Mehreli Bey - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu.
Məhrəli xan | |
---|---|
Məhrəli xan Sarıcalı-Cavanşir | |
II Qarabağ xanı | |
1759 – 1760 | |
Əvvəlki | Pənahəli xan |
Sonrakı | İbrahimxəlil xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sarıcalı, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı, Şirvan xanlığı |
Milliyyəti | Azərbaycan türkü |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Pənahəli xan |
Uşağı | Məhəmməd bəy Sarıcalı-Cavanşir |
Dini | Şiə İslam |
Həyatı
redaktəMеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi.
Hakimiyyəti
redaktəİbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı.
Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi. Ibrahimxəlil ağanın təzyiqi altında Qarabağı tərk еtdi.
Hakimiyyətdən sonra
redaktəMеhrəli xan devriləndən sonra yеnidən Kərim xan Zəndə müraciət etdi. Tarixçi Əhməd bəy Cavanşir yazır: "Mеhrəli bəy Kərim xanın köməyinə pənah gətirdi. Kərim xanın Mеhrəli bəyin xеyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam yеrinə yеtirilməmiş qaldı."[1]
Ölümü
redaktəMehrəli bəy 1785-ci ildə Şirvan xanı Ağası xan tərəfindən öldürüldü.
Ailəsi
redaktəXanımları: Əziz xanım
Oğulları:
- Məhəmmədqulu bəy (1762–1797)[2][3]
- Əlihümbət bəy
- Əsədulla bəy
- Xankişi bəy
Qızları:
- Xanxanım ağa
İstinadlar
redaktə- ↑ Qarabağnamələr, II kitab, Bakı, "Yazıçı", 1989
- ↑ "Vaqifi öldürən, anasını doğrayan Batmanqılınc". Axar.Az (az.). 2023-07-20. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
- ↑ "Məmməd bəy Cavanşir anasını niyə öldürmüşdü?".
Mənbə
redaktəXarici keçidlər
redaktə- "Pənahəli xanın İspaniyada yaşayan varisi: Usubov atasının toyuna hansı hədiyyəni gətirib? - MÜSAHİBƏ + FOTO". Oxu.Az (az.). 2022-08-03. İstifadə tarixi: 2023-10-04.
SƏLƏF Pənahəli xan |
Mehrəli bəy Sarıcalı-Cavanşir Cavanşirlər |
XƏLƏF İbrahimxəlil xan |