Melih Gokcek - Wikipedia
İbrahim Melih Gökçək (türk. İbrahim Melih Gökçek ; 20 oktyabr 1948, Keçiören ilçəsi, Ankara ili[2][3][…]) — Türkiyə siyasətçisi, dövlət quluqçusu. 29 mart 1994–28 oktyabr 2017 tarixləri arasında Ankara Böyük Şəhər Bələdiyyəsinin Başçısı.
Melih Gökçək | |
---|---|
türk. İbrahim Melih Gökçek | |
27 mart 1994 – 28 oktyabr 2017 | |
Əvvəlki | Vedat Aydın |
Sonrakı | Mustafa Tuna |
6 noyabr 1991 – 27 mart 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1948 (76 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
melihgokcek.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMelih Gökçək Keçiören şəhərində anadan olub. Atası hüquqşünas idi. Atası əslən Şanlıurfa anası əslən Kosovo-Prizrendən olan mühacir ailəsindən idi. Melih doğulandan bir müddət sonra ailəsi Qaziantepə köçüb. Atasının peşəsinə görə uşaqlığını Qaziantepdə keçirib. Atası vəkil Əhməd Gökçək Ədalət Partiyasının Gaziantep İli şöbəsinin sədri idi. Melih Gökçək məktəbi Qaziantepdə başa vurub. Sonra 1967-ci ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsində tələbə həyatına başladığı zaman Ankaraya köçür. Gazi Universiteti Jurnalistika Fakültəsini bitirdikdən[4] sonra Gökçək jurnalistika fəaliyyətinə yerli Gaziantep Xəbər Qəzetində başlayır. Parlament müxbiri olan Gökçək, hərbi xidmətə başlamazdan əvvəl Əmək Nazirliyində şəxsi katib müavini işləyir.
Şimali Kiprin Güzelyurt şəhərində ehtiyat zabit olaraq xidmət edən Gökçək, hərbi xidmətdən sonra iş həyatına başlayır.[4] 1984-cü ildə Ana Vətən Partiyasından Keçiören bələdiyyə sədrliyinə namizəd olur və seçkini qazanır. 1989-cu ildən Sosial Xidmətlər Uşaq Qoruma Təşkilatının baş direktoru vəzifəsinə təyin olunan Gökçək, bu vəzifəni 1991-ci ilin əvvəlinə qədər davam etdirir.
Siyasi fəaliyyəti
redaktə25 mart 1984 tarixli yerli seçkilərdə Keçiören bələdiyyə sədri oldu. 1989-cu il yerli seçkilərində ikinci dəfə Keçiören bələdiyyə sədrliyinə namizəd oldu. Ancaq seçkiləri qazana bilmədi. 1991-ci ildə həm siyasi, həm də bürokratik həyatında bir dönüş nöqtəsi yaşayan Gökçək Ana Vətən Partiyasından istefa verdi və Rifah Partiyasına üzv oldu. 20 oktyabr 1991-ci il ümumi seçkilərində Rifah Partiyasının Ankara millət vəkili olaraq parlamentə daxil oldu.
2 il 3 ay millət vəkili olaraq vəzifə yerinə yetirən Gökçək, hələ millət vəkili olarkən 1994-cü ildə Rifah Partiyasından Ankara Böyükşəhər Bələdiyyə Sədrliyinə namizəd oldu. 1994-cü ildə Türkiyə seçkilərində Ankara bələdiyyə seçkilərində Korel Göymenin qalib gəldiyi açıqlandı. Ancaq daha sonra Gökçənin Yüksək Seçki Komisiyasına etirazı nəticəsində 6.390 səs fərqi ilə böyük bələdiyyə başçılığını qazandığı açıqlandı. Bələdiyyə başçısı olarkən, "Pərinlər Diyarında" adlı heykəli Altınparkdan götürərkən "Sənətə belə tüpürdüm" demişdi.[5][6][7][8]
Rifah Partiyası bağlandıqdan sonra Fəzilət Partiyasına keçən Gökçək, 1999-cu il bələdiyyə seçkilərində ikinci dəfə Ankara Böyükşəhər Bələdiyyə Sədrliyinə namizəd oldu. Fəzilət Partiyası bağlandıqdan sonra yeni bir partiya qurmağa başladı.[9] Ədalət və İnkişaf Partiyasının Fəzilət Partiyasının davamçısı olduğunu və bu partiyada iştirak etməyəcəyini söylədi.[10] Lakin bir müddət sonra 2002-ci ildə Demokrat Partiyasına, 2003-cü ildə Ədalət və İnkişaf Partiyasına qatıldı.[11]
Eyni vəzifəyə 2004-cü il yerli seçkilərində üçüncü dəfə, 29 mart 2009-cu il yerli seçkilərində dördüncü dəfə, 30 mart 2014-cü il yerli seçkilərində beşinci dəfə seçildi. 2014-cü il seşkiləri qalmaqalsız keçmədi. Belə ki, Melih Gökçək rəqibi müxalifət namizədi Mansur Yavaşı bir faiz qabaqlayaraq 2014-cü ildə keçirilən seçkilərdə qalib gəldi. Müxalifət yenidən səslərin sayılması tələbi ilə məhkəməyə müraciət etsə də, bu tələb rədd edildi. Bu qərardan Konstitusiya Məhkəməsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verildi.[12]
Ankaranın tarixində ardıcıl beş müddət Böyükşəhər Bələdiyyə Sədri seçilən ilk şəxs oldu. Beləliklə, Melih bəy Ankarada ən uzun müddət işləyən bələdiyyə başçısı kimi yadda qalıb.
