Metro 2033 Roman - Wikipedia
Metro 2033 (rus. Метро 2033) — Rusiya yazıçısı Dmitri Qluxovski tərəfindən 2005-ci ildə yazılmış fantastik roman. Roman 2005-ci ildə Rusiyada, 18 mart 2010-cu ildə isə ABŞ-də nəşr olunmuşdur. Roman əsasında videooyun hazırlanmışdır. Dmitri Qluxovski daha sonra romanın davamı olan "Metro 2034" kitabını yazmışdır.
Metro 2033 | |
---|---|
rus. Метро 2033 | |
| |
Müəllif | Dmitri Qluxovski |
Janr | Kitab |
Orijinalın dili | Rusca |
Ölkə | |
Orijinalın nəşr ili | 2005 |
Tərcüməçi | Elçin İbrahimov |
Rəssam | Teymur Fərzi |
Nəşriyyat | Hədəf |
Səhifə |
348 (rus) 458 (ingilis) 656 (azərbaycanca) |
Sonrakı | Metro 2034 |
ISBN | ISBN 978-9952-464-85-6 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Hekayə
redaktəHadisələr 2033-cü ildə baş verir. Nüvə müharibələrindən sonra dünya radiasiya ilə örtülüb, şəhərlər mutasiyaya uğramış heyvan sürüləri ilə doludur. İnsanlar dünyanın ən böyük metrosu — Moskva metrosunda sağ qalmağa çalışırlar. Romanın baş qəhrəmanı Artyomun stansiyası olan VDNÇ digər mutantların əksinə ağıllı olan, insanların zehinlərini oxuya bilən və onları toxunmadan öldürə bilən qəribə mutantların — Qaradərililərin təhlükəsi altındadır. Artyomun ögey atası Suxoyun keçmiş dostu cəsur Hanter Qaradərililərin sirrini açmaq üçün hər kəsin getməyə qorxduğu VDNÇ stansiyasının şimalındakı tunelləri öyrənməyə gedir. Hanter Artyoma geri qayıtmayacağı təqdirdə polisə müraciət etməsini deyir. Hanter günlərlə qayıtmayınca Artyom onu axtarmağa qərar verir. Kitab metro tunellərində və ancaq qaz maskası ilə çıxmağın mümkün olduğu xarici dünyada Artyomun stansiyasını xilas etmək üçün nasistlərlə, sovetlərlə və mutantlarla mübarizəsindən bəhs edir. Kitab oxuyucunu heyrətləndirəcək gözlənilməz bir sonluğa malikdir.
Obrazlar
redaktəAdı | Haqqında |
---|---|
Artyom | Romanın baş qəhrəmanı. Əsas misyası Hanterin qayıtmamasını "Polis" stansiyasına bildirməkdir. |
Hanter | "Ovçu" ləqəbli insan. Hanter metronun qaralardan qorunması üçün işləyən stalkerdir. |
Pyotr Andreyeviç | VDNX stansiyasının növbətçilərindən biri. |
Andrey | VDNX stansiyanın keşikçisi |
Saşa | Artyomun ögey atası. Saşa Artyom hələ uşaq ikən siçanlardan xilas etmiş, ona atalıq etmişdir. |
Jenya | Artyomun ən yaxın uşaqlıq dostu. |
Xan | Metronun sakinlərindən biri. Xeyirxahdır. Prospekt Mira stansiyasında Artyomun həyatını xilas edir |
Burbon | Alverçi. Burbon Artyomun onu "Prospekt Mira" stansiyasına qədər aparmasını xahiş edir, amma özü yolda ölür. |
Tuz | Adi sakin. Romanda əvvəlcə ona sadəcə saqqalllı adam kimi xitab olunur. Artyom və Hanter ilə birlikdə "Kitay-qorod" stansiyasına gedir. |
Mixail Porfiryeviç | Qoca kişi. Artyom "Kitay-qorod" stansiyasında onun həyatını xilas etmişdir. |
Vaneçka | Mixail Porfiryeviçin baxdığı kiçik qız. |
Fəsillər
redaktəRoman 20 fəsildən ibarətdir:
№ | Fəsilin adı | Səhifə sayı (az.versiyası) |
---|---|---|
1 | Səfər başlayır | 35 |
2 | Hanter | 28 |
3 | Əgər geri qayıda bilməsəm | 27 |
4 | Tunelin səsi | 28 |
5 | Avtomat daraqları üçün | 31 |
6 | Güclü olanın haqqı | 36 |
7 | Zülmət Xanlığı | 36 |
8 | Dördüncü Reyx | 38 |
9 | Öləcəksən | 37 |
10 | Keçid yoxdur | 34 |
11 | İnana bilmirəm | 34 |
12 | Polis şəhərciyi | 33 |
13 | Böyük Kitabxana | 36 |
14 | Yuxarıda | 25 |
15 | Plan | 33 |
16 | Ölülərin musiqisi | 32 |
17 | Böyük Soxulcanın övladları | 26 |
18 | İqtidar | 32 |
19 | Son müharibə | 35 |
20 | Sürünmək üçün dünyaya gələnlər | 25 |
Videooyun
redaktəMetro 2033 romanı əsasında videooyun hazırlanmışdır. 4A Games firması tərəfindan 2010-cu ilin martında buraxılmışıdır. Yazıçı Dmitri Qluxovski də oyunun hazırlanmasında kömək göstərmişdir.
Qəbul
redaktə2010-cu ildə 500.000 nüsxəsi satılmışdır.[1] 2 milyon insan kitab hələ çıxmamışdan əvvəl rəsmi saytından oxumuşdur.[2] Roman 20-dən çox ölkədə 30 dilə tərcümə olundu. 2007-ci ildə "Eurocon" müasbiqəsində Avropa Elmi Fantastika Cəmiyyəti tərəfindən Təşviq Mükafatına layiq görüldü.[3]
Tərcümə və nəşr
redaktəKitab 20-dən çox ölkədə 30 dilə tərcümə olunub. Əsər 2013-cü ildə Elçin İbrahimov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Hədəf nəşriyyatı tərəfindən çap edilmişdir.[4][5]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Interview: Metro 2033′s Dmitry Glukhovsky and Huw Beynon". 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- ↑ "Metro 2033 review". 2012-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- ↑ "Bio of Dmitry A. Glukhovsky". 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- ↑ "METRO 2033″-DMİTRİ QLUXOVSKİ Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine (az.)
- ↑ *Metro 2033, Dmitri Qluxovski Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine (az.)
Xarici keçidlər
redaktə- Rəsmi saytı (rus.)
- Rəsmi facebook səhifəsi (rus.)
- Rəsmi vk səhifəsi (rus.)