Melvill Ada - Wikipedia
Melvill (ing. Melville Island) — Kanadanın şimalında yerləşən ada.
Melvill adası | |
---|---|
ing. Melvill Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 42,149 km² |
Uzunluğu |
|
Eni | 120 km |
Hündür nöqtəsi | 776 m |
Əhalisi |
|
Yerləşməsi | |
75°49′33″ şm. e. 110°55′13″ q. u.HGYO | |
Ölkə | Kanada |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAda Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna aidir. İnzibati cəhət Nunavut və Şimal-Qərb ərazilərinə daxildir. Sahəsi 42,149 km² olaraq Adaların dünyada sahəsinə görə sıralamasında 33-cü yerdədir. Parri arxipelaqının ən iri adasıdır. Sahil xətdinin uzunluğu 3107 kilometrdir.[1]. Vaykaunt-Melvill boğazı (eni 122 km) adanı Viktoriya (ada) və Stefansson adasından ayırır. Mak-Klur boğazı isə onu Banks adasından ayırır.
Ada parçalanmış formaya malikdir. Belə ki, çoxlu sayda yarımada və körfəzə malikdir. Şimalında Hekla-end-Qrayper, cənub-qərbdə isə dar Linddon körfəzi yerləşir. Bu quruluş adanı qeyri-adı edir. Burada uç iri yarımada vardır: Şimal-şərdə Sabin, cənub-qərbdə Dandas və şimal-qərbdə isə kəskin parçalanmış yarımada. Adanın şərqdən qərbə uzunluğu 340 km, şimaldan cənuba eni isə 212 km təşkil edir.
Adanın ərazisini topoqrafin cəhətdən üç yerə bölmək olar. Cənub-qərb hissə Plato, mərkəzi hissə dağlıq, şimal-şərq hissə alçaq düzənlik[2]. Adanın ən hündür nöqtəsi dəniz səviyəsindən 776 m hündürlüyə malik Blu-Hils dağıdır. Ərazidə yaşayış yoxdur. Adada təbii qaz ehtiyatının olması ehtimalı vardır. Yayda orta aylıq temperatur + 5°S keçir. Ada Şimali Amerika regionunun ən soyuq yeridir.
Tarixi
redaktəAda 1819-cı ildə Vilyam Parri tərəfindən kəşf edilir. Pobert Dandasın şərəfinə adlandırılıb (2-ci Melvill vikontu).
İstinadlar
redaktə- ↑ "Atlas of Canada. List of Islands". 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
- ↑ "Oceandots.com. Melville Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.