Mehkad Bruks - Wikipedia
Mehkad Ceyson MakKinli Bruks (ing. Mehcad Jason McKinley Brooks; 25 oktyabr 1980, Ostin) — ABŞ aktyoru və model. O, daha çox «Ümidsiz evdar qadınlar» teleserialındakı Metyu Apprayt və «Lazımsız kobudluq» teleserialındakı Ti Key rolları ilə tanınır.
Mehkad Bruks | |
---|---|
Doğum adı | Mehcad Jason McKinley Brooks |
Doğum tarixi | 25 oktyabr 1980 (44 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, televiziya aktyoru, model[d], kino aktyoru |
Fəaliyyət illəri | 2002-ci ildən |
Təhsili | |
Boyu | 191 sm |
IMDb | ID1419635 |
mehcad-brooks.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMehkad Ceyson MakKinli Bruks 25 oktyabr 1980-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Ostin şəhərində anadan olmuşdur.
Bruks orada L.K. Anderson adına orta məktəbdə təhsil almışdır. 1999-cu ildə oradan məzun olan Bruks Cənubi Kaliforniya Universitetinin Kinematoqrafiya və Televiziya fakültəsinə daxil olmuşdur. Bruks 2010-cu ilin sentyabr ayında bildirmişdir ki, o, basketbol üzrə tədris almaqdan imtina etmiş və daha sonra aktyorluq karyerasına start vermək üçün universiteti tərk etmişdir.
Şəxsi həyatı
redaktəMehkad keçmiş NFL oyunçusu Billi Bruksun oğludur. Onun ögey atası hüquqşünas Geri Bledso.[1]
Bruks "IGN" ilə keçirdiyi müsahibədə bildirmişdir ki, o, video oyunları, xüsusilə də "Madden NFL 07" və "NBA 2K" kimi kiberidman, o cümlədən "Call of Duty" və "Medal of Honor" kimi döyüş oyunlarını sevir.[2]
Bruks «Məxluq» filmindəki həmkarı Serinda Suon ilə sevgili olmuş, ancaq 2011-ci ildə ondan ayrılmışdır.[3][4]
Mediada
redaktəBruks Emanuela de Paula ilə birlikdə "GQ" jurnalının iyul 2010-cu il buraxılışında təsvir edilmişdir.[5]
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ Ro, Deyl. "Austin's Mehcad Brooks dives into 'Deep End'". austin360.com (ingilis). January 23, 2010t. September 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
- ↑ Con, Qaudiosi. "Necessary Roughness Star Mehcad Brooks Talks Games". Interview (ingilis). IGN Entertainment. June 12, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
- ↑ Çelix, Loreyn. "Serinda Swan on 'Graceland' and Her Go-To Red-Carpet Designers". Elle (ingilis). January 30, 2013. June 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
- ↑ "Mehcad Brooks & Serinda Swan: 'Creature' Couple!". Hollywire (ingilis). December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
- ↑ Smith, Karter. "Try To Keep Your Trunks On". GQ (ingilis). April 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
Xarici keçidlər
redaktə- Mehkad Bruks — IMDb səhifəsi
- Interview at LIFETEEN.com