Mher Culhacyan - Wikipedia
Mher Culhacyan (erm. Մհեր Ջուլհաճյան; 28 noyabr 1967, Beyrut – 23 avqust 1993, Mərzili, Ağdam rayonu) — Livan ermənisi, Birinci Qarabağ müharibəsində iştirak etmiş Erməni İnqilabi Federasiyası partiyasına mənsub terrorçu. Culhacyan, 1993-cü ilin 23 avqust tarixində Ağdam rayonunun Mərzili kəndi yaxınlığında digər dörd Daşnak mənsubu ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşərkən öldürülmüşdür. Birinci Qarabağ müharibəsində iştirak etmiş və həyatını itirmiş tək-tük livan ermənilərindən biridir.
Mher Culhacyan | |
---|---|
erm. Մհեր Ջուլհաճյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 noyabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1993 (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | erməni |
Təhsili |
Beyrut Amerika Universiteti İrəvan Dövlət Universiteti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Erməni İnqilabi Federasiyası |
Döyüşlər |
Həyatı
redaktəMher Culhacyan 1967-ci ilin 28 noyabr tarixində Livanın paytaxtı Beyrut şəhərində anadan olmuşdur. Ata evi livan ermənilərinin kompakt yaşadığı Burc Hammud səmtində yerləşirdi. İbtidai təhsilini Beyrutda tamamladıqdan sonra orta təhsil almaq üçün Dəməşq şəhərində yerləşən Tərcümcəcilər Kollecinə göndərilmişdir. 1978-ci ildə ailəsi ilə birgə yenidən Burc Hammudda qayıdan Mher, burada səmti öz təsir dairəsində saxlayan Erməni İnqilabi Federasiyası partiyası ilə tanış olmuşdur.
Həmin il, partiyanın gənclər qolu sayılan ARF Navasardyan təşkilatına qoşulmuşdur. Orta təhsilini Beyrutun erməni təmayüllü məktəblərindən Xoren Xhanamiryan Kollecində tamamlamışdır. 1984-cü ildə Daşnaksutyunun Raffi şöbəsinə qatılmışdır. 1986-cı ilin fevralında Beyrut Amerika Universitetinin Təbiət Elmləri Departamentinə qəbul olmuşdur.
1989-cu ildə təhsilini tamamladıqdan sonra Daşnaksutyun partiyası daxilindəki fəaliyyətini genişləndirmişdir. Əvvəlcə Erməni İnqilabi Federasiyasının gənclər qolları təşkilatlarından olan Babken Syunun rəhbəri, 1990-cı ilin oktyabr ayında eyni partiyanın Zavaryan tələbə ittifaqına rəhbərlik etmişdir. 1990-cı ilin əvvələrindən 1992-ci ilin iyun ayına qədər Beyrut Amerika Universitetinin elmi laboratoriyasında elmi işçi kimi işləyib.
1992-ci ilin iyun ayında ailə həyatı quraraq Ermənistana köçən Culhacyan həmin il İrəvan Dövlət Universitetinin geologiya fakültəsinin aspirantura ixtisasına qəbul olmuşdur. Onun Ermənistana köçdüyü il Birinci Qarabağ müharibəsinin şiddətləndiyi ilə təsadüf edirdi və Erməni İnqilabi Federasiyası ilə də əlaqələrini kəsməyən Mher, müharibədə iştirak etmək qərarını verir.
Yüksək döyüş hazırlığına malik olmayan Mher Culhacyan 1993-cü ilin 23 avqust tarixində Azərbaycan Respublikasının Ağdam rayonuna daxil olan Mərzili kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı aparılan döyüşdə digər dörd daşnak mənsubu ilə birlikdə zərərsizləşirilmişdir. Erməni İnqilabi Federasiyasının hadisədən bir müddət sonra yaydığı məlumata görə 1993-cü ilin 23 avqust tarixində Mher və dostları Mərzili yaxınlığındakı erməni mövqeylərini yoxlayan zaman qəfil azərbaycanlı döyüşçülərlə qarşılaşıblar.
Tərəflər arasında baş vermiş atışma nəticəsində Erməni İnqilabi Federasiyası mənsubu olan beş terrorçu Merujan Mosiyan, Artak Mnatsakanyan, Levon Hambarzumyan, Rudik Avaqyan və Mher Culhacyan öldürülüb. O, "Yerablur" hərbi qəbiristanlığında dəfn edilib.
Xatirəsinin əbədiləşdirilməsi
redaktəMher Culhacyanın ölümündən sonra Erməni İnqilabi Federasiyasının Ermənistan, Livan və Kanadada yerləşən müxtəlif birlik və təşkilatlarındakı ofislərdə, inzibati binalarda terrorçunun şərəfinə sinif otaqları və görüş zallarına adı verilmişdir.
Livandakı Daşnaksutyun partiyasına mənsub Gənclər Birliyinin Raffi adlı bölməsinin görüş zalı, Zavaryan Tələbə İttifaqının kitabxanasını və ya Kanadanın Toronto şəhərində fəaliyyət göstərən daşnakçılara məxsus inzibati binada Culhacyanın adına adlandırılmış sinif otaqlarını misal göstərmək mümkündür.
İrəvan Dövlət Universitetinin Geologiya fakültəsinin Minerallar və Mədənlər Kabinetinin inzibati iş otaqları da onun şərəfinə adlandırılmışdır.