Metaviki - Wikipedia
MetaWiki (Meta-Wikimedia) - İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya istifadəçiləri arasında Meta kimi tanınır.
Sayt 2001-ci il noyabrında ing. Meta-Wikipedia kimi yaradılsa da, hazırda müxtəlif rollar oyanayır:
- Vikimediyanın bütün layihələrinin, xüsusilə də qaydaların müzakirə olunduğu sayt;
- Neytral nəzər-nöqtəsinə tabe olması vacib sayılmayan şəxsi esselərin yazıldığı forum;
- Əlavələrin təşkil olunduğu və hazırlandığı, dillərarası problemlərin müzakirə edildiyi yer.
- Təkmilləşdirmələrin koordinasiya olunduğu yer;
- MediaWikinin istifadəsi təlimatlarının öz əksini tapdığı sayt (bu təlimatların viki prinsiplər əsasında qurulan MediaWiki.org saytına köçürülməsinə hazırlıq işləri gedir).
MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların) əsas ünsiyyət və müzakirə məkanlarından biridir. Digər ünsiyyət vasitələri arasında elektron poçt vasitəsilə məlumatların göndərilməsini, IRC kanallarını, konkret məqalə və istifadəçi müzakirəsi səhifələrini göstərmək olar. IRC kanalları kimi MetaViki-də Vikipediyanın dil bölmələrinin qaydalarından fərqlənən öz şəxsi qaydalarına sahib müstəqil və avtonom layihədir.
Vikipediyanın serveri ilə bağlı, müxtəlif şikayətlərlə və Vikipediyadakı idarəçilər tərəfindən həll oluna bilməyən problemlərlə bağlı çox zaman Metaya müraciət edilir. İstifadəçilər sual və təklifləri ilə də bu sayta müraciət edə bilərlər. Məsələn, http://www.meta.wikimedia.org/wiki/?axtar=IRC_channels Arxivləşdirilib 2009-02-01 at the Wayback Machine saytına müraciət etməklə Fondla və onun layihələri ilə bağlı sualları müzakirə etmək mümkündür.
Əvvəlcə saytda bütün müzakirələr ingilis dilində aparılırdı. Amma MediaWiki mühərrikinin təkmilləşdirilməsindən sonra MetaViki Vikimedianın bütün dillərinin ictimaiyyəti tərəfindən istifadə edilən çoxdilli müzakirə forumuna çevrilmişdir.