Meymun Sehlebi - Wikipedia
Meymun səhləbi (lat. Orchis simia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü.
Meymun səhləbi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Meymun səhləbi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 20-50 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsvaridir. Yarpaqları gövdənin əsasından yuxarıda yerləşir, enli-uzunsov-neştərvaridir, küt sivriləşmiş, qaidəsinə doğru daralandır, uzunluğu 15 sm, eni 2-5 sm-dir. Çiçək qrupu çox sıxdır, çoxçiçəklidir, oval-yumurtaşəkillidir, uzunluğu 3-7 sm-dir. Çiçək altlığı yumurtaşəkilli və ya qısa üçkünc formalıdır. Bütün yarpaqcıqları qalpaqda toplanmışdır, xarici yarpaqcıqlar enliyumurtaşəkillidir, bozumtul-çəhrayıdır, damarının sayı 5-7 ədəddir. Mahmızı küt, silindrik və az bükülmüşdür. May ayında çiçəkləyir və meyvə verir.
Azərbaycanda yayılması
redaktəBQ (Quba), BQ şərq, Oobustan, Kür-Araz oval., KQ mərkəzi, Lənk. dağ. Aşağı və bəzən,orta dağ qurşağında.
Yaşayış mühiti
redaktəKolluqlarda, meşə kənarında, dağ çəmənlərində rast gəlinir.