hakimiyyət təşkil etməyə müvəffəq olsa da, o, parlamentdə yeddi yer itirdi və ümumilikdə ölkə əhalisinin yalnız 48 faizinin səsini ala bildi [3].
İştirakçı partiyalar
redaktə- Birləşmiş Malay Milli Təşkilatı (BMMT),
- Malayziyanın Çin Assosiasiyası (MÇA)
- Malayziyanın Hindistan Konqresiyası (MHK)
- Malaayziya Xalq Hərəkatı (MXH)
- Xalq-Tərəqqi Partiyası
- Saravaka Birləşmiş Partiyası
- Saravaka Birləşmiş Xalq Partiyası
- Sabaxa Liberal-Demokratik Partiyası
- Pesaka Bumiputra Birləşmiş Partiyası
- Sabaxa Birləşmiş Xalq Partiyası (SBXP)
- Sabaka demokratik Tərəqqi Partiyası
- Pasokmomoqun kadaxandusun murut Birləşmiş Təşkilatı
- Saravaka Milli Partiyası
Həmçinin bax
redaktəMənbə
redaktə- Chok, Suat Ling (4 October 2005). "MPs in the dock". New Straits Times, p. 1, 6.
- Chin, James. 2002. Malaysia: The Barisan National Supremacy. In David Newman & John Fuh-sheng Hsieh (eds), How Asia Votes, pp. 210–233. New York: Chatham House, Seven Bridges Press. ISBN 1-889119-41-5.
- Pillai, M.G.G. (3 November 2005). "National Front parties were not formed to fight for Malaysian independence" Arxivləşdirilib 2007-06-16 at the Wayback Machine. Malaysia Not Today
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Keat Gin Ooi, redaktorSoutheast Asia: A Historical Encyclopedia, from Angkor Wat to East Timor, Volume 1. ABC-CLIO. 2004. 138–139. ISBN 979-1576077701. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
- ↑ Погадаев, В. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. М.:"Восточная книга", 2012, с. 94
- ↑ .В. А. Погадаев. Всеобщие выборы в Малайзии: новый мандат Национального фронта. — «Азия и Африка сегодня», № 7, 2013, с. 26