Meksika Qonur Ayisi - Wikipedia
Meksika qonur ayısı (lat. Ursus arctos nelsoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. XX əsrin 60-cı illərində nəsli kəsilmişdir.
Meksika qonur ayısı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yarımnöv: Meksika qonur ayısı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ölçüləri olduqca iri olmuşdur. Uzunluqları 1.82 sm, çəkisi isə 318 kq olmuşdur. Qısa qulaqlara və enli alına sahib idilər. Caynaqları ön ətraflarda 80 mm təşkil edirdi. Rəngi parlaq, özü isə bir az əyri idi. Bu canlıların rəngi isə parlaq-qızılıdan, tünd sarıya qədər dəyişirdi.
Əvvəllər Amerikanın arizona və Nyu-Meksika ştatları ərazisindən kaliforniya yarımadasının şimalına qədərki Meksika ərazilərə yayılmışdılar. Onlara aid son məlumat Meksikanın Çiuaua ştatı ərazisində 1960-cı illərdə əldə edilmişdir.
Meksika qrizlisinin nəslinin kəsilməsinə səbəb onların kütləvi ovu və arealının insanlar tərəfindən mənimsənilməsidir. Meksika hökuməti bu növün ovuna qadağa qoysa da artıq qərarın verilməsi gec idi. Populyasiyanı bərpa etmək artıq mümkün deyildi.