Mehdiqulu Xan Tacbexs - Wikipedia
Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş (1886–1951)—İran jandarmasının komandanı, general-mayor.
Mehdiqulu xan Tacbəxş | |
---|---|
Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Dəvəli-Qacar | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | Qum, İran |
Fəaliyyəti | hərbi lider[d] |
Həyatı
redaktəHacı Əliqulu xanın ikinci oğlu Mehdiqulu xan 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Jandarm məktəbini bitirmişdi. Bir müddət İsfahanda xidmət etmişdi. Birinci Dünya müharibəsi dönəmində Kirmanşahda Nizaməssəltənin hökumətində iştirak etmişdi. Müharibə bitəndən sonra yenidən jandarm qüvvələrinə dönmüşdü. 1920-ci ildə mayor rütbəsi ilə Ərak və Məlayir jandarm dəstəsinə başçılıq etmişdi. 1924-cü ildə polkovnik rütbəsinə yüksəlmişdi.
Mehdiqulu xan Tacbəxş 1930-cu illərdə general-mayor rütbəsinə layiq görülmüşdü. O, Loristan, Kirmanşah döyüşlərində iştirak etmişdi. Fars əyalətində Qaşqay və digər ellərin çıxışını yatırmışdı. Loristan, Mükran və Kirman ordularına başçılıq etmişdi.
Mehdiqulu xan Tacbəxş 1939-cu ildə Əhməd Mətin-Dəftərinin kabinəsində İranın Əkinçilik idarəsinin rəisi olmuşdu. 1942-ci ildə yenidən Loristan əyaləti hərbi hissələrinin komandanı olmuşdu.
Mehdiqulu xan Tacbəxş 1951-ci ildə vəfat edib.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
- Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.