Milli Azerbaycan Tarixi Muzeyinin Numizmatika Fondu - Wikipedia
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu — Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika Elmi Fond Şöbəsinin tərkibində numizmatik materialların toplanması, qorunması, sistemləşdirilməsi, tədqiqi və təbliği məqsədilə fəaliyyət göstərən vahid numizmatik mərkəz[1]
Yaranması tarixi
redaktə1920-ci ildə Yevgeni Aleksandroviç Paxomovun (1880–1965) gərgin əməyi sayəsində Azərbaycan Tarixi Muzeyinin "Arxeologiya, tarix və etnoqrafiya"şöbəsinin tərkibində yaradılan Numizmatika kabineti (az sonra Numizmatika fondu) çox keçmədən Tarix Muzeyinin ən zəngin fonduna çevrilmişdir. Yaradıldığı ilk illərdə cəmi 103, 1928-ci il məlumatına görə 4734–1939-cu ilə görə 1 6728 sikkədən ibarət kolleksiyaya malik olan bu fond indi respublikada 100 000-dək sikkənin saxlanıldığı, tədqiq və təbliğ olunduğu vahid numizmatik mərkəzdir.[2]
Fonddakı materiallar
redaktəFond sikkələrinin əsas hissəsini Azərbaycan Respublikası ərazisində tapılmışvə zərb edilmiş sikkələr təşkil edir. Bunların sırasında Azərbaycanın feodaldövlətləri – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycanatabəyləri, Qaraqoyunlular, Ağqoyunlular , Səfəvilər və Azərbaycan xanlıqlarınaməxsus sikkələr xüsusi önəm daşıyır. Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədimYunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, ellinist dövlətlərin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Qacarlar, Baburilər və b. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan, eləcə də, demək olar ki, bütün dünya ölkələrini(Qərbi Avropa, Rusiya, Hindistan, Çin və b.) təmsil edən kolleksiyalar mövcuddur. Azərbaycan numizmatikasının bir elm kimi təşəkkülü və sonrakı uğurları Numizmatika fondunun təsisçisi və Yevgeni Paxomovun fəaliyyəti ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilmiş, qeydə alınmış, sayı artırılmış, tədqiq və nəşr olunmuşdur.
Fondun elmi fəaliyyəti
redaktəAzərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri", "Gürcüstan sikkələri","Azərbaycan sikkələri " əsərləri Y. Paxomov qələminin məhsuludur. 1968-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə muzeydə "Numizmatika və epiqrafika " şöbəsi yaradılmış və Y. Paxomovun davamçısı Əli Məhəmməd oğlu Rəcəbli şöbənin və numizmatika fondunun müdiri təyinedilmişdir. professor Əli Rəcəblinin 100-dən artıq məqalələri fond materialına əsasən işlənilmişdir. 50 ildən artıq müxtəlif tədris müəssisələrində pedaqoji fəaliyyət göstərməklə yanaşı elmi uğurları olan, müxtəlif təltiflərə malik bu alimin rəhbərliyi ilə üç namizədlik dissertasiyası müdafiə edilmişdir. Alimin yetirmələri olan t.ü.e.f.d., dosent Sənubər Qasımova və t.ü.f.d. Aygün Məmmədova hazırda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları qismində fəaliyyət göstərirlər. Ötən əsrin tədqiqatçıları (A. Rəhimov, K. Qolenko, S. Mustafayeva, İ. Babayev, L. Əzimova, N. Sinitsina) əsərləri Numizmatika Fondu materiallarına istinadən işlənilmişdir. Azərbaycanda müdafiəyə təqdim edilmiş- Q. Pirquliyeva, A. Quliyev, T. Quliyev, S. Qasımova, A. Məmmədova və d. namizədlik dissertasiya işləri və məqalələrində Numizmatika Fondu materialları əks edilmişdir. 1998-ci ildən Numizmatika fondundan qeyri—məskukat materialları (möhürlər, ordenlər, medallar, markalar, şəxsi təltiflər və s.) seçilərək ayrılmış və Köməkçi Tarixi Fənn Materialları fondu yaradılmışdır. Hazırda Numizmatika Fondu və "Numizmatika və epiqrafika" elmi-fond şöbəsinin əməkdaşlarının səyi ilə fondda saxlanılan sikkələrin elektron pasport—proqrama qeyd edilməsi, tədqiqi və təbliği işi davam etdirilir. Numizmatika Fondunun baş mühafizi Zümrüd Ələsgərova, "Numizmatika vəepiqrafika" elmi fond şöbəsinin müdiri — t.ü.e.d., professor Əli Rəcəblidir
Fondun elmi nəşrləri
redaktəT.ü.e.d., professor Əli Rəcəblinin "Azərbaycan numizmatikası (Azərbaycanda sikkə zərbi tarixi və pul dövriyyəsi)", Bakı,(1997)
"Azərbaycan sikkələri" , Bakı, (2012),
"Səfəvilər dövlətinin məskukat işi", Bakı, (2014),
"Şirvanşahlar dövlətində sikkə zərbi"(2015),
"Qafqaz pulları" , Bakı,(2016)
"Sikkə və dövlətçilik" , Bakı,(2017)
"Qaraqoyunlu və Ağqoyunlu sikkələri", Bakı, (2019)
Fond materialları ilə işləyən tədqiqatçılar
redaktəÖtən əsrin tədqiqatçıları (A. Rəhimov, K. Qolenko, S. Mustafayeva, İ. Babayev, L. Əzimova, N. Sinitsina) əsərləri Numizmatika Fondu materiallarına istinadən işlənilmişdir. Azərbaycanda müdafiəyə təqdim edilmiş- Q. Pirquliyeva, A. Quliyev, T. Quliyev, S. Qasımova, A. Məmmədova və d. namizədlik dissertasiya işləri və məqalələrində Numizmatika Fondu materialları əks edilmişdir.
İstinadlar
redaktə- ↑ "Numizmatikа Elmi Fоnd Şöbəsi". 2020-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-13.
- ↑ "Milli Azərbaycan Tarixi Muzeyinin saytı". 2020-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-13.