Mer olduğu dövrdə böyükşəhər bələdiyyəsi "Avropa Şərəf Bayrağı" (2001) və "Avropa Şərəf Lövhəsi" (2003) ilə təltif edilmişdir.[13] 10 oktyabr 2009-cu ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən şəhər, ətraf mühit, sosial, mədəni və beynəlxalq əlaqələrdə dünyada nümunəvi işlər görən şəhərlərə və bələdiyyələrə verilən Avropa Mükafatını parlament sədri Lluís Maria de Puigdən almışdı.[14]
2010-cu ilin mayında OICC Toplantısında Bələdiyyə Layihələri sahəsində 4 fərqli kateqoriyada verilən mükafatlardan 3-nü qazanan Ankara, "Şimali Ankara Şəhər Dönüşümü Layihəsi" ilə Şəhər və Bölgə Planlaşdırmada Birincilik əldə etdi. Onun qurduğu "Göksu Parkı" və "Peyzaj Mogan Parkı" 54 fərqli ölkədən 170 nümayəndə arasında Ətraf, Qoruma və Davamlı İnkişaf nominasiyası üzrə ikinci yeri qazanmışdır.
23 oktyabr 2017-ci ildə "Twitter"də istefa verəcəyini açıqladı.[15] 28 oktyabr 2017-ci ildə Rəcəb Tayyib Ərdoğanın istəyi ilə Ankara Böyükşəhər Bələdiyyəsindən istefa etdi.[16][17]
Ailəsi
redaktəMelih Gökçək 1975-ci ildə əslən Düzcə Akçakocadan olan 20 oktyabr 1954-cü ildə anadan olan Nevin Gökçək ilə ailə həyatı qurdu. Qazi Universitetini riyaziyyat müəllimi olaraq bitirən və 27 il müəllimlik etdikdən sonra təqaüdə çıxan Nevin Gökçək ilə evliliyindən Melih bəyin iki övladı var.
Böyük oğlu 4 noyabr 1976-cı ildə anadan olan, 2013–2015-ci illər arasında "Ankaraspor"da peşəkar futbol oynayan Əhməd Gökçək, "Osmanlısporun prezidentidir.[18] Kiçik oğlu 12 oktyabr 1983-cü ildə Ankarada anadan olan Osman Gökçek, Bəyaz TV-yə rəhbərlik edir. TED Ankara Kollecində ibtidai və orta məktəbdə oxuyan Osman Gökçək, orta təhsilini Samanyolu Kollecində alıb. O, Universitet təhsilini Başkent Universitetinin Beynəlxalq Ticarət Bölməsində tamamlayıb.[19]
İstinadlar
redaktə- ↑ 1 2 https://www.workwithdata.com/person/melih-gokcek-1948.
- ↑ 1 2 http://www.worldbulletin.net/?aType=haber&ArticleID=123724.
- ↑ 1 2 http://www.turkishweekly.net/news/159024/ruling-ak-party-announces-mayoral-candidates.html.
- ↑ 1 2 "Melih Gökçek (1948 - .... )" (türk). kimkimdir.gen.tr. 2011-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.
- ↑ "'Heykeli onarmam'". 2009-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Melih Gökçek'e 'tükürük' cezası". 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Gökçek'in kaldırdığı heykel yerine kondu". 2010-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Önce koyar, sonra da kaldırırım". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət". 2015-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət". 2016-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət". 2017-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Ankarada Bu Sandıklara İtiraz Var Haberi ve Son Dakika Haberler Mynet". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət". 2009-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Strasbourg'da Ankara damgası". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət". 2017-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30. (#first_missing_last)
- ↑ "Arxivlənmiş surət" (Türkçe). 2017-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30. (#first_missing_last)
- ↑ "Arxivlənmiş surət". 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət". 2017-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
Xarici keçidlər
redaktə- Kişisel web sitesi
- Melih Gökçək — Twitter səhifəsi
- Melih Gökçək — Facebook səhifəsi